Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-90/2024 26.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi, X1, İnzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə2 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin EQ 18386418 saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin EQ 18386418 saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayət olunla əsaslandırılmışdır ki, 04 dekabr 2023-cü il tarixdə Binəqədi rayonu, Binəqədi-Baksol yolu ünvanında ona məxsus ** DC *** d.q.n nişanlı "BMW X5" markalı minik avtomobili ilə hərəkətdə olarkən "törətdiyi" qayda pozuntusunun inzibati tənbeh vermə haqqında qərarı ASANPAY kabinetinə daxil olmuşdur. Qərarda onun "X9" Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsini "pozduğuna” görə İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə "törətmiş olduğu” xətaya görə məsuliyyət qeyd edilmişdir. Qərarla tanış olduğu zaman qərarın yalnış tərtib olunduğunu aşkar etdim. Belə ki. qərarda qeyd olunan tarix və vaxtın şəkillərdə olan vaxtla fərqli vaxtlar olduğu aşkar görünür. Payız fəsli olmasını nəzərə alaraq bildirmək istəyir ki, adıçəkilən tarixdə günbatımı saat 17:14-ə təsadüf edib. Qərarda bildirildiyi kimi saat 20:27-də “törədilən" qayda pozuntusu şəkillərdə sutkanın qaranlıq vaxtını əks etdirmir. Hörmətli məhkəmə heyəti, yazıb nəzərinizə çatdırmaq istəyir ki, xx.xx.2023-ci il tarixində nə o, nə də ona məxsus avtomobil qərarda göstərilən tarix və saatda həmin ünvanda olmayıb və heç bir qayda pozuntusu törətməyib. Bildirir ki, DİN BDYPİ-nin, Mərkəzi Məlumat Xidmətinin rəisi tərəfındən qərar qanundan kənar qəbul edilib. DİN BDYPİ-nin, Mərkəzi Məlumat Xidməti tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin tələblərinə riayət olunmamış, zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə, hesab edir ki, İXM-nin 53.0 maddəsinin 53.0.1,-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.0.2.-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda. X5 işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.5-ci maddəsinə əsasən X5 İşlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. EQ 18386418 saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 məhkəmə iclasında iştirak edərək şikayətin məzmununa uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin nümayəndəsi etirazında bildirmişdir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, şikayət formal olaraq verilmiş, X9 qaydalar sürücü tərəfindən qəsdən pozulmuş, real vaxt rejimində inzibati qərar qəbul edilmişdir. Real vaxt rejimi dedikdə bir gün müddət nəzərdə tutulur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən: EQ 18386418 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X6 idarə etdiyi "BMW X5" markalı,** DC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə AR İXM-nin 327.1-ci maddəsinin tələblərini pozmuşdur. Nəticədə 40 manat mələğində cərimə edilmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi X5 işlər üzrə icraata başlanılmaması və başlanmış icraata xitam verilməsinin əsaslarını müəyyən edir. Belə ki, 53.1.1-ci maddəyə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqa X5 işlər müzrə icraata başlanıla bilməz və başlanılmış icraata xitam verilməlidir. İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-nin 38.6-cı maddəsinə görə bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Yuxarıda qeyd edilən normaların məzmunundan da göründüyü kimi real vaxt rejimi dedikdə bir gün müddət nəzərdə tutulur. X9 Qanunun 2-1-ci bəndinə görə yol hərəkətinin təşkilinin texniki vasitələri yollarda hərəkətin təşkili və tənzimlənməsi, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların təhlükəsizliyinin və fasiləsiz hərəkətinin təmin edilməsi, yolların buraxıcılıq qabiliyyətinin artırılması üçün tətbiq edilən qurğular, avadanlıqlar və təsvirlərdir (svetoforlar, yol nişanları, nişanlama xətləri, qoruyucu sədlər, dirəkciklər və s). İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi X6 tərəfindən inzibati xəta hadisəsi törədilmiş və əsaslı olaraq barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. İnzibati xəta hadisəsinin mövcudluğu məhkəmə araşdırması zamanı iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, formal əsaslar inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğvi üçün əsas ola bilməz. Məhkəmə xüsusi olaraq qeyd edir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri ictimai mənəviyyatı, ictimai qaydanı və ictimai təhlükəsizliyi, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İstər fiziki və hüquqi şəxslər, istərsə də inzibati orqanlar tərəfindən inzibati xətaların qarşısının alınması istiqamətində bütün tədbirlər həyata keçirilməli və heç biri qanunun onlara verdiyi imkanlardan sui-istifadə etməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin EQ 18386418 saylı, xx.xx.2024-cü il tarixli inzibati qərarının ləğv edilməsi və icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-90/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-90/2024
26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver