Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-927/2022 04.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, X1 Bakı Nəqliyyat Agentliyinin 05.03.2022-ci il tarixli, BNA ******* saylı qərarın ləğv olunması barədə şikayətə Binəqədi Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Bakı Nəqliyyat Agentliyinin 05.03.2022-ci il tarixli, BNA ******* saylı qərarından şikayət ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, barəsində 05.03.2022-ci il tarixində, saat 17:23 radələrində Bakı şəhəri Təbriz küçəsində Yol hərəkəti haqqında Qanunun 52-ci maddəsinin 1-ci hissəsinin tələbinin pozulması ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, bu qərar qanunaziddir.Bununla bağlı olaraq o, Bakı Nəqliyyat Agentliyinə müraciət etmişdir.Bu müraciətinə 16.03.2022-ci il tarixində elektron poçt ünvanına məktub göndərilməklə cavab verilmişdir.Cavabda qeyd olunur ki, həmin ərazidə dayanma və durmanı qadağan edən yol nişanlarının olmamasına baxmayaraq nəqliyyat vasitəsi yolun hərəkət hissəsinin kənarında bir cərgədə saxlanılmadığına görə inzibati tənbeh vermə haqqında qərar əsaslı olaraq tərtib edilmişdir.Avtomobilini parklayarkən dayanma və durma qaydalarına tam riayət etmişdir, belə ki, həmin ərazidə avtonəqliyyat vasitələrinin saxlanması üçün zolaqlar ayrılmışdır və avtomobili həmin zolaq daxilində saxlamışdır. X2 yuxarıda göstərilənlərini rəhbər tutaraq Bakı Nəqliyyat Agentliyinin 05.03.2022-ci il tarixli, BNA ******* saylı qərarın ləğv olunması ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi və Bakı Nəqliyyat Agentliyinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin şikayətçi və Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən şikayətçinin və İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş Bakı Nəqliyyat Agentliyinin 05.03.2022-ci il tarixli, BNA ******* saylı qərarına əsasən məlum olur ki, X5 Bakı şəhəri, Təbriz küçəsində 05.03.2022ci il tarixdə saat 17:23-də dayanma və ya durma qaydalarını pozmağa görə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməklə cərimə cəzası tətbiq olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır.Belə ki, Bakı Nəqliyyat Agentliyinin 05.03.2022-ci il tarixli, BNA ******* saylı qərarına əsasən məlum olur ki, X5 Bakı şəhəri, Təbriz küçəsində 05.03.2022-ci il tarixdə saat 17:23-də dayanma və ya durma qaydalarını pozmağa görə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməklə cərimə cəzası tətbiq olunmuşdur. Azərbaycan Respublikası İXMnin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Şikayətçi inzibati xəta törətməməsi barədə heç bir tutarlı sübutu iş materiallarına əlavə etməmiş və ya məhkəməyə gələrək təqdim etməmişdir.Belə olan halda, məhkəmə hesab edir ki, X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 05.03.2022-ci il tarixli BNA ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayəti əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı Nəqliyyat Agentliyinin 05.03.2022-ci il tarixli, BNA ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-927/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-927/2022
04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver