Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-920/2024 13.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş 24 dekabr 2023-cü il tarixli İXP seriyalı № ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs 01 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat məbləğində cərimə edilmiş, lakin cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Ona görə də dəbbə pulu hesanblanmışdır. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə və Şəxs lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin nümayəndəsinin və Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Elektron Ödəmələr Portalından çıxarışdan görünür ki, EQ 16629287 nömrəli inzibati xəta haqqında protokol əsasında çıxarılmış qərar üzrə cərimə və dəbbə pulu tam ödənilmişdir. Binəqədi rayon Polis Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin Qeydinə görə bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs cəriməni inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyindən inzibati məsuliyyətdən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 529.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin Qeydinə əsasən müvafiq cəriməni inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyindən inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-920/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-920/2024
13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver