Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-898/2024 31.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X6 iclas katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, İİ dərəcəli hüquqşünas X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə. xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, rəsmi olaraq ELAD MMC-də işləyən, evli (himayəsində 3 (üç) azyaşlı övladı olan), məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 388- 1.1.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Baş Prokukorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev tərəfindən xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Qərardan görünür ki, Şəxs “Milli Təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının informasiya sahəsində milli təhlikəsizliyin təmin olunması, habelə informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsinin əleyhinə hərəkət etməklə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-2.3.2-ci maddəsinin milli və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn açıq çağırışlar edilməməsi barədə tələblərini pozaraq xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin sürücüsü kimi Kəlbəcər rayonunun Həsənriz kəndinə yanacaq daşıyarkən həmin kəndin ərazisindəki qəbirstanlıqda qeydə aldığı videogörüntüdə milli nifrət salınmasına yönəlmiş ifadələr işlədib 2024-cü ilin yanvar ayının əvvəllərində həmin videogörüntünü Bakı şəhəri, Binəqədi rayonu ərazisində hərəkətdə olarkən “Tiktok” sosial şəbəkəsində özünə məxsus “userr**********” adlı profildən yerləşdirərək yaymış, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, İİ dərəcəli hüquqşünas X9 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada cəzalanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs çıxış edərək təqsirini etiraf etdiyini və əməlindən peşman olduğunu nəzərə alaraq inzibati qaydada ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçi X4 hüquqlarını müdafiə etdiyi şəxs Şəxs təqsirini etiraf etdiyini və əməlindən peşman olduğunu nəzərə alaraq inzibati qaydada ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ifadəsini, onun müdafiəçisinin çıxışını, Azərbaycan Respublikası Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin əməkdaşının çıxışını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs inzibati qaydada təqsirli hesab edilərək cəzalandırılmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxs “Milli Təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının informasiya sahəsində milli təhlikəsizliyin təmin olunması, habelə informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsinin əleyhinə hərəkət etməklə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-2.3.2-ci maddəsinin milli və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn açıq çağırışlar edilməməsi barədə tələblərini pozaraq xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin sürücüsü kimi Kəlbəcər rayonunun Həsənriz kəndinə yanacaq daşıyarkən həmin kəndin ərazisindəki qəbirstanlıqda qeydə aldığı videogörüntüdə milli nifrət salınmasına yönəlmiş ifadələr işlədib 2024-cü ilin yanvar ayının əvvəllərində həmin videogörüntünü Bakı şəhəri, Binəqədi rayonu ərazisində hərəkətdə olarkən “Tiktok” sosial şəbəkəsində özünə məxsus “userr**********” adlı profildən yerləşdirərək yaymışdır. Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsinə əsasən informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar il ərzində ilk dəfə inzibati xəta törətməsini, təqsirini etiraf etməsini və əməlindən peşman olmasını, himayəsində 03 azyaşlı övladının olmasını nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 388-1.1.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 388- 1.1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 5 saata görə 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 və 110-115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinsin və 500 (beş yüz) manat cərimə edisin. Şəxs inzibati tutulmadan azad edilsin. X1 məhkəmə baxışı zamanı 5 (beş) saat əmək haqqının məbləği 30 (otuz) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod 200156, VÖEN **********, m/h AZ37NABZ********************. S.W.İ.F.T.B.İ.K: AİİBAZ2X, hesab № AZ48AİİB********************, VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində tərəflər işə baxan Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-898/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-898/2024
31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver