Məhkəmə qərarları › İş №3(001)-9/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-9/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-9/2025 14.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 1984-cü il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölməsinin (PB) sahə rəisi, polis mayoru X1 tərəfindən Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə tərtib edilmiş 28 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Tərtib edilmiş protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsində fərdi evdə yaşayan Zərərçəkmiş şəxs evinin qapı-pəncərələrini sındırmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs vurmuş olduğu ziyanı aradan qaldıracağını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona vurulmuş ziyanın ödəyəcəyinə söz verdiyini, onun da yeganə tələbinin vurulmuş ziyanın ödənilməsi olmasını bildirdi. İXM-nin 232-1-ci maddəsində özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə bu az miqdarda (yəni 5000 manatdan yuxarı olmayan məbləğdə) ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur . Eyni zamanda, İXM-nin 39-cu maddəsinə əsasən, bu Məcəllənin 227, 232-1 və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibait xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Göründüyü kimi, Şəxs tərəfindən vurulmuş ziyanın miqdarının müəyyənləşdirilməsi həm təqsirliliyi sübuta yetiriləcəyi təqdirdə ona tətbiq edilməli cərimə məbləğinin, həm də yuxarıda göstərilən əsasla iş üzrə icraata xitam verilməsi ehtimalı olarsa, hansı miqdarda zərərin ödənilməli olduğunun müəyyənləşdirilməsi baxımından zəruridir. Təqdim edilmiş protokol və ona əlavə edilmiş sənədlərlə R.Ş.Rəfiyevaya vurulmuş ziyanın miqdarına dair sübut mövcud olmadığından məhkəmənin 18 dekabr 2024-cü il tarixli, 3(001)-6736/2024 saylı qərardadına əsasən, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış 17 fevral 2025-ci il tarixli məlumata əsasən qərardadda ekspert qarşısında qoyulmuş sualın cavablandırılması üçün tədqiqat obyektinə baxış keçirilməsi zəruri olduğu halda, təyin edilmiş vaxtda tərəflərin iştirak etməməsi səbəbindən tədqiqat obyektinə baxış keçirilməsi və müvafiq ölçü işlərinin aparılması mümkün olmadığından, ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. İXM-nin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda məhkəmə inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Hazırki halda iş məhkəmə baxışı mərhələsində olsa da, zərərin miqdarının müəyyənləşdirilə bilməməsi işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilməsinə imkan vermədiyindən, məhkəmə hesab edir ki, tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsaslanaraq, habelə İXM-nin 109, 114, 118 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə tərtib edilmiş 28 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə geri qaytarılsın. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar