Məhkəmə qərarları › İş №3(001)-89/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-89/2022

14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-89/2022 14.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, X2 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 04-cü PB-nin sahə inspektoru, X3 tərəfindən tərtib edilmiş 11.04.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan və protokoldan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 04-cü PBnin sahə inspektoru, X3 tərəfindən tərtib edilmiş 11.04.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın və protokolun ləğv edilməsini xahiş etmişdir. X2 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 04-cü PB-nin sahə inspektoru, X3 tərəfindən tərtib edilmiş 11.04.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətinə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada tərəflərə məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmişlər və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdilər. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 şikayətini onunla əsaslandırılmışdır ki, 11 aprel 2020-ci il tarixində xüsusi karantin rejimi zamanı Azadlıq prospektində Binəqədi RPİ 04-cü polis bölməsinin əməkdaşları tərəfindən karantin rejiminin posulmasına görə Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinə əsasən əsassız olaraq 100 manat cərimə olunmuşdur. Bu barədə 28 dekabr 2021-ci il tarixində qərarı aldıqda xəbər tutmuşdur. Göstərilənlərə əsasən barəsində tərtib edilən inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 04-cü PB-nin sahə inspektoru, X3 tərəfindən tərtib edilmiş 11.04.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 04-cü PB-nin sahə inspektoru, X3 tərəfindən tərtib edilmiş 11.04.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 04-cü PB-si tərəfindən tərtib edilmiş 11.04.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan respublikasının İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İXM-nin 211-ci maddəsinə (əvvəlki redaksiyada) görə müəssisələrdə, idarələrdə, təşkilatlarda sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə şikayət verən şəxs Q.Y.Əhədovaya istinad edilən inzibati xətaya münasibətdə hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İXM-nin 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, Q.Y.Əhədovaya Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü PB-nin sahə inspektoru, X3 tərəfindən tərtib edilmiş 11.04.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənləri və İXM-in 128, 129, 133-136-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 4-cü PB-nin sahə inspektoru, X3 tərəfindən tərtib edilmiş 11.04.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar