Məhkəmə qərarları › İş №3(001)-911/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-911/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-911/2023 28.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, XX.XX.1937-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, təqaüdçü, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1043/2018 saylı, 09 mart 2018-ci il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., 3A saylı binanın yaxınlığında yerləşən 0,015 ha torpaq sahəsinə cavabdehlər Şəxs və X3 tərəfindən əkilmiş kol bitkiləri cavabdehlər Şəxs və X1 hesabına çıxarılmaqla torpaq sahəsi boşaldılmalı, torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalı və həmin sahədən istifadəyə mülkiyyətçi Zərərçəkmiş şəxs yaradılmış maneələr aradan qaldırılmalıdır. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 28 fevral 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon icra şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1043/2018 saylı, 09 mart 2018-ci il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., 3A saylı binanın yaxınlığında yerləşən 0,015 ha torpaq sahəsinə cavabdehlər Şəxs və X3 tərəfindən əkilmiş kol bitkiləri cavabdehlər Şəxs və X1 hesabına çıxarılmaqla torpaq sahəsi boşaldılmalı, torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalı və həmin sahədən istifadəyə mülkiyyətçi Zərərçəkmiş şəxs yaradılmış maneələr aradan qaldırılmalıdır. İcra sənədi xx.xx.2018-ci ildə şöbənin icraatına daxil olmuşdur. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir. Şəxs icra sənədini icra etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1043/2018 saylı, 11 dekabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., 3A saylı binanın yaxınlığında yerləşən 0,015 ha torpaq sahəsinə cavabdehlər Şəxs və X3 tərəfindən əkilmiş kol bitkiləri cavabdehlər Şəxs və X1 hesabına çıxarılmaqla torpaq sahəsi boşaldılmalı, torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalı və həmin sahədən istifadəyə mülkiyyətçi Zərərçəkmiş şəxs yaradılmış maneələr aradan qaldırılmalıdır. İcraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildirişi almışdır. İcra sənədində göstərilmiş ərazidə onun tərəfindən cəmi 2 gül kolu əkilmişdir. Həmin gül kolları “15 iyun Milli Qurtuluş Günü” münasibətilə təşkil edilmiş iməclikdə onun tərəfindən çıxarılmışdır. Hal-hazırda mübahisəli torpaq sahəsində gül kolları yoxdur. Tələbkar və icra məmurları ondan icra sənədində göstərilməyən icranı tələb edirlər. Belə ki, mübahisəli torpaq sahəsi 120 ailənin yaşadığı yaşayış binasının 5 mertlik məsafəsində yerləşir. Əvvəllər həmin torpaq sahəsi heç kimə məxsus olmamış, bina sakinlərinin istirahəti üçün nəzərdə tutulmaqla ümumi istifadədə olmuşdur. Buna görə sakinlər tərəfindən 1985-ci ildə həmin torpaq sahəsində çoxsaylı ağaclar əkilmişdir. Əkilmiş ağacların hal-hazırda yaşı 35-dən çoxdur. Tələbkar Zərərçəkmiş şəxs tələb edir ki, torpaq sahəsindən həmin ağaclar çıxırılsın və torpaq sahəsi ona boş vəziyyətdə qaytarılsın. Buna isə o, deyil, yaşayış binasının 120 ailəsi, yəni təxminən 600 nəfərə yaxın sakin kütləvi şəkildə etiraz edir. Yəni, sakinlər yaşı 35-dən çox olan ağacların yerindən çıxarılmasına kütləvi şəkildə etiraz edirlər. Belə olan halda icra məmuru tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilməsi anlaşılan deyil. Çünki, həmin torpaq sahəsində gül kolları yoxdur, tələbkar Zərərçəkmiş şəxs sözügedən torpaq sahəsindən istifadə etməsinə isə onun tərəfindən heç bir maneə yaradılmır. Bir daha vurğulayır ki, tələbkar Zərərçəkmiş şəxs icra sənədində göstərilən torpaq sahəsində obyekt inşa etmək istəyir, bunun üçün orada 35 il öncə əkilmiş ağacları çıxarmaq istəyir, buna isə o deyil, yaşayış binasının 120 ailəsi, təxminən 600 nəfərə yaxın sakin etiraz edir. Odur ki, əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, icra işinin və inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1043/2018 saylı, 09 mart 2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 1043/2018 saylı, 09 mart 2018-ci il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., 3A saylı binanın yaxınlığında yerləşən 0,015 ha torpaq sahəsinə cavabdehlər Şəxs və X3 tərəfindən əkilmiş kol bitkiləri cavabdehlər Şəxs və X1 hesabına çıxarılmaqla torpaq sahəsi boşaldılmalı, torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalı və həmin sahədən istifadəyə mülkiyyətçi Zərərçəkmiş şəxs yaradılmış maneələr aradan qaldırılmalıdır. İcraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1043/2018 saylı, 09 mart 2018-ci il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2018-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1043/2018 saylı, 09 mart 2018-ci il tarixli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs məlumat verilmişdir. Beləliklə, tərəflərin izahatlarından və işin təsvir edilmiş hallarından göründüyü kimi, borclu bildirir ki, sözügedən icra sənədini icra etmişdir. Mübahisəli torpaq sahəsində halhazırda gül kolları yoxdur, tələbkar Zərərçəkmiş şəxs torpaq sahəsindən istifadə etməsinə onun tərəfindən heç bir maneə yaradılmamışdır. Tələbkar Zərərçəkmiş şəxs icra sənədində göstərilən torpaq sahəsində 35 il öncə əkilmiş ağacları çıxarmaq istəyir, buna isə o deyil, yaşayış binasının 120 ailəsi, təxminən 600 nəfərə yaxın sakin kütləvi şəkildə etiraz edir. Sözügedən icra sənədində göstərilən torpaq sahəsindəki gül kollarının çıxarıldığını məhkəmədə icra məmuru da təsdiq etmişdir. Verilmiş suallara cavab olaraq icra məmuru bildirmişdir ki, tələbkar sözügedən torpaq sahəsində əkilmiş ağacları oradan çıxarıb başqa yerdə əkmək niyyətindədir, lakin yaxınlıqda yerləşən binanın sakinləri buna kütləvi şəkildə etiraz edirlər. Hətta hal-hazırda həmin ərazidə toplaşan sakinlər gediş-gəliş yolunu bağlamışlar və rayon rəhbərliyinin əraziyə gəlməsini tələb edirlər. Təsvir olunanlar belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1043/2018 saylı, 09 mart 2018-ci il tarixli icra vərəqəsində göstərilən tələbin bir hissəsi, yəni Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., 3A saylı binanın yaxınlığında yerləşən 0,015 ha torpaq sahəsinə cavabdehlər Şəxs və X3 tərəfindən əkilmiş kol bitkiləri cavabdehlər Şəxs və X1 hesabına çıxarılmaqla torpaq sahəsi boşaldılmalı, torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalı hissəsində icra edilmiş, lakin həmin sahədən Zərərçəkmiş şəxs istifadə etməsinə maneələr qalmaqdadır. Bununla belə maneələrin məhz borclu Şəxs tərəfindən yaradılması sübuta yetirilmir. Belə ki, borclu bildirir ki, tələbkar Zərərçəkmiş şəxs torpaq sahəsindən 35 il öncə əkilmiş ağacları çıxarmasına o deyil, yaşayış binasının çoxsaylı sakinləri etiraz edir. Borclunun bildirdiklərini icra məmuru da təsdiq edir və hətta bildirir ki, borclu Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola hazırda məhkəmədə baxılarkən torpaq sahəsinin yaxınlığında yerləşən binanın sakinləri mübahisəli torpaq sahəsində kütləvi şəkildə etiraz edirlər, gediş-gəliş yolunu bağlamışlar və rayon rəhbərliyinin həmin əraziyə gəlməsini tələb edirlər. Belə olan halda, yəni torpaq sahəsindən tələbkar Zərərçəkmiş şəxs istifadə etməsinə başqa şəxslər tərəfindən maneələr yaradıldığı halda borclu Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırkı işdə isə borclu Şəxs münasibətdə qeyd edilən hallar yoxdur. Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu mənada icra məmurunun vəzifəsidir ki, borclunun məhkəmə qərarının icrası üçün yetərli tədbirlər görməməsini, icra sənədinin icrasına məhz onun tərəfindən maneələr yaradılmasını sübuta yetirsin. Qeyd olunan hallarla bağlı sübutlar olmadan İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi və inzibati məsuliyyətə cəlb olunmuş şəxsin icra sənədini məhz üzürsüz səbəbdən icra etmədiyini iddia etmək qanuni və əsaslı deyil. Məhkəmə bu qənaətini həmçinin onunla əsaslandırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi;... Hazırkı işdə isə qeyd edilən əlamətlər yoxdur. Məhkəmə həmçinin nəzərə alır ki, hal-hazırda icra orqanı, tələbkar və mübahisəli torpaq sahəsinin yaxınlığında yerləşən yaşayış binasının sakinləri arasında yaranmış gərginliyin səbəbi mübahisəli torpaq sahəsində illər öncə əkilmiş ağacların çıxarılması ilə bağlıdır, həmin məsələ isə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1043/2018 saylı, 09 mart 2018-ci il tarixli icra vərəqəsində göstərilmədiyindən məhkəmə işin bu xüsusatına dair qiymətləndirmə aparmır və qeyd edir ki, icra orqanı tələbkarla mübahisəli torpaq sahəsinin yaxınlığında yerləşən yaşayış binasının sakinləri arasında yaranmış gərginliyə görə əsassız olaraq Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1043/2018 saylı, 09 mart 2018-ci il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1043/2018 saylı, 09 mart 2018-ci il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 28 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar