Məhkəmə qərarları › İş №3(001)-912/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-912/2025

12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-912/2025 12.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti 1-ci ərazi X13 idarəsinin X13 şöbəsinin inspektoru, daxili xidmət kapitanı X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru X3 və nümayəndəsi “AAA” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti 1-ci ərazi X13 idarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 518.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti 1-ci ərazi X13 idarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 518.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti 1-ci ərazi X13 idarəsinin X13 şöbəsinin inspektoru, daxili xidmət kapitanı X12 bildirmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidmətinin xx.xx.2025-ci il tarixli, 0183 nömrəli qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin məxsus anbarda planlı yağın-texniki müayinə aparılmışdır. Müayinə zamanı qeyd edilən anbarda bir sıra qanun pozuntuları aşkar edilmşdir. Belə ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək aparılmış müayinə zamanı .müəssisənin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti lahiyə sənədləri obyektin yanğın təhlükəsizliyinə əməl olunması baxımından X13 Orqanları ilə razılaşdırılmadığı, bina və otaqların görünən yerlərində yanğın təhlükəsizliyi xidmətinin çağırış telefon nömrələrini bildirən göstərici lövhənin asılmadığı, obyektin ərazisində yerləşən bəzi obyektlərdə yanar bəzək üzlüklərdən istifadə edildiyi, elektrik qurğularının müvafiq qaydalara və digər normativ sənədlərə uyğun olaraq quraşdırılmadığı, mövcud elektrik lampasının və isıqlandırıcısının mühafizə qapağının qoruyucu örtüklə təmin edilmədiyi, yanğın siqnalizasiyasına və yanğınsöndürmə avtomatik qurğularına, tüstüyə qarsı müdafiə, insanları yanğın haqqında xəbərdaretmə və köçürmənin idarəetmə sistemlərinə texniki xidmət və planlı-ehtiyat təmiri üzrə işlər, onları istehsal edən zavodların texniki sənədlərinin tələbləri nəzərə alınmaqla tərtib edilmiş illik plan-qrafikə və təmir islərinin keçirilməsi müddətlərinə uyğun olaraq, həyata keçirilmədiyi, obyekt normalara uyğun olaraq, ilkin yanğınsöndürmə vəsaitləri ilə təmin edilmədiyi, yanğın təhlükəsizliyi tədbirləri haqqında təlimatların işlənib hazırlanmadığı və görünən yerlərdən asılmadığı, siqaret çəkilməsi üçün xüsusi yerin ayrılmadığı və gözə çarpan yerlərdə qadağanedici nişanların asılmadığı, obyektin çardaq hissəsində olan taxta konstruktiv elementlərin oda davamlı məhlulla hopdurulmadığı, izolyasyası zədələnmiş naqillərdən istifadə olunduğu, müəssisənin naqil və kabellərinin izolyasiyasının vəziyyəti, izolvasiyalarının gərginliyə qarşı müqaviməti, birləşdirmə yerləri və qoruyucu torpaqlanmanın etibarlılığı, elektrik mühərriklərinin iş rejimi müəssisələrin elektrikləri tərəfindən xarici baxış keçirilməsdiyi və cihazlar vasitəsi ilə yoxlanılmadığı müəyyən edilmişdir. Qeyd edilən pozuntularla bağlı müvafiq akt tərtib, sahibkar aktı imzalamaqdan imtina etmişdir. Aşkar edilmiş pozuntulara görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinın barəsində İXM-in 518.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinın inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinın nümayəndəsi “AAA” Vəkil Bürosunun vəkili X4 bidirmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti 1-ci ərazi X13 idarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 518.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsassız və qanunsuzdur. Belə ki yoxlama keçirilmiş "xxxx" MMC-nin istifadəsində olan qeyri- yaşayış sahəsi 60 kvadrat metr əsas sahədən, 69 kvadrat metr talvardan ibarətdir və sahədən aqrokimyəvi məhsulların saxlanılması məqsədilə istifadə olunur. Sahədə qaz və enerji təchizatı mövcud deyil. Sahədə daimi olaraq hər hansı işçi işləmir və yalnız konkret malın satışı ilə bağlı razılıq əldə olunduqda həmin mallar sahədən götürülür və alıcıya təqdim edilir. Protokolda hüquq pozuntuları kimi qeyd olunan halların heç bir əsası yoxdur: Qeyd olunan qeyri-yaşayış sahəsi Cəmiyyətə məxsus deyil, 01 yanvar 2025-ci il tarixli icarə müqaviləsinə əsasən istifadə olunmağa başlamışdır. Sahə istifadəyə götürüldükdə Cəmiyyətin 06 yanvar 2025ci il tarixli, 06-01 nömrəli əmri ilə X5 yanğın təhlükəsizliyi üçün məsul şəxs təyin edilmişdir. Həmin əmr də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti nümayəndlərinə təqdim edilmişdir. Buna baxmayaraq inzibati orqan anbarın yeni istifadəyə götürülməsini və yanğın təhlükəsizliyi üçün məsul şəxsin təyin edilməsini nəzərə almadan, xəbərdarlıq etmədən cəmiyyət barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Qeyd edilənləri nəzərə alaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinın direktoru X7 nümayəndənin fikirləri ilə razı olduğunu bildirib, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, prosesi iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan: xx.xx.2025-ci il tarixli, KY252270447 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən topdan və pərakəndə satış anbarında plan üzrə (növbəti) yoxlamanın aparılması nəzərdə tutulmuşdur. xx.xx.2025-ci il tarixli, 0183 nömrəli “X1 haqqında” qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şossesində yerləşən anbarda xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək aparılacaq plan üzrə yoxlama ilə bağlı müayinə suallarının tərtib edilməsi qərar alınmışdır. xx.xx.2025-ci il tarixli, 0183 nömrəli “Yanğın-Texniki Müayinə” aktından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şossesində yerləşən anbarda aparılan yoxlama zamanı “Azərbaycan Respublikasının Yanğın Təhlükəsizliyi haqqında” Qanununun tələblərinin pozulması aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025--ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şossesində yerləşən anbarda plan üzrə yanğın təhlükəsizliyinin müayinəsi zamanı “Azərbaycan Respublikasının Yanğın Təhlükəsizliyi haqqında” Qanununun tələblərinin pozulması müəyyən edilmişdir. Nəticədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının “Yanğın Təhlükəsizliyi haqqında” Qanununun 1-ci bəndinin 5-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi tələbləri yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki xarakterli xüsusi şərtdir. Həmin Qanunun 6-cı bəndinin 1-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək vəzifələri vardır. Həmin Qanunun 25-ci maddəsinə əsasən X13 dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. X13 tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır. Sahibkarlara münasibətdə X13 “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qanunun 36-cı maddəsinə əsasən bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur. İXM-in 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan iş materiallarından müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şossesində yerləşən anbarda səlahiyyətli orqan tərəfindən aparılan müayinə zamanı cəmiyyət tərəfindən Azərbaycan Respublikasının “Yanğın Təhlükəsizliyi haqqında” Qanununun tələblərinin pozulması halı aşkar olunduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının “Yanğın Təhlükəsizliyi haqqında” Qanununun tələblərinin pozulması iş materialları ilə öz təsdiqini tapmış və Cəmiyyətin İXM-in 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən İXM-in 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi əxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-in 518.1-ci maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq hüquqi şəxs qismində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar