Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9234/2025 25.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X5 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X1 iştirakı ilə, Fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarət Xidmətinin 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarət Xidmətinin 1 saylı Bakı Regional Bölməsi tərəfindən fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsi tərəfindən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarında ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində monitorinq-nəzarət tədbirləri həyata keçirilmişdir. Monitorinq zamanı Xəcəsən qəsəbəsində Şəxs məxsus qeyri-yaşayış obyektində müqavilə bağlamadan və lazimi icazə almadan su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla sudan qeyri-qanuni istifadə halı aşkar olunmuşdur. Vətəndaş obyektin qanunsuz su şəbəkəsinə qoşulmasını d=15 mm xətt vasitəsilə həyata keçirmişdir. Vətəndaşın özü izahat verərək aşkarlanan faktı təsdiq etmişdir. Göstərilənlərə əsasən Şəxs tərəfindən hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl törədildiyindən onun inzibati tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs rəsmi qaydada bildiriş göndərilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri öyrənib, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin izahatını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarət Xidmətinin 1 saylı Bakı Regional Bölməsinin əməkdaşları – Zaur Ələkbərov və İlqar Quliyevin və Şəxs iştirakları ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli 000349 nömrəli Aktdan görünür ki, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində monitorinq-nəzarət tədbirləri həyata keçirilmişdir. Monitorinq zamanı Binəqədi rayonu, Xocəsən qəsəbəsində Şəxs məxsus qeyri-yaşayış obyektində müqavilə bağlamadan və lazimi icazə almadan su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla sudan qeyri-qanuni istifadə halı aşkar olunmuşdur. Vətəndaş obyektin qanunsuz su şəbəkəsinə qoşulmasını d=15 mm xətt vasitəsilə həyata keçirmişdir. Vətəndaş özü izahat verərək aşkar edilmiş faktı təsdiq etmişdir. Eyni zamanda baxış zamanı video çəkilişdən istifadə edilmiş və videofayl Akta əlavə edilmişdir. Şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarət Xidmətinin 1 saylı Bakı Regional Bölməsində vediyi yazılı izahatdan görünür ki, o, özünə məxsus qeyri-yaşayış sahəsində müqavilə bağlamadan və su sayğacı quraşdırmadan su xidmətindən istifadə etmişdir. Binəqədi rayon Sukanal İdarəsi tərəfindən tərtib edilmiş Arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində qeyri-yaşayış obyektindən 15 mm boru vasitəsilə su təchizatına qanunsuz qoşularaq sudan istifadə olunması nəticəsində hesablanmış maddi ziyanın məbləği 1098 manat təşkil edir. Beləliklə işin təsvir edilmiş hallarından görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarət Xidmətinin 1 saylı Bakı Regional Bölməsi tərəfindən Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində monitorinq-nəzarət tədbirləri həyata keçirilmişdir. Monitorinq zamanı Xocəsən qəsəbəsində Şəxs məxsus qeyri-yaşayış obyektində müqavilə bağlamadan və lazimi icazə almadan su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla sudan qeyri-qanuni istifadə halı aşkar olunmuşdur. Vətəndaş obyektin qanunsuz su şəbəkəsinə qoşulmasını d=15 mm xətt vasitəsilə həyata keçirmişdir. Şəxs etdiyi qanunpozuntusunu öz izahatı ilə təsdiq etmişdir. Maddi ziyan 1098 manat təşkil edir. “Su təchizatı və tullantı suları haqqında” qanunun: 67-ci maddəsinin birinci hissəsinə görə bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. 72-ci maddəsinə görə bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X4”nın: 3.1-ci maddəsinə görə su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. 8.7-ci maddəsinə görə su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Göründüyü kimi qanun su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmanı qadağan edərək, buna görə inzibati məsuliyyət nəzərdə tutsa da, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində qeyriyaşayış obyektinin sahibi fiziki şəxs Şəxs sözügedən qeyri-yaşayış sahəsində 15 mm boru vasitəsilə su təchizatına qanunsuz qoşularaq suyun talanması nəticəsində az miqdarda ziyan vurmaqla hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 262.3-cü maddəsinə görə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1.inzibati tənbeh vermə haqqında. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-9234/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9234/2025
25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver