Məhkəmə qərarları › İş №3(001)-920/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-920/2023

17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-920/2023 17.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2023cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, X7 “Camal” LTD şirkətinin direktoru kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməyim və mənə 1200 (bir min iki yüz) manat inzibati cərimə tətbiq olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsi rəisinin 17 fevral 2022-cü il tarixli “İnzibati tənbeh serinə haqqında” MN №1291541 nömrəli Qərarı qanunsuz və əsassızdır, aşağıdakılara görə ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki,Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin baş əmək müfəttişi X8 tərəfindən “Camal” LTD şirkətinin direktoru kimi barəsində Azərbaycan Respublikası İnzibati Xatalar Məcəlləsinin 192.4-cu maddəsində nəzərdə tutulan inzibati xətam törətməyim barədə həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərin başa çatmasına baxmayaraq qanunsuz və əsassız olaraq l(bir) il 5 (beş) ay 2(iki) gündən sonra,06 fevral 2023-cü il tarixdə MN № ******* nömrəli “İnzibati xəta haqqında protokol” tərtib edilmişdir. Toplanmış materiallardan görünür ki. X9 ilə “Camal” LTD şirkəti arasında xx.xx.2021-ci il tarixdə onun şirkətə merçendayzer vəzifəsinə qəbul edilməsi barədə əmək müqaviləsi bağlanmışdır.X6 fəaliyyətinin təftişi zamanı hesabında 1239,53 (bir min iki yüz otuz doqquz manat əlli üç qəpik) manat pul vəsaitinin çatışmamazlığımn aşkar edilməsi və bununla da onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndində nəzərdə tutulan təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması kimi əmək vəzifəsini kobud şəkildə pozması hesab edilən hala yol verməsi nəzərə alınaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi rəhbər tutularaq onunla bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi 04 sentyabr 2021-ci il tarixdə ləğv edilmişdir.”Camal” LTD şirkəti üzrə 04 sentyabr 2021-ci il tarixli 208 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsi və 205-ci maddəsinin 1-ci hissəsi rəhbər tutul araq X6 1 (bir) aylıq orta əmək haqqı tutulmuşdur. X9 izahatlarında törətdiyi qanunsuzluqları etiraf etmiş,əməlindən səmimi peşiman olduğunu bildirmiş və şirkətə vurduğu ziyanı ödəməyə hazır plduğunu və həmin ziyanın ona ödənilməli əmək haqqından və digər ödənişlərindən tutulmasını xahiş etmişdir. X9 ilə “Camal” LTD şirkəti arasında bağlanmış əmək müqaviləsinin 04 sentyabr 2021-ci il tarixdə ləğv edilməsi və bu barədə Etimad Həsənovun pmək müqaviləsinin ləğv edildiyi andan məlumatlı olması və şirkətə təqsirli hərəkətləri ilə vurduğu ziyanın ondan tutulmasına könüllü olaraq razılıq verməsi nəzərə alınmayaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin baş əmək müfəttişi X8 tərəfindən “Camal” LTD şirkətinin direktoru kimi guya tərəfimdən Azərbaycan Respublikası İnzibati Xatalar Məcəlləsinin 192.4-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyim barədə həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərin başa çatmasına baxmayaraq qanunsuz və əsassız olaraq 1 (bir) il 5 (beş) ay 2 (iki) gündən sonra,06 fevral 2023-cü il tarixdə MN № ******* nömrəli “İnzibati xəta haqqında protokol” tərtib edilmiş və həmin protokola əsasən l (bir) il 5 (beş) ay 12 (on iki) gündən sonra həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərin başa çatmasına baxmayaraq qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsi rəisinin 17 fevral 2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” MN № ******* nömrəli Qərarı ilə “Camal” LTD şirkətinin direktoru kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cu bıaddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişəm və 1200 (bir min iki küzı manat cərimə olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 mart 2022-ci il tarixli qərarında göstərilir: İnzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibatı məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibatı xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam xenlməsinə səbəb olan hallardan biridir (İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi). Bu cur müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qaııumerici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn iıısaıı və vətəndaş |huquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız raq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında İmasının qarşısını almaq məqsədini güdmüşdür. İnzibatı Xətalar Məcəlləsinin 38.1 -ci maddəsinin müddəaları nəzərə alınmadan həmin Məcəllənin 38.3-cü maddəsinin hərfi təfsiri yol hərəkəti qaydalarının pozulmasına görə ıbati tənbehin inzibati xətanın törədildiyi gündən bir il keçəndən sonra da verilə bilməsi '.arını istisna etmir. Belə təfsir həm də faktiki olaraq inzibati məsuliyyətə cəlbetmə müddətinin qeyri-müəyyən ddətədək uzadılmasına imkan yaradır. Belə hallarda inzibati məsuliyyətə cəlbetmə ıddəti hətta cinayət məsuliyyətinə cəlbetmə müddətindən də artıq ola bilər. Belə ki, bu ıu- cinayət təqibi üzrə icraatın dayandırılması, ibtidai araşdırmanın və ya məhkəmə xışının uzanması və ya prosessual hərəkətlərinin təkrarlanması istisna edilmir. Bununla da cinayət işinin başlanmasının rədd olunduğu, lakin şəxsin əməllərində inzibati tərkibinin bütün əlamətləri olduğu hallarda inzibati məsuliyyətə cəlbetmə müddətinin əm törədildiyi (aşkara çıxarıldığı) gündən deyil, cinayət işinin başlanmasının rədd məsi və ya cinayət işinə xitam verilməsi barədə qərarın qəbul edildiyi gündən hüquqi müəyyənlik, ədalət, bərabərlik və inzibati məsuliyyət sahəsində tətbiq du ən məhdudiyyətlərin konstitusiya əhəmiyyətli məqsədlərə mütənasib olması prinsipləri ilə uyğunsuzluq təşkil edir. Yuxarıda göstərilənlərə əsasən qeyd etmək lazımdır ki, İnzibati Xətalar Məcəlləsinin 38.1 -ci ^edəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddətinin bitmə vaxtının müəyyən ecf məsi məsələsinin həlli zamanı İnzibati Xətalar Məcəlləsinin 38.1 və 38.2-ci maddələrinin həmin Məcəllənin 38 3-cu maddəsi ilə sistemli əlaqəsindən çıxış etmək lazımdır. Yəni cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 mart 2022-ci il tarixli qərarının 3-eü bəndinə görə,Azərbaycan Respublikası konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq,Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2- ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 noyabr 2021 -ci il tarixli Qərarının 3-cü bəndində göstərilir: müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına,habelə bununla bağlı Azərbaycan Respublikası konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyul 2004-cü il tarixli, 688-11 QD saylı Azərbaycan Respublikasının Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun 'oxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında göstərilir ki, “Konstitusiya Məhkəməsinin hiiqııqi növqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir. Göründüyü kimi,X9 ilə “Camal” LTD şirkəti arasında bağlanmış əmək müqaviləsinin 04 sentyabr 2021 -ci il tarixdə ləğv edilməsi və bu barədə Etimad Həsənovun əmək müqaviləsinin ləğv edidiyi andan məlumatlı olması və şirkətə təqsirli hərəkətləri ilə surduğu ziyanın ondan tutulmasına könüllü olaraq razılıq verməsi nəzərə alınmayaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin baş əmək müfəttişi X8 tərəfindən “Camal” LTD şirkətinin direktoru kimi guya tərəfimdən Azərbaycan Respublikası İnzibati Xatalar Məcəlləsinin 192.4-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyim barədə həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərin başa çatmasına baxmayaraq qanunsuz və əsassız olaraq l(bir) il 5 (beş) ay 2(iki) gündən sonra,06 fevral 2023-cü il tarixdə MN №1496493 nömrəli “İnzibati xəta haqqında protokol” tərtib edilmiş o həmin protokola əsasən l(bir) il 5 (beş) ay 12(on iki) gündən sonra həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərin başa çatmasına baxmayaraq qanunsuz və əsassız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsi rəisinin 17 fevral 2023-cü il tarixli "İnzibati tənbeh vermə haqqında' MN № ******* nömrəli Qərarı ilə ‘'Camal" LTD şirkətinin direktoru kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişəm və 1200 (bir min iki yüz) manat cərimə olunmuşam. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibatı xətanın törədilməsində təqsirli hesab edilən və inzibatı xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1 -ci maddəsinə görə, inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.6-cı maddələrinə görə, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər iizrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1 -ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işiin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsi rəisinin 17 fevral 2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” MN № ******* nömrəli qanunsuz və əsassız Qərarı ilə “Camal” LTD şirkətinin direktoru kimi Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.4-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməyi və 1200 (bir min iki yüz) manat cərimə olunması nəzərə alınıb, həmin qanunsuz və əsassız qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə şikayətçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. X10 Xidməti Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi törədilən inzibati xətanın uzanan inzibati xətalara aid olduğunu bildirərək şikayətin təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan və tədqiq edilən: “Camal” LTD şirkətinin direktoru Adil Məmmədovun xx.xx.2021-ci il tarixli 207/ƏMX saylı əmri ilə X9 ilə bağlanılmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, ona əmək haqqı hesablanmasının son günü xx.xx.2021-ci il tarix müəyyən edilmiş, istifadə etmədiyi məzuniyyət günlərinə görə ona 8 gün əsas məzuniyyətinə görə pul əvəzi ödənilməsi qərara alınmışdır. Etimad Həsənov tərəfindən xx.xx.2021-ci il tarixdə yazılmış izahatın surətindən görünür ki, 1135,33 manat pul vəsaitini öz şəxsi istifadəsi üçün mənimsədiyini və birbaşa əmək haqqısından çıxılaraq ödənilməsinə etirazı olmadığını, yerdə qalan məbləğin özü tərəfindən ödənilməsini təmin edəcəyini bildirmişdir. İnzibati xəta haqqında MN ******* saylı, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X7 barəsində Etimad Həsənovun əmək müqaviləsinə xitam verilən zaman ona son haqq-hesabın ödənilməməsi əsası ilə İXM-nin 192.4-cü maddəsinə əsasən barəsində protokol tərtib edilmişdir. İş materialalrında olan MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X7 İXM-nin 192.4-cü maddəsinə əsasən təqsirli bilinərək 1200 manat məbləğində cərimə edilmişdir. İşdə olan X6 UNİBANK Kommersiya Bankı” ASC-yə məxsus əmək haqqı kartından çıxarışdan görünür ki, ona əmək müqaviləsinə xitam verildikdən sonra qanunla müəyyən edilmiş müddət ərzində son haqq-hesab ödənilməmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi inzibati xəta hesab edilir. AR Əmək Məcəlləsinin 83.2-ci maddəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. AR İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə araşdırması nəticəsində əmək müqaviləsinə xitam verilmiş işçinin qanunvericiliklə nəzərdə tutulmuş son haqq hesabın ödənilməməsi ilə inzibati xəta hadisəsinin törədilməsi faktı öz təsdiqini tapmışdır. Lakin buna baxmayaraq AR İXM-nin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. “Uzanan hüquqpozuntuları” başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. Uzanan hüquqpozmaların bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarı). Hazırki şikayət araşdırılarkən müəyyən edilmişdir ki, işçi ilə işəgötürən arasındakı əmək münasibətləri xx.xx.2021-ci il tarixdə bitmişdir. Tərəflər arasında əmək münasibətləri xx.xx.2021-ci il tarixdən sonra artıq mövcud olmadığından vəzifəli şəxsin inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi müddəti pozuntunun faktiki baş verdiyi, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək təmin edilməli idi. Belə olan halda inzibati orqan tərəfindən işəgötürənin vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunverciliklə nəzərdə tutulmuş müddət ötürülmüşdür. İXM-nin 53.1.6-cı maddəsinəgör bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda;inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar