Məhkəmə qərarları › İş №3(001)-9216/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-9216/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-9216/2025 15.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızı, X1 22 noyabr 2025-ci il tarixli, EQ 32157272 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair verdiyi şikayətin baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına X1 22 noyabr 2025-ci il tarixli, EQ 32157272 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair verdiyi şikayət daxil olmuşdur. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X3 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsi X3 tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Beləliklə, qeyd olunanlara əsasən hesab edirəm ki, X2 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 22 noyabr 2025-ci il tarixli, EQ 32157272 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair verdiyi şikayət geri qaytarılsın. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar