Məhkəmə qərarları › İş №3(001)-8811/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8811/2025

22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8811/2025 22.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Nəbiyev Samir Cəmşid oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs (MMC) nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakı ilə Şəxs (MMC) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXMnin 430.4-cü maddəsi ilə 24 noyabr 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İXM-nin həmin maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Tərtib edilmiş protokolda göstərilmişdir ki, Şəxs MMC tərəfindən 1562203,26 Rusiya rublu məbləğində vəsait bank vasitəsilə 16 noyabr 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 1562203,26 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 17 noyabr 2025-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, alıcı qismində olan "xxxx" MMC ilə Qazaxıstan Respublikasının Atırau şəhərində fəaliyyət göstərən, satıcı qismində olan "xxxx" MMC arasında internet üzərindən olmaqla elektron qaydada 14 noyabr 2023-cü il tarixli, TPK-4284-2023 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinin şərtinə görə “Satıcı” PET şüşələrdə (həcmi 0,5-5 litr) və ya süzmə yolu ilə (İBS-1000L konteynerlər, 200L çəlləklərdə, fleksitanklarda) günəbaxan şortunu, soya şortunu, bitki yağını (rafinə edilmiş və ya rafinə edilməmiş) yaxud digər razılaşdırılmış məhsulları (bundan sonra Mal) “Alıcıya” tədarük etməyi, alıcı isə malı alıb qiymətini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə uyğun olaraq göndəriləcək malların adı, çeşidi, miqdarı, qiyməti, çatdırılma müddəti hər iki tərəfin imzaladığı və müqavilənin ayrılmaz hissəsi olan spesifikasiyada qeyd edilmişdir. Müqaviləyə uyğun olaraq satıcıdan günəbaxan, soya və bitki yağının (emal edilmiş və ya emal edilməmiş) alınması üçün göndərdikləri xx.xx.2023-cü il tarixli 4493 nömrəli hesabfaktura əsasında onların “X2” SC-də olan hesablaşma hesablarına "xxxx"xxxx"xxxx" ASCnin Sumqayıt filialında olan hesabından xx.xx.2023-cü il tarixdə 1.562.203,26 rubl (həmin vaxtın kursu ilə 28.604 AZN) pul köçürülmüşdür. Müqavilənin 6.8-ci bəndinə əsasən müqavilənin 14 noyabr 2023-cü il tarixdən qüvvəyə mindiyi və tərəflər öhdəliklərini tam yerinə yetirənə qədər qüvvədə olması qeyd edilsə də, keçən müddət ərzində iddiaçı tərəfindən malın göndərilməsi və ya köçürülmüş vəsaitin geri qaytarılması barədə aparılan danışıqlara və yazışmalara baxmayaraq nə mal göndərilməmiş nə də vəsait geri qaytarılmamışdır. Müqavilənin 6.9-cü bəndinə görə elektron rabitə vasitəsi ilə göndərilən sənədlərin surətləri tam hüquqi qüvvəyə malikdir və məhkəmə də daxil olmaqla müvafiq yazılı sübut kimi istifadə edilə bilər. Mübahisə ilə əlaqədar xx.xx.2025-ci il tarixdə cavabdehin mərkəzi ofisinə elektron qaydada pretenziya məktubu ünvanlanmaqla müqavilədən irəli gələn öhdəliyin 15 gün müddətində yerinə yetirilməsi və ya ödənilmiş vəsaitin geri qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən heç bir münasibət bildirilməmişdir. Hazırda "xxxx"xxxx"xxxx" MMC-yə qarşı həmin məbləğdə pul vəsaitinin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş Bakı Kommersiya Məhkəməsinin icraatındadır. Bütün bunlar onu göstərir ki, ölkədən çıxarılmış 1562203,26 Rusiya rublu məbləğində pul vəsaitinin əvəzinə malların öldəyə gətirilməməsi və ya pulun qaytarılmamasında "xxxx" MMC-nin təqsiri yoxdur. İnzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 14 noyabr 2023-cü il tarixli, TPK-4284-2023 saylı müqavilədən görünür ki, Qazaxıstan Respublikasında fəaliyyət göstərən "xxxx" MMC ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən "xxxx" MMC arasında ümumi dəyəri 1562203,26 Rusiya rublu olaraq müəyyənləşdirilmiş alqı-satqı müqaviləsi bağlanmışdır; - 16 noyabr 2023-cü il tarixli köçürmə ərizəsindən görünür ki, Şəxs MMC tərəfindən 1562203,26 Rusiya rublu məbləğində pul vəsaiti "xxxx" MMC-nin hesabına köçürülmüşdür; - "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəxs tərəfindən 1562203,26 Rusiya rublu məbləğində olan vəsait bank hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin ödəniş aparıldığı gündən iki il müddətində həmin vəsait hesabına alınmış malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmişdir; - "xxxx" MMC direktoru X1 tərəfindən Azərbaycan Respublikasının Baş prokuroruna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, MMC "xxxx" MMC ilə bağladıqları 14 noyabr 2023-cü il tarixli, TPK-4284-2023 nömrəli müqavilə üzrə dələduzluğa məruz qalmaları, müqavilə üzrə vəsaiti köçürsələr də, malları almamaları barədə Baş prokurorluğu məlumat vermiş və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir; - xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, "xxxx" MMC Qazaxıstan Vəkillər Kollegiyasının üzvü, vəkil Lyudminla Kunpanla hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə imzalamış və həmin müqavilə çərçivəsində vəkil Qazaxıstan Respublikasının aidiyyatı orqanlarına sorğular ünvanlamış, habelə "xxxx" MMC barəsində cinayət işi başlanması üçün Qazaxıstan Baş Prokurorluğuna müraciət etmişdir; - Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, "xxxx" MMC cavabdeh "xxxx" Şirkəti MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsi tərəfindən iş üzrə cavabdeh "xxxx" Şirkəti MMC-yə iddia ərizəsinin, məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişinin təqdim edilməsi barədə Qazaxıstan Respublikasının aidiyyəti məhkəməsinə məhkəmə tapşırığı göndərilmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, alıcı qismində olan "xxxx" MMC ilə Qazaxıstan Respublikasının Atırau şəhərində fəaliyyət göstərən, satıcı qismində olan "xxxx" MMC arasında internet üzərindən olmaqla elektron qaydada 14 noyabr 2023-cü il tarixli, TPK-4284-2023 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1ci bəndinin şərtinə görə “Satıcı” PET şüşələrdə (həcmi 0,5-5 litr) və ya süzmə yolu ilə (İBS- 1000L konteynerlər, 200L çəlləklərdə, fleksitanklarda) günəbaxan şortunu, soya şortunu, bitki yağını (rafinə edilmiş və ya rafinə edilməmiş) yaxud digər razılaşdırılmış məhsulları (bundan sonra Mal) “Alıcıya” tədarük etməyi, alıcı isə malı alıb qiymətini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə uyğun olaraq göndəriləcək malların adı, çeşidi, miqdarı, qiyməti, çatdırılma müddəti hər iki tərəfin imzaladığı və müqavilənin ayrılmaz hissəsi olan spesifikasiyada qeyd edilmişdir. Müqaviləyə uyğun olaraq satıçıdan günəbaxan, soya və bitki yağının (emal edilmiş və ya emal edilməmiş) alınması üçün göndərdikləri xx.xx.2023-cü il tarixli 4493 nömrəli hesab-faktura əsasında onların “X2” SC-də olan hesablaşma hesablarına "xxxx"xxxx"xxxx" ASC-nin Sumqayıt filialında olan hesabından xx.xx.2023-cü il tarixdə 1.562.203,26 rubl (həmin vaxtın kursu ilə 28.604 AZN) pul köçürülmüşdür. Müqavilənin 6.1-cı bəndinin tələblərinə görə bu müqavilə üzrə tərəflərin hüquqi münasibətləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tənzimləndiyi, müqavilənin icrası ilə bağlı yaranan bütün mübahisələrin danışıqlar yolu ilə həll edildiyi, bu müqavilənin icrası zamanı və ya onunla əlaqədar yaranan və ya ondan irəli gələn həll olunmamış mübahisələrin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq Arbitraj məhkəməsində yekun olaraq həll edilməli olduğu qeyd edilmişdir. Müqavilənin 6.8-ci bəndinə əsasən müqavilənin 14 noyabr 2023-cü il tarixdən qüvvəyə mindiyi və tərəflər öhdəliklərini tam yerinə yetirənə qədər qüvvədə olması qeyd edilsə də, keçən müddət ərzində iddiaçı tərəfindən malın göndərilməsi və ya köçürülmüş vəsaitin geri qaytarılması barədə aparılan danışıqlara və yazışmalara baxmayaraq nə mal göndərilməmiş nə də vəsait geri qaytarılmamışdır. Müqavilənin 6.9-cü bəndinə görə elektron rabitə vasitəsi ilə göndərilən sənədlərin surətləri tam hüquqi qüvvəyə malikdir və məhkəmə də daxil olmaqla müvafiq yazılı sübut kimi istifadə edilə bilər. Mübahisə ilə əlaqədar xx.xx.2025-ci il tarixdə cavabdehin mərkəzi ofisinə elektron qaydada pretenziya məktubu ünvanlanmaqla müqavilədən irəli gələn öhdəliyin 15 gün müddətində yerinə yetirilməsi və ya ödənilmiş vəsaitin geri qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən heç bir münasibət bildirilməmişdir. Hazırda "xxxx"xxxx"xxxx" MMC-yə qarşı həmin məbləğdə pul vəsaitinin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş e-2-2(113)-7468/2025 sıra nömrəsi ilə Bakı Kommersiya Məhkəməsinin icraatındadır. Həmçinin, "xxxx" MMC tərəfindən istər Azərbaycan Respublikasının, istərsə də Qazaxıstan Respublikasının hüquq mühafizə orqanlarına "xxxx" MMC tərəfindən dələduzluğa məruz qalması barədə müraciətlər edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, "xxxx"xxxx"xxxx" MMC-nin hesabına avans olaraq köçürmüş olduğu 1562203,26 Rusiya rublu dəyərində vəsaitin əvəzində sifariş olunmuş malların Azərbaycan Respublikasına gətirilməməsi və ya ödənilmiş pulun qaytarılmamasında "xxxx" MMC-nin təqsiri müəyyən edilmir. Bu isə onu göstərir ki, Şəxs barəsində tərtib edilmiş 24 noyabr 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 24 noyabr 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs MMC-nin əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 24 noyabr 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci (inzibati xəta tərkibi olmadıqda) maddəsində nəzərdə tutulan əsasla xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edə Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar