Məhkəmə qərarları › İş №3(001)-903/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-903/2024

12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-903/2024 12.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Şikayət verən X1 iştirakı ilə, X1 Bakı şəhəri Yasamal rayon X7 Şöbəsinin TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X3 şikayətlə və şikayətinə yaşadığı yer üzrə baxılmasına dair vəsatətlə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Yasamal rayon X7 Şöbəsinin TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini onunla əsaslandırmışdır ki, istifadəsində olan “Kia K5 minik” markalı, 77MF044 dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü ildə axşam saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində Yeni Yasamal qəsəbəsində Kənar dairəvi yol adlanan ərazidə hərəkətdə olarkən “MAN yük” markalı 99UH960 dövlət qeydiyyat nişanlı avtomobil idarə etdiyi avtomobili vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, qeyd edilən ərazidə idarə etdiyi avtomobillə işıqforun qırmızı işıqında gözləyən zaman həmin yük avtomobili sol tərəfdən onunla paralel dayanaraq işıqforun yaşıla keçməsini gözləmiş, işıqforun işığı yaşıl olduqdan sonra isə sağında yerləşən avtomobili, yəni onun idarə etdiyi avtomobili gözləmədən manevr edib, sağa dönmüşdür. Yaşıl işıq yanan zaman o, hərəkətə keçmək istəyərkən solunda yerləşən həmin yük avtomobilin ona doğru gəldiyini görüb təhlükəni hiss etdiyi üçün avtomobili tam dayandıraraq, səs siqnalından istifadə etmişdir. Lakin yük avtomobili hərəkətini dayandırmamış və nəticədə avtomobilini sol ön hissədən vurmuşdur. Daha sonra hadisə yerinə sığorta və yol polisi əməkdaşları gələrək baxış keçirmişlər. İnspektor araşdırma zamanı digər nəqliyyat vasitəsinin yol hərəkəti qaydasını pozduğunu, hadisənin baş verməsində həmin avtomobili idarə edən şəxsin təqsirinin olduğunu bildirib, onun idarə etdiyi avtomobilə dəymiş maddi ziyanın sığorta şirkəti tərəfindən qarşılanacağını bildirsə də, sonradan sığorta şirkətinə müraciət edən zaman şirkətin əməkdaşı yol polisi tərəfindən həm onun, həm də digər sürücünün günahkar olduğu müəyyən edildiyindən dəymiş ziyanın 50 faizi miqdarında ödəniş ediləcəyini demişdir. Bununla bağlı maraqlanan zaman bilmişdir ki, digər nəqliyyat vasitəsinin sürücüsü ilə yanaşı onun barəsində də inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarı əldə etdikdən sonra bilmişdir ki, ona xx.xx.2023-cü ildə, yəni hadisənin baş verdiyi gün protokol tərtib edilmiş və həmin protokol əsasında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş əks istiqamət zolağına çıxmadan manevr etmə qaydalarını pozduğu üçün 40 manat məbləğində cərimə olunmuşdur. Halbuki o, hadisə zamanı hər hansı yol hərəkəti qaydasını pozmamış, eləcə də heç bır inzibati xəta törətməmişdir. Belə ki, hadisənin baş verdiyi yol iki zolaqlı olmaqla bir gediş və bir gəliş zolaqlarından ibarətdir, həmin zolaqlar da 1.1 üfüqi nişanlanma xətti ilə ayrılmışdır. O, da qeyd edilən yolda hərəkətdə olduğu zolaqda digər yolun kəsişməsində işıqforun qırmızı işığında dayanmışdır. “MAN yük” markalı, 99UH960 dövlət qeydiyyat nişanlı avtomobil isə 1.1 üfüqi nişanlanma xəttinin tələblərini pozmaqla onun avtomobilinin sol tərəfində dayanmışdır. Daha sonra işıqforun yaşıl işığı yanan zaman o, öz yoluna, yəni hərəkətdə olduğu yolla kəşisən yola sağ istiqamətdə hərəkətə davam etmək istəyən zaman solunda olan həmin yük avtomobili sağa, ona doğru hərəkət etdiyi üçün avtomobili dərhal dayandırmış və səs siqnalından istifadə etmişdir. Həmin avtomobilin sürücüsü qeyd edilən şəraitdə ona yol verməli olduğu halda yol verməmiş, hətta siqnalla onu xəbərdar etməsinə baxmayaraq öz hərəkətinə davam etmiş, avtomobili sol ön hissəsindən vurmuşdur. Yalnız toqquşmadan sonra avtomobilini dayandırmışdır. Həmin şəraitdə yol üstünlüyü özündə olmuşdur, çünki işıqforun qırmızı işığında öz zolağında, yəni yolun sag tərəfində gözləmiş və yoluna sağ istiqamətlə davam etmək istəmişdir. Həmin vaxt ondan sağ tərəfdə hər hansı bir avtomobil olmamış, yolun səki hissəsi olduğu üçün manevr etməsinə hər hansı bir maneə olmamışdır. Hərəkətə başlayan zaman digər avtomobilin özündən sağ tərəfdə olan avtomobili gözləmədən təhlükəli şəkildə manevr etdiyini görüb dərhal avtomobilini dayandırmış, lakin hərəkətsiz olmağına baxmayaraq yük avtomobili öz hərəkətinə davam etmiş, nəticədə avtomobilini vurmuşdur. “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin 10-cu bəndinə əsasən nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. Göründüyü kimi qeyd edilən maddə manevr etmə qaydalarını müəyyən edir.Hadisə zamanı o, qanunda müəyyən edilmiş qaydalar çərçivəsində manevr etməyə çalışsa da, avtomobilini vuran nəqliyyat vasitəsinin sürücüsü həmin qaydalara riayət etməmiş və inzibati xəta törətmişdir. Bununla yanaşı həmin sürücü həm də İXM-in 327.4-cü maddəsində nəzərdə tutulmuş 1.1 üfüqi nişanlanma xəttinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə inzibati xətasını da törətmişdir. “MAN yük” markalı 99UH960 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən inzibati xətaların törədilməsi nəticəsində yolnəqliyyat hadisəsi baş vermiş və idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Bakı şəhəri Yasamal rayon X7 Şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri Yasamal rayon X7 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli X6 Protokoldan görünür ki, Bakı şəhəri Yasamal rayon X7 Şöbəsinin inspektoru polis leytenantı X2 tərəfindən “KİA K5 minik” markalı 77MF044 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir ondan ötrü ki, İ.İ.Həmidov xx.xx.2023-cü ildə Kənar dairəvi yolda “KİA K5 minik” markalı 77MF044 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuşdur. TP ******* nömrəli xx.xx.2023-cü il tarixli İnzibati Tənbeh vermə haqqında Qərardan görünür ki, Bakı şəhəri Yasamal rayon X7 Şöbəsinin inspektoru polis leytenantı X2 “KİA K5 minik” markalı 77MF044 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bililib 40 (qırx) manat cərimə edilməsi barədə qərar qəbul etmişdir ondan ötrü ki, İ.İ.Həmidov xx.xx.2023-cü ildə Kənar dairəvi yolda “KİA K5 minik” markalı 77MF044 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuşdur. X1 məhkəməyə təqdim etdiyi “KİA K5 minik” markalı 77MF044 dövlət qeydiyyat nişanlı avtomobildə quraşdırılmış videoqeydiyyatçının hadisə günü qeydə aldığı görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, X1 idarə etdiyi “Kia K5 minik” markalı, 77MF044 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü ilə axşam saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində Yeni Yasamal qəsəbəsində Kənar dairəvi yol adlanan ərazidə hərəkətdə olarkən işıqforun qırmızı işığında gözləyir. Bu zaman “MAN yük” markalı 99UH960 dövlət qeydiyyat nişanlı avtomobil “Kia K5 minik” markalı, 77MF044 dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfində onunla paralel dayanaraq işıqforun yaşıl işığa keçməsini gözləyir. İşıqforun işığı yaşıl olduqdan sonra “MAN yük” markalı 99UH960 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sağında dayanmış “Kia K5 minik” markalı, 77MF044 dövlət qeydiyyat nişanlı avtomobili gözləmədən manevr edib, sağa dönür. “Kia K5 minik” markalı, 77MF044 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəni görüb avtomobili hərəkətə gətirmir və səs siqnalından xəbərdarlıq kimi istifadə edir. Lakin “MAN yük” markalı 99UH960 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hərəkətini dayandırmır və nəticədə “Kia K5 minik” markalı, 77MF044 dövlət qeydiyyat nişanlı avtomobili sol ön hissəsindən vurur. “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin 10-cu bəndinin tələbinə görə nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. Belə olan halda aydın olur ki, sözügedən hadisə zamanı “MAN yük” markalı 99UH960 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin 10-cu bəndində nəzərdə tutulmuş qaydalara riayət etməmiş, yəni sağ tərəfdən hərəkət edən “Kia K5 minik” markalı, 77MF044 dövlət qeydiyyat nişanlı avtomobili gözləmədən manevr edib sağa dönmüş və məhz onun bu qayda pozuntusu yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Videogörüntüyə baxış zamanı “Kia K5 minik” markalı, 77MF044 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İ.İ.Həmidov tərəfindən Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində X6 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X6 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, X6 hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 75-ci maddəsinə görə inzibati xəta törətməkdə şəxsin təqsiri X6 iş üzrə müəyyən edilməlidir. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması X6 iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə görə X6 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir:.. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X6 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Yasamal rayon X7 Şöbəsinin TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməli, həmin qərar ləğv edilərək X6 iş yenidən baxılmaq üçün Bakı şəhəri Yasamal rayon X7 Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal rayon X7 Şöbəsinin TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, X6 iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Bakı şəhəri Yasamal rayon X7 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar