Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-909/2024 06.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1 nümayəndəsi “Union” Vəkil Bürosunun vəkili Nümayəndə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə vəsatətlə müraciət edərək inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir X3 tərəfindən verilmiş vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı qərarı ilə “X10 Ltd” MMC-nin (VÖEN:**********) əməkdaşı vətəndaş X2 şikayəti əsasında DƏMX-nin Bakı şəhər idarəsində aparılan araşdırma ilə əlaqədar olaraq DƏMX-nin xx.xx.2023-cü il tarixli 3-17- 5/2-38918/2023 saylı məktubuna əsasən “X10 Ltd” MMC müvafiq sənədləri dövlət qurumuna göndərmişdir. G.B.Əsgərova şikayətində rəhbərinin iş bölgüsündə ayrı-seçkilik etdiyini ifadə etmişdir. Şikayət müəssisəyə daxil olduqdan sonra məsələ araşdırılmış, tərəflərin bir-birindən narazı olduğu hallar aradan qaldırılmış və işçilərin bir-biri ilə münasibətləri normallaşdırılmışdır. Məsələ həll edildiyi dövrdən hal-hazıradək işçilər arasında heç bir xoşagəlməz hal müşahidə edilməmişdir. G.B.Əsgərova hazırda əmək fəaliyyətini müəssisədə davam etdirir. Yuxarıda qeyd edilmiş məktuba əsasəsan göndərilmiş uçot cədvəlində “işçinin çalışdığı aylar üzrə iş vaxtının uçotu cədvəllərinin çıxarışı”nda texniki səhvlə 2023-cü ilin sentyabr ayında şənbə gününə 7 saat iş vaxtı qeyd edilmişdir. DƏMX-nin əməkdaşları araşdırma apararkən bu faktı əsas tutaraq “X10 Ltd” MMC-nin vəzifəli şəxsinə qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən cərimə tətbiq edilməsi haqqında qərar vermişlər. Eyni zamanda müvafiq məlumatlar DƏMX-nin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolunda qeyd edilmişdir. Çıxarışdan fərqli olaraq həmin ayın orijinal tabelində heç bir pozuntu faktı aşkar edilməmişdir, müxtəlif ayların məlumatları bir sənədə cəmləşdirildikdə ayların sonuncu günlərinin təsadüfən qarışıq salınması şənbə gününə 7 saat iş vaxtı qeydinin aparılması ilə nəticələnmişdir. Texniki səhvi pozuntu faktı kimi qeydə alan DƏMX-nin əməkdaşları “X10 Ltd” MMC ilə məsələni müzakirə etməmişlər və MN № 744425 saylı inzibati xəta haqqında protokol tərtib edilərkən təşkilatın səlahiyyətli şəxsləri idarəyə dəvət olunmamışlar. İnzibati tanbeh vermə haqqında qərar qəbul edildikdən sonra “X10 Ltd” MMC-yə bu barədə məlumat göndərilmiş və elektron qaydada işə baxılması üçün dəvət məktubunun surəti daha sonradan göndərilmişdir. Müəssisənin səlahiyyətli şəxsləri bu barədə məlumatlı olmadıqlar üçün protokolun tərtib edilməsi prosesində iştirak etməmişlər. DƏMX-nin Bakı şəhər idarəsinin “X10 Ltd” MMC-nin vəzifəli şəxsinə qarşı inzibati tənbeh verilməsi haqqında 11 dekabr 2023-cü il tarixli MN №1614056 saylı qərarının surəti 28 dekabr 2023-cü il tarixində müəssisəyə qəbul edilmişdir. Ona görə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş edilmişdir Məhkəmə iclasında şikayət vermiş şəxs X1 nümayəndəsi “Union” Vəkil Bürosunun vəkili Nümayəndə vəsatətin məzmununa uyğun çıxış edib, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X8 bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar xx.xx.2023-cü il tarixdə “X10 Ltd” MMC-yə çatdırılmışdır. Həmin qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət X3 tərəfindən hər hansı bir üzrlü səbəbdən buraxılmamışdır. Odur ki, məhkəmədən vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmədə toplanmış sübutlardan müəyyən edilmişdir ki, X3 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü səbəbləri aşkar edilmədiyindən vəsatət təmin edilməməlidir. Belə ki, X3 vəsatətində bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar MMC-yə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Həmçinin iş materiallarında olan zərfin surətindən görünür ki, həmin qərar “X10 Ltd” MMC-yə xx.xx.2023-cü il tarixdə çatdırılmışdır. X3 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət xx.xx.2024-cü il tarixdə sürətli poçt daşıma xidmətinə verilmiş xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı xx.xx.2023-cü il tarixdə alsa da həmin qərardan şikayəti məhkəməyə qanunla müəyyən edilmiş müddətdə təqdim etməmiş, həmçinin məhkəmədə inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətinin buraxılmasının üzrlü səbəblərini əsaslandıra bilməmişdir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, X3 tərəfindən verilmiş vəsatət əsassızdır və qərardan şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət onun tərəfindən üzrlü səbəbdən buraxılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.3-ci maddəsinə buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməməlidir. Qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməsin. Qərardadın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-909/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-909/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver