Məhkəmə qərarları › İş №3(001)-8978/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-8978/2025

05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-8978/2025 05.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlu, X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 03 yanvar 2024-cü il tarixli, EQ 18812168 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətini məhkəmə iclasında baxılmağa hazırlanması zamanı nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: X2 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 03 yanvar 2024-cü il tarixli, EQ 18812168 nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Hazırki halda B.M.Əliyev Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 03 yanvar 2024-cü il tarixli, EQ 18812168 nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan şikayət versə də, şikayətinə barəsində şikayət verilmiş qərar əlavə olunmamışdır. Bununla da, həmin qərarın mövcud olub-olmadığını müəyyənləşdirmək mümkün deyildir. Belə olan halda, hesab edirəm ki, işə mahiyyəti üzrə baxılması üçün barəsində şikayət verilmiş qərar şikayətə əlavə edilməlidir, bu məqsədlə də, hazırki şikayət geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X3 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 109.1.6-cı maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 03 yanvar 2024-cü il tarixli, EQ 18812168 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar