Məhkəmə qərarları › İş №3(001)-9010/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9010/2025

23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9010/2025 23.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəbiyev Samir Cəmşid oğlunun katibliyi ilə Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Binəqədi DYPŞ-nin polis mayoru X4 tərəfindən Şəxs barəsində 26 noyabr 2025-ci il tarixli, İXP ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilmiş, həmin protokola əsasən, Şəxs İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İXM-nin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi həmin maddə üzrə inzibati məsuliyyət yaradır. İnzibati xəta haqqında protokol və həmin protokolun tərtib olunmasına əsas olmuş materiallarda göstərilmişdir ki, Şəxs 13 sentyabr 2025-ci il tarixdə, saat 10:30 radələrində etibarnamə əsasında idarə etdiyi “BYD QİN PLUS Plug-in hibrid” minik markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Elçin Əzizov küçəsi ilə üzü Sulutəpə qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolun əks istiqamətli hərəkət zolağı ilə hərəkət edərək dönmə əməliyyatını icra edən, X1 idarə etdiyi “Nissan Sentra” minik markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobildə sərnişin qismində olan X3 yüngül dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəməyə gəlməmiş, habelə inzibati xəta haqqında iş üzrə icraat aparmış inzibati qurum öz səlahiyyətli nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. İş materiallarında olan 20 noyabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X2 aldığı xəsarətlər – sol bazu oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağı nahiyyəsinin və sol çiyin qurşağı nahiyyəsinin dərialtı hematoması, sağ təpə nahiyyəsinin əzilmiş yarası, sağ said nahiyyəsinin sıyrığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Həmin qərarın yekun hissəsində qeyd edilmişdir ki, baş vermiş hadisəyə səbəb olmuş hər iki sürücü, yəni X1 və Şəxs əməlində İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta müəyyən edildiyindən inzibati məsuliyyət məsələsinin həlli üçün qərarın surəti Binəqədi RPİ-nin DYPŞ-yə göndərilsin. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edərək, belə qənaətə gəlir ki, inzibati xəta haqqında protokol əsaslıdır, Şəxs hərəkətlərində İXM-nin 327.8-ci maddəsinin tərkib hissələri mövcuddur və o, həmin maddə üzrə inzibati məsuliyyətə cəlb edilərək, inzibati tənbeh edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-nin 327.8-ci maddəsinin sanksiyasında üç yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılması növündə tənbeh nəzərdə tutulmuşdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, törədilmə şəraitini və nəticəsini nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar