Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-905/2025 11.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə X2 Binəqədi rayon X9 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X6 tərəfindən tərtib olunmuş 06 fevral 2025-ci il tarixli, İXP ******* nömrəli protokoldan şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X1 rayon X9 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X6 tərəfindən tərtib olunmuş 06 fevral 2025-ci il tarixli, İXP ******* nömrəli protokoldan şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X5 barəsində 06 fevral 2025-ci il tarixli, İXP ******* nömrəli protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 333-1.2-ci maddəsində göstərilən inzibati xətanın törədilməsi əsasında tərtib edilmişdir. İXM-nin 333-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi həmin maddə üzrə inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 333-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi həmin maddə üzrə inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 43.1-ci maddəsindən belə müəyyən olunur ki, 333-1.2-ci maddə üzrə tərtib edilmiş inzibati xəta haqqında protokola baxılma səlahiyyəti məhkəmələrə aiddir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2025ci il tarixli, 3(001)-1839/2025 saylı və 11 aprel 2025-ci il tarixli, 3(001)-2800/2025 saylı qərardadlarından, habelə, “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş məlumatlardan müəyyən edilir ki, Ş.Y.Mürsəlov barəsində tərtib edilmiş 06 fevral 2025-ci il tarixli, İXP ******* nömrəli protokol baxılması üçün aidiyyəti üzrə 2 dəfə məhkəməyə göndərilsə də, hər iki halda məhkəmə tərəfindən geri qaytarılmış, yəni, protokol əsasında inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilməmişdir. İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokola dair mahiyyəti üzrə qərar qəbul edilmədiyindən və İXM-də inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmadığından, X2 hazırki şikayəti təmin edilə bilməz. Qeyd olunmalıdır ki, İXM-nin 125.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərar elektron kabinetdə yerləşdirilməyənədək onun icra olunması (o cümlədən cərimə növündə inzibati tənbeh tədbirinin ödənilməsi, dəbbə pulunun hesablanması) tələb edilə bilməz, həmin səbəbdən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-50, 53.2, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 Binəqədi rayon X9 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X6 tərəfindən tərtib olunmuş 06 fevral 2025-ci il tarixli, İXP ******* nömrəli protokoldan şikayəti təmin edilməsin. X3 həmin protokol əsasında mahiyyəti üzrə qərar qəbul edildikdən sonra həmin qərardan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində göstərilən müddətdə və qaydada şikayət vermək hüququnun olması izah edilsin. Qərardan onun rəsmi qaydada təqdim edildiyi tarixdən 10 (on) gün müddətində onu qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-905/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-905/2025
11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver