Məhkəmə qərarları › İş №3(001)-915/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-915/2024

21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-915/2024 21.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Hüquq şöbəsinin aparıcı məsləhətçisi X3 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayətin dəlillərinə uyğun çıxış edərək, bildirmişdir ki, o, 31 avqust 2023-cü il tarixdən “X14" Məhdud Məhsuliyyətli Cəmiyyətində direktor vəzifəsindən azad olunmuşdur. Cəmiyyətin işçisi olmuş X13 ilə Cəmiyyət arasında 01 avqust 2012-ci il tarixdə əmək müqaviləsi bağlanılmış, 5 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən Zaur Ağayev tutduğu vəzifədən azad olunmuş, əmək müqaviləsinə xitam verilmişdir. Şəxsi istifadəsində olan ********** mobil telefonuna 20 yanvar 2024-cü ildə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş SMS bildiriş əsasında xəbər tutmuşdur ki, X9 Xidmətinin MN 129036 nömrəli 02 noyabr 2023-cü il tarixli qərarı ilə “'X14" MMC-nin vəzifəli şəxsi kimi o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1900,0 manat məbləğində cərimə olunmuşdur. X9 Xidmətinin MN 129036 nömrəli 02 noyabr 2023-cü il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1900,0 manat məbləğində cərimə olunmağı qanunsuzdur. Belə ki, artıq 31 avqust 2023-cü il tarixdən o, “X14" MMC-də heç bir vəzifə tutmadığı halda X9 Xidməti onu vəzifəli şəxs kimi 02 noyabr 2023-cü il tarixdə inzibati məsuliyyətə cəlb etmişdir. Bu səbəbdən, 02 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edib işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Hüquq şöbəsinin aparıcı məsləhətçisi X6 şikayətin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, “X14" MMC-də baş qaynaqçı vəzifəsində işləyən X13 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndi ilə, yəni əmək müqaviləsi müddətinin qurtarması əsası ilə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə İR-089 nömrəli, xx.xx.2023-cü il tarixli əmrdən göründüyü kimi həmin əmr direktor X5 tərəfində qəbul edilmişdir. Bu səbəbdən də, inzibati xəta hadisəsi onun tərəfindən törədilmiş hesab edilməklə, inzibati tənbeh vermə haqqında qərar da haqlı olaraq onun barəsində qəbul edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-in 192.6 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1900 (bir min doqquz yüz) manat məbləğində cərimə edilmişdir. 22 avqust 2023-cü il tarixli qərardan görünür ki, “X14" MMC-nin qanuni təmsilçilik funskiyasına malik direktoru X5 tutuduğu vəzifədən azad edilmiş, “X14" MMC-nin qanuni təmsilçilik funskiyasına malik direktoru vəzifəsinə X10 təyin edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, İR-089 nömrəli əmrdən görünür ki, “X14" MMC-də baş qaynaqçı vəzifəsində işləyən X13 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndi ilə, yəni əmək müqaviləsi müddətinin qurtarması əsası ilə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. 20 yanvar 2024-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, icra sənədi üzrə icraata başlanmış və X4 tələbi könüllü olaraq icra etməsi tapşırılmışdır. Beləliklə, məhkəmə iclasında X2 şikayət ərizəsi iş materiallarına əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, X2 direktoru olduğu “X14" MMC-də baş qaynaqçı vəzifəsində işləyən X13 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndi ilə, yəni əmək müqaviləsi müddətinin qurtarması əsası ilə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. X13 isə həmin Cəmiyyətdə xx.xx.2012-ci il tarixdən davamlı olaraq işləmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.5-ci maddəsinin tələbinə əsasən əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Buna baxmayaraq, X13 ilə bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq əmək müqaviləsi müddətinin bitməsi əsası ilə xitam verilmişdir. Bundan əlavə, məhkəmə X2 22 avqust 2023-cü il tarixdən cəmiyyətin direktoru vəzifəsində azad edilməsi, X7 direktoru vəzifəsin təyin edilməsinə münasibətdə qeyd edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, İR-089 nömrəli əmrdən göründüyü kimi X13 ilə bağlanmış əmək müqaviləsinə direktor X5 tərəfindən xitam verilmişdir. Bu səbəbdən, haqlı olaraq onun əməlində İXM-in 192.6-cı maddəsinin tərkibi yaranmış və onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X2 şikayətdə göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, sözügedən qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X5 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 192.6 maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə- vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət təmin edilməməli, həmin protokol əsasında qəbul edilmiş inzibati cərimənin tətbiq edilməsi barədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar