Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8945/2025 03.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X13 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis polkovnik-leytenantı X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 9 ünvanında vətəndaş X2 məxsus “FORD” markalı avtomobilin sol ön şüşəsini sındırıb 50 manat pul oğurlayaraq, xırda talama törətmişdir. xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi qəsəbəsində Mərkəz adlanan yerdə narkotik vasitə qəbul etmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsində vətəndaş X6 məxsus “Hyundai” markalə avtomobilin şüşəsini sındırıb salondan 20 manat pul oğurlayaraq, xırda talama törətmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 1 ünvanının qarşısında dayanmış vətəndaş X11 məxsus “JAK” markalı avtomobilin yan şüşəsini sındırıb salondan 60 manat pul oğurlayaraq, xırda talama törətmişdir. Qeyd olunan protokollar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis polkovnik-leytenantı X7 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, polis əməkdaşları xx.xx.2025-ci il tarixdə xidməti ərazidə narkotiklərin qanunsuz dövriyyəsinin və istifadəsinin qarşısının alınması tədbirləri ilə əlaqədar Binəqədi qəsəbəsi, Mərkəz adlanan yerdə şübhəli şəxs olan Şəxs müəyyən edərək bölməyə gətirmişdir. Bölmədə Şəxs izahatı ilə müəyyən olunmuşdur ki, o, xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 9 ünvanında vətəndaş X2 məxsus “FORD” markalı avtomobilin sol ön şüşəsini sındırıb 50 manat pul, xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsində vətəndaş X6 məxsus “Hyundai” markalə avtomobilin şüşəsini sındırıb salondan 20 manat pul, xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 1 ünvanının qarşısında dayanmış vətəndaş X11 məxsus “JAK” markalı avtomobilin yan şüşəsini sındırıb salondan 60 manat pul oğurlayaraq, xırda talamalar törətmiş, vurulmuş zərərləri ödəməmişdir. Zərərçəkmiş şəxslər haqlı olaraq Şəxs şikayətçidilər. Bundan əlavə, Şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi qəsəbəsində Mərkəz adlanan yerdə narkotik vasitə qəbul etmişdir. Narkoloji Mərkəzin rəyinə əsasən ondan götürülmüş sidik nümunəsində THC (+) aşkar edilmiş, narkomaniya xəstəliyi aşkar olunmuşdur. Göstərilənləri nəzərə alıb Şəxs ciddi növdə tənbeh edilməsini xahiş etmişdir. Sahə inspektoru ona verilmiş suala cavab olaraq bildirmişdir ki, Şəxs 4 gün bölmədə saxlanılması barədə verdiyi izahat dogru deyil, şəxs xx.xx.2025-ci il tarixdən tutulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, onun bölmədə yazdığı ifadələr onun sözləri deyil, polis təzyiqi altında verilmiş ifadələrdir. Çünki, onu artıq 4 gündür ki, polis bölməsində saxlayıblar, buraxmırdılar ki, ya etiraf etməlisən ya da burda qalacaqsan. O da çarəsizlikdən əməlləri etiraf etmişdir ki, işinə məhkəmədə baxıla bilsin. O, heç kimdən heç nə oğurlamamışdır. Nə zərərçəkmişlər nə də başqa bir şəxs bunu təsdiq edə bilmir, çünki heç biri onun etdiyini görməyib, heç bir əlavə sübut da yoxdur. Narkotiklə bağlı isə gizlətmir, əvvəllər istifadə edib, lakin məhkəmənin xx.xx.2025-ci il tarixli qərarından sonra narkotik vasitədən istifadə etməyəcəyinə dair özünə söz vermiş və bir daha istifadə etməmişdir. Narkoloji müayinədə də bunu tam səmimi demişdir – sonuncu dəfə 20 gün əvvəl istifadə edib. Ekspertizadakı THC də sadəcə bədəndən tam çıxmayan qalıqdır. O, səhvinin fərqindədir, daha düz yol seçmək istəyir, ona görə də bir daha narkotik vasitədən istifadə etməyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X5 müraciəti əsasında toplanmış material əsasında cinayət işinin başlanması cinayət tərkibi olmadığından rədd edilmiş, naməlum şəxs və ya şəxslərin əməli üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Binəqədi RPİ-yə göndərilmişdir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardaddan görünür ki, X5 müraciəti əsasında məlum olan hadiəsəni törətmiş naməlum şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X9 müraciəti əsasında toplanmış material əsasında cinayət işinin başlanması cinayət tərkibi olmadığından rədd edilmiş, naməlum şəxs və ya şəxslərin əməli üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Binəqədi RPİ-yə göndərilmişdir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardaddan görünür ki, X9 müraciəti əsasında məlum olan hadiəsəni törətmiş naməlum şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material əsasında cinayət işinin başlanması cinayət tərkibi olmadığından rədd edilmiş, naməlum şəxs və ya şəxslərin əməli üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Binəqədi RPİ-yə göndərilmişdir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardaddan görünür ki, X1 müraciəti əsasında məlum olan hadiəsəni törətmiş naməlum şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Ambulator X3 dair xx.xx.2025-ci il tarixli, 7540 saylı rəydən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində THC (+) aşkar edilmişdir. Müayinə zamanı Şəxs opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Həmin rəydə qeyd olunmuşdur ki, Şəxs bildirmişdir ki, 17 yaşından narkotik vasitə olan marixuanadan çəkmək yolu ilə istifadə edir. Həmçinin 2-3 aydır ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. Son dəfə 20 gün öncə istifadə etmişdir. xx.xx.2025-ci iltarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 23:00-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə tutulmuşdur. Hüseynov X10 rayon Polis İdarəsinin 43-cü PB-yə verdiyi izahatında bildirmişdir ki, o, əməllərini etiraf etmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən Şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-8059/2025 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib, 300 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Ambulator X3 dair xx.xx.2025-ci il tarixli, 6860 saylı rəydən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində AMP (+), PGB (+), MOP (+), THC (+) və MET (+) aşkar edilmişdir. Müayinə zamanı Şəxs opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 206-cı maddəsinə görə Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahı”larına əsasən marixuana (kannabis) Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitədir. Məhkəmə müəyyən edir ki, Şəxs İXM-in 227-ci maddəsi üzrə iş materiallarında zərərçəkmişlərin yalnız maddi ziyanın mövcudluğunu göstərən ifadələri vardır, lakin onların heç biri hadisəni görməmiş və Şəxs həmin əməli törətməsini təsdiq edə bilməmişdir. Hadisə faktını və icraçının kimliyini sübut edən kamera görüntüləri, şahid ifadələri və ya digər obyektiv sübutlar təqdim edilməmişdir. Bundan əlavə, şəxs məhkəmə iclasında bölmədə verdiyi etirafedici izahatı təzyiq altında yazıldığını bildirərək rədd etmişdir ki, bu da həmin izahatın sübut kimi hüquqi qüvvəsini aradan qaldırır. Qeyd edilməlidir ki, məhkəmə qaydasında, müdafiə təminatı altında və sərbəst şəraitdə verilmiş izahat prosessual baxımdan daha üstün hesab olunur və bölmədə alınmış etirafla müqayisədə daha etibarlı qiymətləndirilir. Etiraf hüquqi dövriyyədən çıxdığından və onu təsdiqləyən heç bir əlavə müstəqil sübut mövcud olmadığından, İXM-in 227-ci maddəsi üzrə inzibati xəta tərkibi sübuta yetirilmiş hesab edilmir. Digər inzibati xətaya münasibətdə Məhkəmə qeyd edir ki, Şəxs ümumiyyətlə narkotik vasitədən istifadə faktını inkar etmir, əksinə əvvəlki dövrlərdə istifadə etdiyini səmimi şəkildə bildirir. Lakin o, xx.xx.2025-ci il tarixində barəsində həmin maddə üzrə inzibati tənbeh tətbiq edildikdən sonra narkotik vasitədən istifadə etmədiyini bəyan edir. Məhkəmə bu bəyanatı inandırıcı və obyektiv sübutlarla uyğun hesab edir. Belə ki, şəxsin bölmədə verdiyi etirafdan fərqli olaraq, narkoloji müəssisədə neytral, təzyiqsiz tibbi müayinə şəraitində verdiyi izahat məhz onun dedikləri ilə – “son dəfə təxminən 20 gün əvvəl istifadə etmişəm” – ifadəsi ilə üst-üstə düşür. Şəxsin xx.xx.2025-ci il tarixində saxlanıldığını və xx.xx.2025-ci il tarixdə ekspertizadan keçdiyini nəzərə aldıqda, “20 gün əvvəl” ifadəsinin xx.xx.2025-ci il tarixində qəbul edilmiş inzibati qərardan sonrakı dövrə təsadüf etməsi tamamilə məntiqli və tibbi-faktoloji baxımdan mümkündür. Bundan başqa, hər iki ekspert rəyi THC (+) nəticəsini göstərdiyindən, şəxsin həmin maddəni daha əvvəl qəbul etməsi və THC-nin orqanizmdən gec sovrulması tibbi məlumatlarla tam uyğun gəlir və şəxsin məhkəməyə onun 03 noyabrdan sonra yenidən narkotik qəbul etməməsi barədə verdiyi açıqlamanın etibarlı olduğu qənaətini gücləndirir. Məhkəmənin xüsusi diqqət yetirdiyi məqam isə odur ki, ekspert rəyləri arasında əhəmiyyətli dinamik fərq vardır: xx.xx.2025-ci il tarixli ilk rəy çoxsaylı maddələr üzrə pozitiv çox kombinasiyalı nəticə (AMP, PGB, MOP, THC, MET) göstərdiyi halda, xx.xx.2025-ci il tarixli rəydə yalnız THC pozitiv çıxmışdır. Bu hal şəxsin dedikləri ilə tam üst-üstə düşür və onun xx.xx.2025-ci il tarixdən sonra intensiv istifadəni dayandırdığına dair səmimi izahını dəstəkləyir və təsdiqləyir. Maddələrin çeşidinin azalması və yalnız THC-nin qalması orqanizmin əvvəlki istifadədən tam təmizlənmədiyini göstərən tibbi göstəricidir. Bu isə şəxs tərəfindən son dövrlərdə narkotik vasitə qəbul edilmədiyini obyektiv olaraq mümkün və inandırıcı edir. Məhz bu ardıcıllıq – şəxsin izahatı, tibbi laborator nəticələr və maddələrin bədəndə qalıcılıq xüsusiyyətləri – məhkəmənin “03 noyabrdan sonra istifadə etməmişəm” ifadəsinə inanması üçün kifayət qədər möhkəm sübut bazası yaradır. Məhkəmə əlavə olaraq nəzərə alır ki, şəxs 2006-cı il təvəllüdlüdür və hadisə vaxtı 19 yaşı yenicə tamam olmuşdur. Qanunvericilik yetkinlik yaşını 18 olaraq müəyyən etsə də, bu yaş hüquqi formal yetkinliyi ifadə edir, psixoloji və sosial yetkinlik isə fərqli məfhumdur. Şəxsin hazırki yaşda hüquqlarını tam anlamaması, həyat təcrübəsizliyi ifadəvermə prosesində psixoloji təzyiqə daha həssas olmasına zəmin yarada bilərdi ki, bu hal da bölmədə alınmış izahatın etibarlılığının könüllülük baxımından şübhəli olmasına səbəb olur. Bu səbəbdən, məhkəmə polis bölməsində verilmiş etirafdan fərqli olaraq, narkoloji müəssisədə verilmiş sərbəst izahatı, eləcə də ekspertiza nəticələrini əsas götürməklə şəxsin 03 noyabrdan sonra narkotik vasitə qəbul etməməsi barədə dediklərini obyektiv, ardıcıl və sübutlarla dəstəklənmiş hesab edir. Göstərilənlərə əsasən Məhkəmə eyni zamanda onu da qeyd edir ki, şəxsin bölmədə verdiyi izahatda guya oğurladığı pulları narkotik vasitələrin alınmasına xərcləməsi barədə göstərilən məlumat da işin sübutları ilə uzlaşmır və bu səbəbdən inandırıcı hesab edilə bilməz. Belə ki, məhkəmə yuxarıda göstərilən ekspert rəyləri, tibbi göstəricilər və şəxsin narkoloji müayinədə verdiyi ardıcıl və neytral izahat əsasında şəxsin xx.xx.2025-ci il tarixindən sonra narkotik vasitə qəbul etmədiyi qənaətinə gəlmişdir. Deməli, həmin tarixdən sonrakı dövrdə narkotik vasitə əldə etmək məqsədilə pul xərcləməsi faktiki cəhətdən mümkün olmadığından, bölmədə etdiyi bu etiraf da obyektiv reallıqla uyğun gəlmir. Bu isə həmin izahatın təzyiq altında verilməsinə dair ehtimalı gücləndirir və onu sübut kimi etibarsız edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda.. Bütün qeyd olunanlara əsasən Məhkəmə belə nəticəyə gəlir ki, İXM-in 227-ci maddəsi üzrə təqdim edilmiş sübutlar şəxsin xətanı törətməsini təsdiq etmədiyindən və mövcud materiallarda onun əməli ilə inzibati xəta hadisəsi arasında etibarlı əlaqə qurulmadığından, İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Həmçinin, İXM-in 206-cı maddəsi üzrə məhkəmə qeyd edir ki, ekspertiza şəxsin orqanizmində narkotik maddə aşkar etsə də, bu göstərici həmin şəxsin əvvəlki dövrdə istifadə etdiyi maddənin bədəndə qalıcılıq xüsusiyyəti ilə bağlıdır və yeni, müstəqil inzibati xəta hadisəsini formalaşdırmır. Maddənin orqanizmdə qalma müddəti nəzərə alınmaqla, xətanın başvermə zamanı şəxsin narkotik vasitəni qəbul etməsi sübuta yetirilmir. Bu halda konkret inzibati xəta hadisəsi təsdiqlənmədiyindən, bu maddə üzrə İXM-in 53.1.1-ci maddəsi tətbiq edilməli və icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. 114.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır: 114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda; Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında başlanılmış icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs barəsində Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-8945/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8945/2025
03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver