Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-923/2023 16.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Rəhimova Aynurə Şirzad qızının katibliyi, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 483-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən AZ 1054, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC kommersiya fəaliyyəti ilə əlaqədar Türkiyə Respublikasında fəaliyyət göstərən "Zener Muhendislik Sanayi ve Ticaret Ltd.Şti" şirkəti ilə EK-1-2030 nömrəli xx.xx.2020-ci il tarixli müqavilə bağlayıb sadə sellüloz efirləri, limon turşusu, çaxış turşusu və modifikasiya olunmuş nişastalar yüklərini 77820 ABŞ dolları qiymətinə sataraq 16 aprel 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********0925 sorğu nömrəli Gömrük bəyannaməsi ilə rəsmiləşdirməklə, Gömrük bəyannaməsinin 37-ci qrafasında malların "konsiqnasiya sazişləri üçün keçirilən mallar" keçirilmə xüsusiyyətində bəyan edərək Azərbaycan Respublikasından Türkiyə Respublikasında fəaliyyət göstərən "Zener Muhendislik Sanayi ve Ticaret Ltd.Şti" şirkətinə ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, **********0925 sorğu nömrəli Gömrük bəyannaməsi üzrə milli valyutaya nisbətdə 2788 (iki min yeddi yüz səksən səkkiz) manat təşkil edən 1640 ABŞ dolları xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarmamışdır. Nəticədə Şəxs barəsində İXM-in 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi X3 məhkəmə iclası zamanı verdiyi izahatında bildirmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. Belə ki, ixrac olunan malların əvəzi olaraq ölkəyə qaytarılmalı olan xarici valyuta ixrac olunan şirkət tərəfindən tam şəkildə ödənilmişdir. İnzibati xətada nəzərdə tutulmuş 1640 ABŞ dollarına münasibətdə isə nümayəndəsi olduğu müəssisə ilə alıcı şirkət arasında bağlanmış müqaviləyə əsasən daşınma xərcləri Şəxs MMC tərəfindən ödənilir.Bu səbəblə də daşınma xərcini təşkil edən 1600 ABŞ dolları alıcı tərəfindən Şəxs MMC-yə ödənilməmişdir. 40 ABŞ dollarına münasibətdə isə alıcı şirkət tərəfindən 77820 ABŞ dolları vəsait tam olaraq köçürülmüş, bank tərəfindən 40 ABŞ dolları göndərmə xərci kimi tutulduqdan sonra şirkətin hesabına 77780 ABŞ dollar vəsait oturmuşdur. Qeyd edilənlərə əsasən Şəxs MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məlumat verilmiş, lakin proses iştirakçısı məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki Şəxsn barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkib əlamətləri olmadığından icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, X1 Sistemində, banklarla Dövlət Gömrük Komitəsi arasında olan “Forma 3.9.2.1” elektron hesabat sistemindən xx.xx.2022-ci il tarixdə alınmış məlumata əsasən Şəxs MMC tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə 1640 ABŞ dolları məbləğində vəsait sözügedən hesabatda öz əksini tapmamışdır. xx.xx.2022-ci il tarixli konsiqnasiya əməliyyatları üzrə hesabatdan görünür ki, xx.xx.2022-ci il tarixdə buraxılmış **********0925 sorğu nömrəli bəyannamə üzrə malların invoys dəyəri 77820 ABŞ dolları, statistik dəyər isə 79420 ABŞ dolları dəyərindədir. Bank ödənişi 77780 ABŞ dollar kimi göstərildiyindən qalıq məbləğ 1640 ABŞ dolları təşkil etməkdədir. xx.xx.2020-ci il tarixli **********0925 sorğu nömrəli bəyannamədən görünür ki, Enes Kimya MMC tərəfindən ixrac edilən malların ümumi invoys dəyəri 77820 ABŞ dolları (22-ci sətr) təşkil etməkdədir. xx.xx.2023-cü il tarixli AR Mərkəzi Bankının rəsmi internet səhifəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış nəticəsində 1640 ABŞ dollarının milli valyutaya nisbətdə 2788 (iki min yeddi yüz səksən səkkiz) manat təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron sistemindən olan çıxarışdan görünür ki, Şəxs MMC ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli protokoldan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. EK-1-2030 nömrəli xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, satıcı Şəxs MMC ilə alıcı "Zener Muhendislik Sanayi ve Ticaret Ltd.Şti" şirkəti arasında sellüloz efirləri, limon turşusu, çaxış turşusu və modifikasiya olunmuş nişastaların alqı-satqısı müqaviləsi bağlanmış, həmin müqavilənin ümumi dəyəri 77820 ABŞ dolları təşkil etmiş və qeyd edilən malların Türkmənbaşı limanına çatdırlmasını Şəxs MMC öz üzərinə götürmüşdür. 0012020/T nömrəli kommersiya fakturasından, ixrac satış müqaviləsindən görünür ki, satıcı Şəxs MMC tərəfindən alıcı "Zener Muhendislik Sanayi ve Ticaret Ltd.Şti" şirkətinə ümumilikdə 19800 kiloqram olan, 77820 ABŞ dolları dəyərində mal göndərmişdir. Azərbaycan Beynəlxalq Bankından verilmiş xx.xx.2022-ci il tarixli MT103 saylı çıxarışdan görünür ki, "Zener Muhendislik Sanayi ve Ticaret Ltd.Şti" şirkəti tərəfindən xx.xx.2020-ci il tarixli EK-1-2030 nömrəli müqavilənin dəyəri oıan 77820 ABŞ dolları məbləğində vəsait Şəxs MMC-nin hesabına köçürülmüş, köçürməyə görə 40 ABŞ dolları bank tərəfindən xidmət haqqı olaraq tutulduqdan sonra şirkətin hesabına 77780,00 ABŞ dolları vəsait oturmuşdur. "xxxx" QSC-nin törəmə şirkəti "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli fakturadan görünür ki, Şəxs MMC tərəfindən malların Türkmənbaşı limanına çatdırılmasına görə daşınma üçün 1600 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. İqtisadiyyat Nazirliyi yanında X4 Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli, **********057000 nömrəli çıxarışından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış Şəxs MMC-nin (**********) ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir və onun hüquqi varsidir. İqtisadiyyat Nazirliyi yanında X4 Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli, **********918900 nömrəli çıxarışından görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisidir. Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının tələblərinə görə hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər (Qaydaların 12.1 və 12.2-ci bəndləri) İXM-in 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətin yaranmasının əsaslarına dair qeyd edir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi iqtisadi fəaliyyət sahəsində stabilliyin pozulmasında ifadə olunur. İnzibati məsuliyyətin yaranması üçün iki əsas nəzərdə tutulmuşdur: - xarici valyuta vəsaitinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi; - əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmaması. Həmin maddə ilə nəzərdə tutulan hüquqazidd əməlin subyekti kimi xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki və ya hüquqi şəxs çıxış edir. Şərh olunan maddədə nəzərdə tutulan inzibati xətanın obyektiv cəhəti məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmamasında ifadə olunur. Bu əməl həmin şəxslər tərəfindən hərəkət və ya hərəkətsizliklə törədilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli qərarına əsasən müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 3 və 12.1-ci maddələri). Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Məhkəmə araşdırması zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsiri müəyyən edilmədi. Belə ki, məhkəmə iclasında tərtib edilmiş protokolun dəlilləri inzibati xəta haqqında işə əlavə olunmuş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən olundu ki, satıcı Şəxs MMC ilə alıcı "Zener Muhendislik Sanayi ve Ticaret Ltd.Şti" şirkəti arasında sellüloz efirləri, limon turşusu, çaxış turşusu və modifikasiya olunmuş nişastaların alqı-satqısına dair EK-1-2030 nömrəli xx.xx.2020-ci il tarixli müqavilə bağlanmış, həmin müqavilənin ümumi dəyəri 77820 ABŞ dolları təşkil etmiş və qeyd edilən malların Türkmənbaşı limanına çatdırlmasını Şəxs MMC öz vəsaiti hesabına öz üzərinə götürmüş, buna uyğun olaraq "xxxx" QSC-nin törəmə şirkəti "xxxx" MMC ilə müqavilə bağlayaraq 1600 ABŞ dolları ödəniş edərək müqavilə şərtlərinə uyğun olaraq malları Türkmənbaşı portuna çatdırmış, alıcı "Zener Muhendislik Sanayi ve Ticaret Ltd.Şti" şirkəti aldığı malların invoys dəyəri olan 77820,00 ABŞ dollarını satıcının bank hesabına köçürmüş, lakin bank tərəfindən 40,00 ABŞ dolları xidmət haqqı tutularaq satıcının hesabına 77780,00 ABŞ dolları vəsait oturmuşdur. Göründüyü kimi, malların çatdırılmasını Şəxs MMC öz vəsaiti hesabına öz üzərinə götürmüş, malların çatdırılmasına görə alıcı tərəfindən hər hansı əlavə vəsait ödənilməmiş və ya ödənilməsi razılaşdırılmamışdır, invoys dəyəri olan 77820,00 ABŞ dolları da tam olaraq alıcı tərəfindən göndərilmiş lakin bank tərəfindən xidmət haqqı tutulduğuna görə 40,00 ABŞ doları az vəsait hesaba köçmüşdür. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, əməldə İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olmadığından Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolda İXM-in 483-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində Bakı şəhəri Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş EP ******* nömrəli inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-923/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-923/2023
16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver