Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9040/2025 26.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X1 Novruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs: Şəxs, AZ1147, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 51, 9a Mkr, mənzil 30, VÖEN ********** Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, cəmiyyət mülkiyyətində və ya istifadəsində olan “Lexus LX 570” markalı 10PE993 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı (xx.xx.2025-ci il, saat 23:52) idarə etmiş fiziki şəxs haqqında məlumatı Bakı şəhəri Xətai rayon Polis İdarəsinin bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş hüquqi şəxsin nümayəndəsi protokola etiraz edərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon Xətai İdarəsi tərəfindən göndərildiyi iddia olunan sorğu cəmiyyətə faktiki olaraq çatmamışdır. İş materiallarında göstərilən bildirişi qəbul etdiyi iddia edilən Əliyev Əli adlı şəxs MMC-nin işçisi və səlahiyyətli nümayəndəsi olmamışdır. Bu səbəbdən cəmiyyət sorğudan xəbərdar olmamış, məlumat vermək öhdəliyi yaranmamışdır. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə Xətai rayon Polis İdarəsinə və hüquqi şəxs Şəxsnə lazımı qaydada məlumat verilsə də, nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4cü maddələrinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan DİN-nin DYP WEB portalından çıxarışdan görünür ki, hüquqi şəxs Şəxs mülkiyyətində və ya istifadəsində olan “Lexus LX 570” markalı 10PE993 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü xx.xx.2025-ci il tarixdə saat 23:52-da Bakı- Qazax yolu 221-ci km-də hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-in 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İşdə olan bildirişdən görünür ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsi hüquqi şəxs Şəxsnə müraciət edərək, mülkiyyətində və ya istifadəsində olan “Lexus LX 570” markalı 10PE993 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın sorğu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim edilməsini xahiş etmişdir. SX052451969AZ nömrəli xəbərnamədən görünür ki, "xxxx" MMC-yə ünvanlanmış bildiriş xx.xx.2025-ci il tarixdə Əli Əliyev tərəfindən qəbul edilmişdir. "xxxx" MMC-nin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, SX052451969AZ ştrix kodu "xxxx" MMC-yə göndərilən məktuba məxsus deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Beləliklə, iş materialları ilə müəyyən edildi ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin hüquqi şəxs Şəxs MMC-yə ünvanladığı məlumat sorğusunun bu cəmiyyətə çatdırılması sübuta yetirilməmişdir. Belə ki, sorğunun guya SX052451969AZ nömrəli xəbərnamə ilə təqdim edildiyi göstərilsə də, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəsmi cavabında həmin ştrix-kodun Şəxs MMC-yə göndərilmiş məktuba aid olmadığı açıq şəkildə təsdiq olunmuşdur, eyni zamanda bildirişi qəbul etdiyi iddia edilən Əli Əliyev adlı şəxsin də cəmiyyətin işçisi olmaması müəyyən edilmişdir. Bu şəraitdə hüquqi şəxsin sorğudan xəbərdar olduğu və ona İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş 5 günlük müddətdə məlumat vermək öhdəliyinin yarandığı qənaətinə gəlmək mümkün deyildir. Sorğunun hüquqi şəxsə daxil olması faktı sübuta yetirilmədiyindən, məlumatın verilməməsi kimi qiymətləndirilə bilən hərəkətsizlik mövcud olmamış, nəticə etibarilə inzibati xəta tərkibinin həm obyektiv, həm də subyektiv əlamətləri formalaşmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-9040/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9040/2025
26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver