Məhkəmə qərarları › İş №3(001)-8918/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-8918/2025

25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-8918/2025 25.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin baş məsləhətçisi X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İzzət oğlunun vəkili Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1, Şəxs İzzət oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata dair toplanmış materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən tərtib edilmiş 30 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, "xxxx" QSC-nin işçisi X2 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə zamanı zərərçəkənin tabe olduğu şəxs sahə rəisi X8 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək FHN-nin kursunda iştirak etmiş, X3 işəgötürəni Şəxs öhdəlikləri – işlərin təhlükəsiz aparılmasına, avadanlıqların düzgün işləməsini həyata keçirmək kimi tələbləri pozmuşdur. Nəticədə zərərçəkən az ağır xəsarət almışdır. Buna görə Şəxs İzzət oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X11 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs İzzət oğlunun İXM-in 198.3-cü maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İzzət oğlunun vəkili X5 tərəfindən məhkəməyə yazılıetiraz təqdim edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs barəsində Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3- 17-5/2-104751/2025 nömrəli müraciətinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokolunda barəsində AR İXM-nin 198.3-cü maddəsində əks olunan inzibati xətanın törətməsi qeyd edilmişdir. Həmin maddəyə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda inzibati xəta hadisəsinə görə təqsirkar müəyyən edilir. Şəxs İzzət oğlu "xxxx" QSC-nin İnfrastruktur departamentinin rəisi vəzifəsini tutur, adıçəkilən işçinin texniki təhlükəsizlik və ya əməyin mühafizəsi qaydalarına bilavasitə rəhbərlik etmir. X2 işlədiyi Texnoloji nəqliyyat xidmətinə bilavasitə rəhbərliyini həyata keçirən və həmin xidmətin əksər işçilərinin işəgötürəni xidmətin rəisidir. AR İXM-nin qeyd edilən normasına əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs məhz xidmət rəisidir. İşəgötürəni olduğu Bağırov Təvəkgülün 5 gün ərzində günün müəyyən saatlarında AR FHN-nin müvafiq təlimlərində iştirak etməsi təhlükəsizliyə riayət edilməsinə nəzarəti heç bir halda zəiflətməmiş, mexanik tərəfindən təhlükəsiz iş şəraitinə əməl edilməsinə nəzarət edilmiş, SƏTƏM üzrə mütəxəssi tərəfindən cari təlimatlar keçirilmiş və hadisə zamanı tələb olunan müvafiq bütün hərəkətlər edilmişdir. Bağırov Təvəkgülün həmin an işdə olmaması ilə hadisə arasında səbəb-nəticə əlaqəsi yoxdur. Həmin iş yerində iş 1 nəfərin üzərində qurulmamışdır, təhlükəsizlik mütəmadi nəzarətdə saxlanılan məsələdir. X13 özü də həkim müayinəsində bildirdiyi kimi əvvəl özünün pis hiss edib, yıxılıb, o zaman əlindəki kardan onun üzərinə düşüb. Yəni kardan Abasov Xəqanin üzərinə düşüb onu yıxmamışdır. Sözügedən hadisə ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş təhqiqat aktının 6.1-ci bəndində qeyd edilən cavabdeh şəxs X2 işəgötürəni və təhlükəsizliyinə məsul şəxs təhqiqat aktında qeyd edilən Şəxs İzzət oğlu olmadığı halda qeyri düzgün olaraq onun adı qeyd edilmişdir. Həmin təhqiqat aktının 6.1-ci bəndində 4.1ci bəndinə istinad edilmişdir ki, həmin bənddə işəgötürənin vəzifələri vurğulanmışdır. Belə ki, AR Əmək Məcəlləsinin 222.1-ci maddəsinə əsasən “İşəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir və bu sahədə baş vermiş dəyişiklik barədə işçilərə müntəzəm olaraq və vaxtında məlumat verir.” Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü bəndinə əsasən işəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs hesab edilir. Təhqiqat zamanı tərəflərindən təqdim edilmiş X2 əmək müqaviləsindən də göründüyü kimi onun işəgötürəni Tariyel Qorçiyevdir, hansı ki, qanunvericiliyin tələblərinə əsasən bütün zəruri tədbirləri yerinə yetirmişdir. Sözügedən təhqiqat aktı həm təsdiq edilmədən, həm komissiya üzvləri hissəsində zərərçəkmişin adı qeyd edilməklə “Azərbaycan Dəmir Yolları" QSC-yə göndərilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarımın 3.1-ci bəndinə əsasən Baş vermiş bədbəxt hadisələrin təhqiqatı komissiya tərəfindən 20 gün müddətinə aparılır və xüsusi təhqiqat aktı tərtib edilir. xx.xx.2025-ci il tarixdə baş vermiş və dərhal hadisə barədə işəgötürəndən məlumat almış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən natamam və araşdırılmadan tərtib edilmiş Təhqiqat aktı “Azərbaycan Dəmir Yolları" QSC-yə xx.xx.2025-ci il tarixdə imzasız və komissiya üzvlərinin adı tam yazılmamış halda təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının 3-cü bəndinin (Təhqiqat komissiyasının işinin təşkili) 3.1-ci bölməsində Təhqiqat komissiyasının yekun sənədi (akt) komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Akt tərtib edilən zaman komissiyanın hər bir üzvü öz rəyini yazılı şəkildə komissiyanın sədrinə təqdim edir. Bu bəndin tələbləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsi tərəfindən təhqiqat aktı tərtib edilərkən nəzərə alınmamışdır. Bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.5-ci bəndinə əsasən sözügedən təhqiqat aktındakı bəzi çatışmazlıqların aradan qaldırılması və müvafiq formada göndərilməsi labüddür. Bu səbəbdən bir neçə dəfə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinə rəsmi müraciət edilmiş, həmin İdarənin vəzifəli şəxslərinə bildirilsə də, qeydləri nəzərə alınmamışdır. xx.xx.2025-ci il tarixində sözügedən hadisə işəgötürənin təqsiri ucbatından baş verməsə belə, X2 iş yerində səhhətinin pisləşməsi nəzərə alınaraq bütün zəruri tədbirlər işəgötürən tərəfindən görülmüş, eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə dərhal məlumat verilmişdir. Qeyd edilənlər işəgötürən tərəfindən işçilərin iş yerində sağlam və təhlükəsiz əməyin mühafizə şəraiti ilə təmin edilməsini təsdiq edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən məsələ hərtərəfli və tam araşdırılmamışdır. Belə ki, hadisə xx.xx.2024-cü ildə baş vermiş, işəgötürən tərəfindən də həmin gün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə məlumat verilmişdir. Lakin, X2 xəsarətinə dair ekspert rəyi xx.xx.2025-ci il tarixdə verilmişdir və rəyə əsasən xəsarətin dəqiq tarixi və səbəbi müəyyənləşdirmək mümkün deyildir. Həmçinin zərərçəkmişin evinin yaxınlığında da yıxılmasını bildirməsi nəzərə alınmamışdır. Eyni zamanda təhqiqat aktında istinad olunan “Ekspert rəyi” işəgötürənə təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər idarəsi araşdırma apararkən xx.xx.2025- ci il tarixində protokolun müzakirəsi üçün göndərilmiş link vasitəsilə müzakirəyə qoşulmaq mümkün olmamış, bildirişdə qeyd edilən nömrə qaynar xəttin nömrəsi olmuş, əməkdaşlarımızın texniki xəta ilə bağlı müraciətini həmin qurum nəzərə almamış, protokol ona təqdim edilməmişdir. Protokolun ünvanına təqdim edilməsini təsdiq edən hər hansı sənəd Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-104751/2025 nömrəli müraciətinə əlavə edilməmiş, həmçinin protokolda da qeyd edilməmişdir. Bu səbəbdən bildirir ki, araşdırma subyektiv və qərəzli aparılmışdır. Əlavə olaraq protokol tərtib olunan, inzibati araşdırma aparılan zaman AR İXM-in də tələbləri pozulmuşdur. Belə ki, inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Lakin xx.xx.2025-ci il tarixdə tərtib edilmiş protokol ilkin olaraq Bakı şəhər Nəsimi rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Yuxarıda göstərilənlərə əsasən inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını yoxlayıb hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən tərtib edilmiş 30 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında toplanmış material baxılmadan geri qaytarılmalıdır. İş materialları məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə araşdırıldıqdan sonra müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin tələblərinin pozulması faktı ilə bağlı tərtib edilmiş MN ******* saylı, 30 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar inzibati xəta tərkibinin subyektinə, barəsində protokol tərtib olunmuş şəxsin vəzifə öhdəliklərinə dair zəruri məlumatları özündə əks etdirmir, işin tam şəkildə araşdırılması üçün lazımi faktiki halları tam aydınlaşdırmır və bu səbəbdən natamam hesab edilir. Belə ki, məhkəməyə baxılması üçün təqdim edilmiş MN ******* saylı, 30 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda ADY” QSC-nin işçisi X2 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə zamanı zərərçəkənin tabe olduğu şəxs sahə rəisi X8 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək FHN-nin kursunda iştirak etdiyi, X3 işəgötürəni Şəxs öhdəlikləri – işlərin təhlükəsiz aparılmasına, avadanlıqların düzgün işləməsini həyata keçirmək kimi tələbləri pozması, nəticədə zərərçəkən az ağır xəsarət alması, bu səbəbdən Şəxs İzzət oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi göstərilmişdir. Lakin, tərtib edilmiş inzibati xəta haqqında protokola "xxxx" QSC-nin İnfrastrurktur Departamentinin rəisi Şəxs X3 işəgötürəni olmasını təsdiqləyən heç bir sübut əlavə edilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, “Təhqiqat akt”ının 3-cü bəndində məhz Şəxs göstərildiyindən, İXM-in 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol Şəxs barəsində tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş təhqiqat aktının 3-cü bəndində göstərilmişdir ki, "xxxx" QSC-nin İnfrastrurktur Departamentinin rəisi Şəxs (X6 işəgötürəni) X4 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyində kurs keçməsinə baxmayaraq, “işlərin təhlükəsiz aarılmasına, avadınlaqların və mexanizmlərin düzgün istismarını həyata keçirtmək” öhdəliyini heç kəsə həvalə etməmiş və binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsi və sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi vəzifəsini pozmuşdur. Eyni zamanda, məhkəməyə təqdim edilmiş “Ümumi xidmət üzrə Giriş təlimatının keçirilməsinə” dair SƏTƏM üzrə mütəxəssislərin siyahısından təmir sahəsi üzrə ilkin, təkrar, növbədənkənar təlimatların keçirilməsinə nəzarətin Təvəkkül Bağırov tərəfindən həyata keçirilməsi göstərilmişdir. Sözügedən siyahı xidmət rəisi Tariyel Qorçiyev tərəfindən imzalanmışdır. Göründüyü kimi, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən SƏTƏM üzrə mütəxəssislərin siyahısının xidmət rəisi Tariyel Qorçiyev tərəfindən imzalanmasına baxmayaraq, X3 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək FHNnin kursunda iştirak etdiyindən, şəxsin kursda olduğu vaxt onun vəzifəsini müvəqqəti icra edən şəxs müəyyən etməyin konkret olaraq hansı şəxsin vəzifə səlahiyyətinə aid edilməsi, yəni İXM-in 198.3-cü bəndində nəzərdə tutulmuş inzibati xətanın hansı subyekt tərəfindən törədilməsi dəqiq müəyyənləşdirilmədən, yalnız Təhqiqat Aktının 3-cü bəndində Şəxs göstərilməsinə əsaslanaraq inzibati xəta haqqında prtokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında X3 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək FHN-nin kursunda iştirak etdiyi dövrdə onun səlahiyyətini əvəz edəcək şəxsin müəyyən edilməsinin məhz Şəxs səlahiyyətinə aid olmasını təsdiq edəcək əmək müqaviləsi, vəzifə təlimatı və sair sənədin məhkəməyə rəsmi şəkildə təqdim edilməsi şifahi şkildə bildirilsə də, bununla bağlı məhkəməyə hər hansı bir sənəd təqdim edilməmişdir. İş materiallarında X3 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək FHN-nin kursunda iştirak etdiyindən, şəxsin kursda olduğu vaxt onun vəzifəsini müvəqqəti icra edən şəxs müəyyən etməyin konkret olaraq hansı şəxsin vəzifə səlahiyyətinə aid edildiyi, bu şəxs öz vəzifə səahiyyətini yerinə yetirməyərək konkret vəzifəsinin müvəqqəti icrasını başqa şəxsə həvalə etməli olduğui halda icra etmədikdə kimin məsuliyyət daşıyacağına dair hüquqi əhəmiyyət kəsb edən faktlar araşdırılmamış, bu istamətdə zəruri sənədlər təqdim edilməmişdir. Məhz bu səbəbdən Şəxs nun hərəkət və ya hərəkətsizliyinin inzibati xəta tərkibində iştirak edib-etməməsi barədə hüquqi nəticə çıxarmaq mümkün deyildir. İXM-in 60.1-ci maddəsinə əsasən, iş üzrə iştirakçılara hüquq və vəzifələr izah olunmalı və işdə iştirak etmək imkanı yaradılmalıdır. Lakin protokolda barəsində icraat aparılan şəxsin hüquqlarının izahı haqqında aydın qeyd yoxdur. İXM-in 100.2–100.4-cü maddələrinə əsasən, protokolun tərtibi zamanı şəxsin izahat vermək hüququ təmin edilməli, protokol ona təqdim olunmalı, imzalamaqdan imtina etdiyi halda bunun səbəbi göstərilməlidir. Materiallardan görünür ki, protokolda bu prosedur tələblərin icra edilib-edilməməsi dəqiq şəkildə təsdiqini tapmamışdır. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud materiallar natamam olduqda və bu çatışmazlıqlar məhkəmədə tamamlana bilmədikdə, protokol və materiallar onu tərtib etmiş orqana geri qaytarılır. Hazırkı işdə: – barəsində protokol tərtib edilmiş şəxsin vəzifə səlahiyyətləri tam araşdırılmayıb; – X3 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək FHN-nin kursunda iştirak etdiyi dövrdə onun səlahiyyətini əvəz edəcək şəxsin konkret subyekti göstərilməyib; – bu cavabdehliyin hansı təlimat və normativ aktlarla tənzimləndiyi müəyyən edilməyib; – hadisəyə səbəb olan amillər və onların subyektlə əlaqəsi aydınlaşdırılmayıb; – protokolun tərtibi zamanı prosedur tələblərin icrası tam göstərilməyib; Beləliklə, inzibati xəta haqqında protokol və ona dair sənədlər natamam hesab edilməli, sənədlərin tərtibindəki çatışmazlıqlar məhkəmə tərəfindən aradan qaldırıla bilmədiyi üçün inzibati xətanın subyekti və tərkib əlamətləri barədə hüquqi qiymətləndirmə aparılması mümkün deyildir. Göstərilənləri nəzərə alıb hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində toplanmış materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından, haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının İXM-nin 106 və 109-cu maddələrinə əsasən, Yuxarıda göstərilənlərə əsasən və İXM-in 106, 109, 110.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İzzət oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata dair toplanmış material geri qaytarılsın. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar