Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9051/2025 08.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi Nümayəndə, Şəxs firmasının nümayəndəsi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs firması barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs firması barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs firması 120000.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də həmin vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Şəxs firması tərəfindən 120000.00 ABŞ dolları məbləğində vəsait "xxxx" ASC vasitəsilə xx.xx.2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 120000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Qeyd edilən faktla bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs firması barəsində İXMin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs firması tərəfindən təqdim edilmiş gömrük bəyannamələrinə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin bəyannamələr üzrə 120212.59 ABŞ dolları məbləğində vəsaitin açıqda qalmışdır. Qeyd olunmuş bəyannamələr üzrə müqavilənin inzibati xəta predmeti olan ödənişin həyata keçirildiyi müqavilə ilə eyniliyi və bəyannamələr üzrə idxal olunmuş malların işdəki invoysda göstərilmiş mallarla bənzərliyi müəyyən edilmişdir. Lakin qeyd edilən gömrük bəyannamələrində qeyd edilmiş, idxal edilmiş mallar 120000.00 ABŞ dolları məbləğində avans ödənişinin həyata keçirildiyi xx.xx.2023-cü il tarixindən əvvəl ölkə ərazisinə daxil olmuşdur. Bu isə avansın mahiyyətinə ziddir. Odur ki, məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmiş, hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiqini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında Şəxs firmasının nümayəndəsi Vəkil bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs firması barəsində xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi, inzibati qaydada məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs firması barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, Şəxs firması tərəfindən 01 noyabr 2023-cü il tarixdə bank vasitəsilə ölkə xaricinə köçürülmüş 120.000 ABŞ dolları məbləğində pul vəsaiti protokolda qeyd olunduğu kimi avans olaraq ödənilməmiş, Türkiyə Respublikasının “X1 Taşımaçılık SAN VE TİC Ltd ŞTİ” şirkəti ilə Şəxs firması arasında bağlanmış FGLT-OR- N111122 nömrəli 11 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən alınmış 2.184.510.55 (iki milyon yüz səksən dörd min beş yüz on dollar əlli beş sent) ABŞ dolları dəyərində metal boruların dəyərinin ödənilməmiş hissəsi olaraq ödənilmişdir və ödənişlə bağlı olan bütün sənədlərdə "xxxx"a təqdim edilmişdir. Həmin müqavilənin ümumi dəyərinin bir hissəsi, 981.000 ABŞ dolları məbləğində pul vəsaiti avans olaraq, qalan hissəsi 1.203.510.55 ABŞ dolları məbləğində pul vəsaiti mal təhvil alındıqdan sonra ödənilmişdir. Metal borular Azərbaycan Respublikası Dövlət Neft şirkətinə təhvil verildikdən və Şəxs firmasına ödənişlər həyata keçirildikdən sonra, 03 sentyabr 2023-cü il tarixində “X1 Taşımaçılık SAN VE TİC Ltd STİ” tərəfindən Şəxs firmasına təhvil verilmiş metal boruların dəyərinin ödənilməmiş hissəsinin (qalan borcun) 1.203.510.55ABŞ dolları pul vəsaitinin “X1 Taşımaçılık SAN VE TİC Ltd” şirkətinin borclu olduğu “X2 SAN VE TİC Ltd” şirkətinin bank hesabına ödənilməsi barədə müraciət məktubu daxil olmuşdur. Həmin müraciət məktubuna əsasən Şəxs firması, X1 Taşımaçılık SAN VE TİC Ltd STİ və X2 SAN VE TİC Ltd” Şirkəti arasında imzalanmış üçtərəfli qarşılıqlı razılaşmaya əsasən Şəxs firması tərəfindən ümumilikdə 1.203.510.55 ABŞ dolları vəsait “X2 SAN VE TİC Ltd” şirkətinin bank hesabına köçürülmüşdür. 120.000 (yüz iyirmi min) ABŞ dolları vəsait də həmin məbləğə daxil olmuşdur. Qeyd edilənləri nəzərə alaraq Şəxs firması barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, FGLT-OR-N111122 nömrəli müqavilədən görünür ki, Şəxs firması ilə Türkiyə Respublikasında fəaliyyət göstərən “X1 TAŞİMAÇİLİK SAN VE TİC LTD STİ” arasında dəyəri 200.000 ABŞ dolları olan alğı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli qarşılıqlı razılaşmadan görünür ki, Şəxs firması FGLT-OR- N111122 nömrəli 11 noyabr 2022-ci tarixli müqaviləyə əsasən “X1 Taşımaçılık SAN VE TİC Ltd” şirkətinə olan 1203510.55 ABŞ dolları dəyərində borcu, “X1 Taşımaçılık SAN VE TİC Ltd” şirkətinin borclu olduğu “X2 SAN VE TİC Ltd” şirkətinin bank hesabına ödəməyi öhdəsinə götürümüşdür. xx.xx.2023-cü il tarixli 779275-203 nömrəli köçürmə haqqında ərizədən görünür ki, Şəxs firması tərəfindən "xxxx" ASC-də olan hesabdan “X2 SAN VE TİC Ltd” şirkətinin hesabına 120000.00 ABŞ dolları pul köçürülmüşdür. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəxs firması tərəfindən 120000.00 ABŞ dolları məbləğində olan vəsait bank hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin ödəniş aparıldığı gündən iki il müddətində həmin məbləğində malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs firmasının əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs firması tərəfindən "xxxx" ASC-də olan hesabdan “X1 TAŞİMAÇİLİK SAN VE TİC LTD STİ”nin hesabına köçürülmüş 120000.00 ABŞ dolları məbləğində olan vəsait hesabına alınmış mallar Azərbaycan Respublikasına göndərilmişdir. Göründüyü kimi, Şəxs firması tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-də olan hesabdan köçürülmüş 120000.00 ABŞ dolları məbləğində vəsait alınmış mallar qeyd edilən məbləğ xaricə köçürülməmişdən əvvəl Azərbaycan Respublikasına göndərilmiş, həmin mallarla bağlı gömrük bəyannamələri verilmişdir. Bu isə onu göstərir ki, Şəxs firması barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Ona görə də, məhkəmə Şəxs firmasının əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs firmasının əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs firmasının əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-9051/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9051/2025
08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver