Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9170/2025 13.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X1 Novruz oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon X2 Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş İXP seriyalı ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təyin edilmiş cəriməni xx.xx.2025-ci il tarixli qərarın qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Şəxs inzibati xəta haqqında protokolun dəlilləri ilə razı olmayaraq izahatında bildirmişdir ki, “Chevrolet Cobalt LTZ” minik markalı, 77YE682 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindəndir. O, həmin avtomobili daxili lizinq müqaviləsi əsasında 2025-ci ilin fevral ayına kimi idarə etmişdir. Belə olan halda törətmədiyi qayda pozuntusuna görə cərimənin ondan tələb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin sorğusu əsasında "xxxx" MMC məhkəməyə ünvanladığı xx.xx.2026-cı il tarixli məktubda qeyd etmişdir ki, "xxxx" MMC ilə lizinq alan Şəxs arasında xx.xx.2023-cü il tarixli AZL-1304 saylı “Daxili lizinq” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.3-cü, 4.1.1-ci bəndlərinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-2.2-ci maddəsinə uyğun olaraq lizinq müqaviləsinin predmeti olan “Chevrolet Cobalt LTZ” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyət hüququ lizinq verəndə qalmaqla nəqliyyat vastəsinə sahiblik və ondan istifadə hüququ lizinq alan Şəxs keçmişdir. Həmçinin qeyd edilən nəqliyyat vastəsinin idarə olunmasına dair "xxxx" MMC tərəfindən etibarnamələr lizinq alanın xahişi əsasında sürücülərə verilmişdir. Sonuncu etibarnamə xx.xx.2025-ci il tarixdə lizinq alan Şəxs verilmiş və həmin etibarnamə xx.xx.2025-ci il tarixədək qüvvədə olmuşdur. Etibarnamənin müddəti bitdikdən sonra lizinq alan yeni etibarnamənin verilməsi üçün lizinq verənə heç bir müraciət etməmişdir. Bununla da lizinq alan lizinq müqaviləsinin 5.3-cü bəndində nəzərdə tutulmuş riskləri öz üzərinə götürmüşdür. İşə baxılmasının yeri və vaxtının vaxtında bildirilməsinə baxmayaraq Şəxs və Bakı şəhəri Binəqədi rayon X2 Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə baxılmasının yeri və müddətinin Şəxs və Bakı şəhəri Binəqədi rayon X2 Şöbəsinə vaxtında bildirilməsi barədə işdə məlumat olduğunu və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmadığını nəzərə alıb, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri öyrənib hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, 20 Yanvar dairəsində “Chevrolet Cobalt LTZ” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 80 manat məbləğində inzibati cərimə edilmişdir. "xxxx" MMC ilə Şəxs arasında xx.xx.2023-cü il tarixli daxili lizinq müqaviləsindən və ona 1 saylı Əlavədən görünür ki, “Chevrolet Cobalt LTZ” markalı nəqliyyat vasitəsini muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş etibarnamədən görünür ki, "xxxx" MMC ilə Şəxs arasında xx.xx.2023-cü il tarixli daxili lizinq müqaviləsi əsasında lizinqə verilmiş 1 ədəd “Chevrolet Cobalt LTZ” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Etibarnamə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarix daxil olmaqla etibarlıdır. Beləliklə, işin təsvir edilmiş hallarından görünür ki, “Chevrolet Cobalt LTZ” markalı, **- YE-*** dövlət qeydiyyat nişanlı avtomobilin inzibati xətanın törədildiyi vaxtlarda Şəxs tərəfindən idarə edilmədiyi "xxxx" MMC-nin məhkəməyə ünvanladığı rəsmi məktubu və məktubuna əlavə etdiyi etibarnamə ilə tam təsdiq olunur. Belə olan halda isə Şəxs törətmədiyi qayda pozuntusuna görə inzibati cərimənin tələb edilməsi, hətta cəriməni ödəmədiyinə görə digər maddə ilə (İXM 529.3) inzibati məsuliyyətə cəlb edilməsinin tələb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, iş üzrə icraata xitam verilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə cərimə həmin vaxt nəqliyyat vasitəsini idarə etmiş şəxsdən tələb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş İXP seriyalı ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-9170/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9170/2025
13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver