Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9041/2025 22.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəbiyev Samir Cəmşid oğlunun katibliyi ilə Şəxs (MMC) barəsində Azərbaycan Respublikasınin İnzibati Xətalar Məcəlləsinin (İXM) 215.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Yasamal rayon prokuroru vəzifəsini icra edən, ədliyyə müşaviri X4 08 dekabr 2025-ci il tarixli qərarına əsasən hüquqi şəxs Şəxs MMC-nin barəsində İXM-nin 215.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmasına dair materiallar daxil olmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, MMC-ni təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi – direktoru X9 tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərək “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 4 və 5-ci maddələrinin tələblərinə əsasən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikasiyadan keçməyən X7 xx.xx.2025-ci il tarixdə Şəxs MMCnin Bakı şəhəri, Yasamal rayonu, Xıdır Mustafayev küçəsində yerləşən “Etalon” klinikasında X3 üzərində plastik cərrahiyyə əməliyyatlarının (liposaksiya, abdominoplastika, mamaplastika) icra edilməsinə buraxmışdır. Buna görə də, hüquqi şəxs Şəxs MMC-nin barəsində İXM-nin 215.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır. İnzibati xəta haqqında toplanmış materiala baxılması ilə əlaqədar keçiriləcək məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərlə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmədə iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışlar. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki: - 1989-cu il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Yasamal rayonunda yerləşən “Etalon” Hospitalında üzərində icra edilmiş çoxsaylı, kombinə plastik cərrahi əməliyyatdan sonra tibb işçisinin işə laqeyd münasibəti və öz peşə vəzifəsini lazımi qaydada yerinə yetirməməsi nəticəsində xx.xx.2025-ci il tarixdə, saat 01:45-də həmin hospitalda ölməsi faktına görə 14 noyabr 2025-ci il tarixdə Yasamal rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 142.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır; - X2 rayon Prokurorluğuna verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə plastik cərrah kimi sertifikasiyadan keçsə də, 2025-ci ilin mart-aprel ayından həmin sertifikasiya şəhadətnaməsi ləğv olunmuşdur. Lakin, o, ümumi cərrah kimi liposaksiya, abdominoplastika, mamaplastika əməliyyatlarını icra edə bilir. 2025-ci ilin avqust ayında Nilufər Mansurova “Etalon” Hospitala müraciət edərək liposaksiya, abdominoplastika, mamaplastika əməliyyatlarının icra edilməsini onunla müzakirə etmiş, o isə 8000 manata əməliyyatın icra edilməsinə razılaşmışdır. 14 avqust 2025-ci il tarixdə, saat 16:00-da əməliyyata girmiş, 5 saat sonra əməliyyat uğurla yekunlaşdırılmışdır; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Yasamal rayon Prokurorluğuna ünvanladığı 03 dekabr 2025-ci il tarixli məktubda göstərilmişdir ki, ...X8 plastik cərrahiyyə ixtisası üzrə prakrik fəaliyyətinə icazə verilməmişdir. O, “X14 Registr”ində qeyd olunan məlumata əsasən rezidenturada aldığı ixtisasa uyğun olaraq həkim-ümumi-cərrah vəzifəsində işləyir, lakin ixtisas üzrə ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə sertifikasiya şəhadətnaməsi yoxdur. Məhkəmə iş materiallarını öyrənib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin müddətin keçməsinə görə məsuliyyətdən azad etməni nəzərdə tutan 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Dairəsi həmin maddədə müəyyən edilmiş bəzi inzibati xətaların törədilməsinə görə isə bu müddət bir il təşkil edir. Göründüyü kimi, inzibati tənbehin tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlbetmə müddəti ilə şərtləndirilmişdir. Baxılan işdə inzibati xəta hadisəsi (X1 şəhadətnaməsi olmadan mərhum X5 əməliyyat etməsi) xx.xx.2025-ci ildə baş vermiş və həmin tarixdə bitmişdir. Həmin inzibati xəta dairəsi İXM-in 38.1-ci maddəsində müəyyən edilmiş bir il inzibati məsuliyyətə cəlbetmənin mümkünlüyünü nəzərdə tutan inzibati xəta deyil. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs MMC sözügedən inzibati xətaya görə inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək, yəni xx.xx.2025-ci ilədək inzibati məsuliyyətə cəlb edilə bilərdi. Çünki, inzibati məsuliyyətə cəlb etmə müddətləri şəxsin inzibati məsuliyyətdən azad edilməsinə əsas verən və inzibati xətanın törədildiyi gündən hesablanan müddətlərdir. Törədilmiş inzibati xəta ilə həmin inzibati xətaya görə şəxsin məsuliyyətə cəlb edilməsi arasında müddət nə qədər çox uzanarsa, şəxsin tənbeh edilməsi də bir o qədər lüzumsuz olur və tənbeh istər xüsusi, istərsə də ümumi xəbərdarlıq baxımından əhəmiyyətini itirir. Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür. Odur ki, məhkəmə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi tam sübuta yetirilmiş, onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar mövcud olmasa da, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:....53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən – bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Təsvir olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən ona inzibati təhbeh təyin edilməməli, işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs MMC inzibati məsuliyyətdən azad edilsin. Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-9041/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9041/2025
22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver