Məhkəmə qərarları › İş №3(001)-8980/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-8980/2025

09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-8980/2025 09.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızı, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23053901 nömrəli inzibati tenbeh vermə haqqında qərarın ləğvinə dair verdiyi şikayətin baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23053901 nömrəli inzibati tenbeh vermə haqqında qərarın ləğvinə dair verdiyi şikayət daxil olmuşdur. Belə ki, X2 ünvanladığı şikayət ərizəsindən görünür ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23053901 nömrəli inzibati tenbeh vermə haqqında qərarından şikayət vermişdir. X1 şikayətin məzmununda idarə etdiyi avtomobilin xx.xx.2025-ci il tarixdə saat 16:00-da Bakı şəhər DYP-nin əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasında yerləşdirildikdən sonra 2022-ci ildən başlayaraq onun adına xeyli sayda inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarların qəbul edildiyindən xəbərdar olduğunu qeyd etsə də, şikayətə X3 tərəfindən inzibati tənbeh vermə haqqında qərarın nə vaxt alınmasını təsdiq edən sənəd əlavə edilmədiyindən, sözügedən qərarın ona nə vaxt çatdırılmasını müəyyən etmək mümkün olmur. Şikayət vermiş şəxs X3 inzibati tənbeh vermə haqqında qərarı nə vaxt almasını təsdiq edən sənəd əlavə etməmiş, həmçinin, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatəti təqdim etmədən şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Beləliklə, qeyd olunanlara əsasən hesab edirəm ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23053901 nömrəli inzibati tenbeh vermə haqqında qərarından verdiyi şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23053901 nömrəli inzibati tenbeh vermə haqqında qərarın ləğvinə dair verdiyi şikayət geri qaytarılsın. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar