Məhkəmə qərarları › İş №3(001)-889/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-889/2023

01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-889/2023 01.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, X1 xx.xx.2023-ci il tarixli, İXP ******* nömrəli protokoldan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına X1 xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokoldan verdiyi şikayət daxil olmuşdur. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X3 tərəfindən protokoldan şikayət verildiyindən və İnzibati Xətalar Məcəlləsində protokoldan şikayətin verilməsi nəzərdə tutulmadığından geri qaytarılmalıdır. Belə ki, X3 məhkəməyə ünvanlandığı şikayətdə onun barəsində protokolu Bakı Nəqliyyat Agentliyinin tərtib etdiyini göstərsə də, şikayət ərizəsinə Bakı şəhər X7 İdarəsinin yol patrul xidməti baş inspektoru, polis leytinantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli, İXP ******* nömrəli protokolunu əlavə etmiş, ərizəsində həmin protokolun əsassız olduğunu göstərmiş, ərizəsinin sonunda isə protokol əsassız olduğundan qərarın lğəğv edilməsinə əsas olduğunu bildirmişdir. Lakin şikayət ərizəsinə sadəcə xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolun iki ədəd nüsxəsini əlavə etmiş, həmin protokol əsasında qəbul edilmiş qərarın tarixi və ya nömrəsi barədə hər hansı məlumatı göstərməmiş, ümumiyyətlə həmin protokol əsasında barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərarın olub-olmaması barədə hər hansı məlumatı qeyd etməmiş və qərarı təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Beləliklə, qeyd olunanlara əsasən hesab edirəm ki, X3 oğlunun Bakı şəhər X7 İdarəsinin yol patrul xidməti baş inspektoru, polis leytinantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli, İXP ******* nömrəli protokoldan şikayət etdiyindən, İnzibati Xətalar Məcəlləsində isə protokoldan deyil, qəbul edilmiş qərardan şikayətin verilməsi nəzərdə tutulduğundan onun şikayəti baxılmadan geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X5 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 Bakı şəhər X7 İdarəsinin yol patrul xidməti baş inspektoru, polis leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli, İXP ******* nömrəli protokoldan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar