Məhkəmə qərarları › İş №3(001)-914/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-914/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-914/2025 27.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi ilə, Şikayətçi Abas-zadə Məmmədəli Maarif oğlunun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin EP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayətçi Abas-zadə Məmmədəli Maarif oğlu tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin EP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarından verilmiş şikayət məhkəməyə daxil olmuşdur. Şikayətçi Abas-zadə Məmmədəli Maarif oğlu məhkəməyə ərizə təqdim edərək, Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin EP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarından vermiş olduğu şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Göründüyü kimi, şikayətçi Abas-zadə Məmmədəli Maarif oğlu barəsində qəbul edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin EP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarından şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmiş və hal-hazırda inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə baxılması üçün predmet qalmamışdır. Şikayətçi Abas-zadə Məmmədəli Maarif oğlunun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin EP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 106-109-cu maddəsini rəhbər tutaraq, qərara aldı: Abas-zadə Məmmədəli Maarif oğlunun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin EP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar