Məhkəmə qərarları › İş №3(001)-880/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-880/2022

16.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-880/2022 16.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlu, X4 iclas katibliyi, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, Müdafiəçi, 11 saylı Vəkil Bürosunun vəkili X2, Protokolu tərtib etmiş orqan Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X3 iştirakı ilə xx.xx.1989-cu il tarixdə Ağdam rayonu, Göytəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı övladı olan, işləməyən, Ağdam rayonu, Kəngərli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Vaqon stansiyası, çeşidləmə məntəqəsi, 301 saylı məktəbin yanı (məcburi köçkün) yaşayan Şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X6 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Binəqədi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Binəqədi rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 16 mart 2022-ci il tarixli, MN № ******* saylı protokola əsasən məlum olur ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-221/2013 saylı, 15 fevral 2013-cü il tarixli icra sənədinə əsasən məlum olur ki, dəymiş maddi zərərə görə 1550 manat, mənəvi zərərə görə 250 manat və ödənilmiş dövlət rüsumunun 12 manatı, cəmi 1 812 (min səkkiz yüz on iki) manat məbləğində pul cavabdeh Şəxs tutularaq iddiaçı X8 ödənilməlidir.İcra sənədinin ödənilməsi üçün borcluya könüllü ödəməsi barədə bildiriş göndərilməsinə baxmayaraq bu günədək icra sənədi borclu tərəfindən icra olunmamışdır. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – (borclu) Şəxs bildirdi ki, onun həmin qərarın çıxarılmasından xəbəri olmamışdır.Belə ki, o, uzun müddətdir ki, Qazaxstanda yaşayır və anası ağır xəstə olduğuna görə ölkəyə qayıtmışdır.Hal-hazırda, icra sənədində göstərilən məbləği ödəməyə maddi imkanı yoxdur.Belə olan halda onun İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunması qanunsuzdur.Buna görə də, məhkəmədən maddi vəziyyətinin ağır olmasını və işləmədiyini, bununla da icra sənədini qərəzli olaraq icra etməməsi nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X7 bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs uzun müddətdir ki, Qazaxstanda yaşayır və anası ağır xəstə olduğuna görə ölkəyə qayıtmışdır.Hal-hazırda, icra sənədində göstərilən məbləği ödəməyə maddi imkanı yoxdur.Belə olan halda onun İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunması qanunsuzdur.Buna görə də, məhkəmədən maddi vəziyyətinin ağır olmasını və işləmədiyini, bununla da icra sənədini qərəzli olaraq icra etməməsi nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən tələbkar X9 borclunun maddi imkanı olduğu halda uzun müddət icra sənədini icra etmədiyini nəzərə alaraq borclu Şəxs inzibati qaydada ciddi cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon icra şöbəsinin icra məmuru X6 - borclunun üzün müddət ərzində icra üzrə icra sənədi üzrə borcunu ödəmədiyini və protokolda göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə (borclunu) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, müdafiəçini, tələbkarı, icra məmurunun çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, uzun müddət ərzində icra sənədi üzürsüz səbəbdən icra olunmamışdır, borclu Şəxs özünün gündəlik işlərdən (özünün dediyinə görə ət satışı ilə məşğul olur) qazancının olmasına baxmayaraq icra sənədinin icra edilməməsində Şəxs təqsiri sübuta yetirilmişdir. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, həmçinin yüngülləşdirici hallar qismində təqsirləndirilən şəxsin il ərzində ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu, evli olmasını nəzərə alaraq borclu Şəxs inzibati qaydada minimum həddə cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 500 (beş yüz) manat cərimə cəzası təyin olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar