Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-927/2023 03.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmə iclas katibi Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Bakı Baş gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X3, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 483-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs tərəfindən Bakı Baş Gömrük İdarəsində **********8164 sorğu nömrəli xx.xx.2019-cu il tarixli, **********1223 sorğu nömrəli xx.xx.2020-ci il tarixli, **********6445 sorğu nömrəli xx.xx.2020-ci il tarixli, **********8833 sorğu nömrəli xx.xx.2021-ci il tarixli və **********7414 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri ilə rəsmiləşdirmə aparıb dəyəri 49836,80 ABŞ dolları olan malların Azərbaycan Respublikasından Türkiyə Respublikasına və Gürcüstana ixrac edildiyi, lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 17773,69 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi barədə Təhqiqat şöbəsinə raport daxil olmuşdur. Araşdırma zamanı qeyd olunan məsələ ilə əlaqədar BBGİ-və dəvət olunma barədə Şəxs MMC-nin ünvanına 1400-013/0xx-xx/000029 nömrəli xx.xx.2023-cü il tarixli və 1400-013/0xx-xx/000609 nömrəli xx.xx.2023-cü il tarixli məktublar göndərilmiş, MMC tərəfindən qeyd edilən gömrük bəyannamələri üzrə ixrac əməliyyatları əsasında əldə edilmiş valyuta vəsaitinin bir hissəsinin qaytarıldığı, qaytarılmayan məbləğin 17773,69 ABŞ dolları məbləğdən az olduğu bildirilmişdir. Qeyd olunan halın araşdırılması üçün Şəxs MMC tərəfindən 11 fevral 2017- ci il tarixindən xx.xx.2022-ci il tarixədək müddətdə rəsmiləşdirilən ümumilikdə 5 (beş) gömrük bəyannaməsi üzrə hansı məbləğdə vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyini müəyyən edərək bu barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün 34/013/003957 nömrəli xx.xx.2023-cü il tarixli raportla Gömrük əməliyyatları idarəsinə müraciət olunmuş, daxil olmuş 34/012/004918 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən Şəxs MMC tərəfindən **********8164 sorğu nömrəli xx.xx.2019-cu il tarixli, **********6445 sorğu nömrəli xx.xx.2020-ci il tarixli, **********8833 sorğu nömrəli xx.xx.2021-ci il tarixli və **********7414 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri üzrə ixrac edilmiş mallar üzrə ümumilikdə 9475,36 ABŞ dolları məbləğində pul vəsaitinin müvəkkil edilmiş bankının hesabına qaytarılmadığı müəyyən edilmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC şüşədən hazırlanan, müxtəlif predmetlər və pəncərələr” yüklərini dəyəri sonradan ödənilmək şərti Bakı Baş Gömrük İdarəsində **********8164 sorğu nömrəli xx.xx.2019-cu il tarixli, **********6445 sorğu nömrəli xx.xx.2020-ci il tarixli, **********8833 sorğu nömrəli xx.xx.2021-ci il tarixli və **********7414 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri ilə rəsmiləşdirməklə, gömrük bəyannaməsinin 20-ci qrafasında malların “dəyəri malların ixracından sonra ödənilmək şərti ilə” keçirilmə xüsusiyyətində “002” kodu ilə bəyan edərək Azərbaycan Respublikasından Türkiyə Respublikasına və Gürcüstana ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1 -ci yarım bəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac etdikləri malların (islərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda o)an hesablatma köçürülməsin) təmin etmə)) olduğu halda, milli valyutaya nisbətdə 16108,11 (on altı min bir yüz səkkiz) manat 11 qəpik təşkil edən 9475,36 AB$ dolları xarici valyutada vəsaiti bu müddət ərzində "xxxx" ASC-dəki müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. Məhkəmə iclasında Şəxs nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, Gürcüstan Respublikasının “ALUTECH” firmasına Şəxs MMC tərəfindən göndərilən mal-material üzrə inzibati xəta tərkibinin əlamətləri yoxdur və iş üzrə icraata xitam verilməlidir. Gürcüstan Respublikasının “ALUTECH” firmasına göndərilən mal-materiallarla əlaqədar bildirir ki, həmin mallar nöqsanlı olduğuna görə “ALUTECH” firması tərəfindən qəbul edilməmişdir. Belə ki, malların ölçülərində uyğunsuzluq olmuşdur və bu Şəxs MMC-nin təqsiri olduğundan risk də həmin şirkətin üzərində qalmışdır. Həmin mallar nöqsanlı və gərəksiz olduğundan fiziki olaraq məhv edilmişdir. Onların yenidən xərc çəkilərək Azərbaycan Respublikasına qaytarılması səmərəsiz və mənasız olardı. Ümumilikdə “ALUTECH” firmasına göndərilən 36873,9 ABŞ dolları dəyərində mal-materialın əvəzinə 33003,94 ABŞ dolları ödəniş olmuş, 3869,96 ABŞ dolları vəsait isə ödənilməmişdir. Hesab edirik ki, nöqsanlı və məhv edilmiş mallara görə Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi ədalətsiz və eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına zidd olardı. Belə ki, “ALUTECH” firması tərəfindən daxil olan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onlar xx.xx.2021-ci il tarixli mallara görə (məktubda texniki səhv olaraq xx.xx.2022-ci il göstərilir) 2500,15 ABŞ dolları və xx.xx.2022-ci il tarixli mallara görə isə (məktubda texniki səhv olaraq xx.xx.2022-ci il göstərilir) 1369,81 ABŞ dolları vəsaiti ödəməkdən imtina edirlər. xx.xx.2021-ci il tarixdə **********8533 saylı Gömrük bəyannaməsi üzrə ölkəyə daxil olmayan 2500,15 ABŞ dolları vəsait üzrə də şirkət məsuliyyətə cəlb edilməməlidir. Belə ki, həmin gömrük bəyannaməsi üzrə də qanunvericilikdə nəzərədə tutulan məsuliyyətə cəlb etmə müddəti ötürülmüşdür. Belə ki, xx.xx.2021-ci il tarixdən sonrakı 180 gün müddət xx.xx.2022-ci ildə tamam olmuş, gömrük orqanı tərəfindən protokol isə xx.xx.2023-cü ildə tərtib edilmişdir. Qeyd edilən halların Şəxs MMC-nin nümayəndəsi tərəfindən də onlar barəsində inzibati xəta haqqında protokol tərtib edilən zaman bildirildiyini, lakin həmin halların araşdırılmadığını və şirkət barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirərək, deyilənlərin nəzərə alınaraq cəmiyyət barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı Baş gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X5 inzibati xəta haqqında protokol üzrə qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında Bakı Baş gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X5 Şəxs MMC-nin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilən zaman həmin malların bir hissəsinin “Alutech” şirkəti tərəfindən qəbul edilməməsini bildirməsini, lakin bu xeüsusatla bağlı araşdırma aparmadığını bildirmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC–nin barəsində başlanan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən **********8164 sorğu nömrəli xx.xx.2019-cu il tarixli, **********1223 sorğu nömrəli xx.xx.2020-ci il tarixli, **********6445 sorğu nömrəli xx.xx.2020-ci il tarixli, **********8833 sorğu nömrəli xx.xx.2021-ci il tarixli və **********7414 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri ilə rəsmiləşdirmə aparıb dəyəri 49836,80 ABŞ dolları olan malların Azərbaycan Respublikasından Türkiyə Respublikasına və Gürcüstana ixrac edildiyi, lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 17773,69 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülməmişdir. Sənədlərə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs MMC tərəfindən **********8164 sorğu nömrəli xx.xx.2019-cu il tarixli, **********1223 sorğu nömrəli xx.xx.2020-ci il tarixli, **********6445 sorğu nömrəli xx.xx.2020-ci il tarixli, **********8833 sorğu nömrəli xx.xx.2021-ci il tarixli və **********7414 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri ilə rəsmiləşdirmə aparıb dəyəri 49836,80 ABŞ dolları olan malların Azərbaycan Respublikasından Türkiyə Respublikasına və Gürcüstana ixrac edildiyi, lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 17773,69 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsinə baxış keçirilməsi haqqında 05 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, baxış nəticəsində müəyyən edilmişdir ki, 1 ABŞ dolları milli valyutaya nisbətdə 1,70 manat olmaqla, 17773,69 ABŞ dolları milli valyutaya nisbətdə 30215,27 manat təşkil edir. “Alutech” alümüniyum konstruksiy texnologiyaları şirkəti tərəfindən təqdim edilmiş 28 mart 2023-cü il tarixli “zədələnmiş mallar haqqında bildiriş” dən görünür ki, **********7414 və **********8833 gömrük bəyannamələri üzrə ümumi dəyəri 3911.94 ABŞ dolları olan mallar ləkəli və ölçüləri düzgün olmayan kəsilmiş şəkildə gəldiyinindən həmin malların dəyərinin ödənilməsindən imtina edilmiş, layihənin spesifikasiyası və temperli şüşənin yenidən kəsilməsi və ya təkrar emal edilməsi üçün praktiki üsulların mövcud olmaması səbəbindən məhsulun tullanması və müəyyən edilmiş poliqonda tullanması qərara alınmışdır. 26 dekabr 2022-ci il tarixli raportla Şəxs MMC xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər rəsmiləşdirilən 5 gömrük bəyannaməsi üzrə 17773,69 ABŞ dolları məbləğində vəsaiti onların bəyan edildiyi gündən 180(yüz səksən) gün müddətində müvəkkil bankda olan hesaba köçürmədiyindən Şəxs MMC barəsində qanuna müvafiq təbirlərin görülməsi qərara alınmış, bu məqsədlə Şəxs MMC-nin hüquqi ünvanına xəbərdarlıq və bildiriş göndərilmişdir. 05 yanvar 2023-cü il tarixli “sənədlərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC Bakı Baş gömrük idarəsində **********8164 sorğu nömrəli xx.xx.2019-cu il tarixli, **********1223 sorğu nömrəli xx.xx.2020-ci il tarixli, **********6445 sorğu nömrəli xx.xx.2020-ci il tarixli, **********8833 sorğu nömrəli xx.xx.2021-ci il tarixli və **********7414 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri ilə rəsmiləşdirmə aparıb dəyəri 49836,80 ABŞ dolları olan malların Azərbaycan Respublikasından Türkiyə Respublikasına və Gürcüstana ixrac edildiyi, lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 17773,69 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına köşürülməməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. 22 fevral 2022-ci il tarixli raportdan görünür ki, 11 fevral 2017-ci il tarixdən 18 may 2022-ci il tarixədək müddətdə rəsmiləşdirilən gömrük bəyannamələrində konsiqnasiya əməliyyatları üzrə 4 gömrük bəyyannaməsi (**********8164, **********6445, **********8833 və **********7414) üzrə 9475.36 ABŞ doları qalıq məbləğin olduğu müəyyən edilmişdir. 23 fevral 2022-ci il tarixli raportda isə Şəxs MMC Bakı Baş gömrük idarəsində **********8164 sorğu nömrəli xx.xx.2019-cu il tarixli, **********6445 sorğu nömrəli xx.xx.2020-ci il tarixli, **********8833 sorğu nömrəli xx.xx.2021-ci il tarixli və **********7414 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri ilə rəsmiləşdirmə aparıb malların Azərbaycan Respublikasından Türkiyə Respublikasına və Gürcüstana ixrac edildiyi, lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 9475.36, ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına köçürülməməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. 23 fevral 2023-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad qəbul edilmişdir. 24 fevral 2023-cü il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 izahat verən zaman Şəxs MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində **********8164 sorğu nömrəli xx.xx.2019-cu il tarixli, **********6445 sorğu nömrəli xx.xx.2020-ci il tarixli, **********8833 sorğu nömrəli xx.xx.2021-ci il tarixli və **********7414 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri ilə rəsmiləşdirilərək Türkiyə və Gürcüstan Respublikasına göndərildiyini, Gürcüstanda fəaliyyət göstərən “Alutech” şirkətinə göndərilən həmin mallardan “temperli laminasiya olunmuş şüşə və deşikli şüşələr” yüklərinin ölçülərində xətalar olduğundan qarşı tərəfin ödəməni həyata keçirmədiyini, 3869,96 ABŞ dolları məbləğində pul vəsaitinin bu səbəbdən ödənilmədiyini, qalıq 5605,40 ABŞ dolları məbləğində Türkiyə Respublikasına mal ixrac etdiklərini, həmin şirkətin maliyyə vəsaiti olmadığı üçün həmin məbləğin də Şəxs MMC-nin hesabına göndərilmədiyini bildirmişdir, daha sonra isə X2 izahatına əlavə verərək Türkiyənin “kayapen” şirkətinə ixrac edilən həmin mallara görə şirkətin nümayəndəsi tərəfindən yanlışlıqla şəxsi hesabdan firmaya 2700 ABŞ dolları pul vəsaitinin ödənilməsini bildirmişdir. İXM-in 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.1-ci bəndinə görə hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Həmin Qaydaların 12.2-ci bəndinə görə hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 12.3-cü bəndinə görə isə ixrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra – Palata) və Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Palataya ötürülməsini təmin edir. Qüvvədə olan gömrük qanunvericiliyinə əsasən isə bəyаnеtmə - dеdikdə, gömrük rəsmiləşdirilməsi icrааtı və gömrük nəzаrətinin həyаtа kеçirilməsi məqsədilə mаl və nəqliyyаt vаsitələri bаrədə səhih məlumаtlаrın müəyyən еdilmiş (şifаhi, yаzılı, digər) fоrmаdа gömrük оrqаnlаrınа еlаn еdilməsi bаşа düşülür. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Məhkəmə iclasında tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə toplanılmış sənədlər qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, Şəxs MMC barəsində araşdırmaya başlanılan zaman ilkin olaraq 26 dekabr 2022-ci il tarixli raportda 11 fevral 2017-ci il tarixli tarixdən 01 may 2022-ci il tarixə qədər rəsmiləşdirilən 5 gömrük bəyannaməsi üzrə (sonuncu bəyanamənin 18 may 2022-ci il tarixli olmasına baxmayaraq, həmin bəyannəmədə 01 may 2022-ci il tarixinə kimi olan dövrə aid edilmişdir) ixrac olunan malların dəyərinin ödənilməməsi göstərilmiş, həmin raporta əsasən 11 fevral 2017-ci il tarixdən 01 may 2022-ci il tarixədək müddətdə rəsmiləşdirilən 5 gömrük bəyannəməsi üzrə 17773,69 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasına geri qaytarılmasığı müəyyən edilmişdir. Daha sonra isə 22 fevral 2023-cü il tarixli raporta 28 dekabr 2022-ci il tarixli raporta istinad edilmiş, həmin raportda xx.xx.2017-ci il tarixdənxx.xx.2022-ci il tarixinə qədər rəsmiləşdirilən 5 gömrük bəyyannaməsinin göstərilməsinə baxmayaraq (sonuncu bəyyanamə 18 may 2022-ci il), 11 fevral 2017-ci il tarixdən 18 may 2022-ci il tarixinə qədər rəsmiləşdirilən 4 gömrük bəyannaməsi üzrə ümumi olaraq 9475.36 ABŞ dolları məbləğində vəsaitin Azərbaycan Respublikasına geri qaytarılmadığı göstərilmişdir. Göründüyü kimi, Şəxs MMC barəsində ilkin olaraq xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər rəsmiləşdirilən gömrük bəyannamələri üzrə ixrac edilən malların dəyərinin ödənilməməsi əsası ilə raportla müraciət edilsə də, həmin raporta 18 may 2022-ci il tarixli bəyannamə də əlavə edilmiş, daha sonra isə Bakı Baş Gömrük İdarəsinin rəis müavini tərəfindən imzalanmış raportda xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər rəsmiləşdirilən 4 gömrük bəyannaməsi (xx.xx.2019-cu il tarixli, **********6445 sorğu nömrəli, **********6445 sorğu nömrəli xx.xx.2020-ci il tarixli, **********8833 sorğu nömrəli xx.xx.2021-ci il tarixli və **********7414 sorğu nömrəli xx.xx.2022-ci il tarixli) üzrə 9475.36 ABŞ dolları məbləğində qalıq pulun olduğu göstərilmişdir. Lakin, həmin məbləğ ümumi olaraq göstərilmiş, hər bir gömrük bəyannaməsinə münasibətdə ixrac edilən məhsulun dəyərindən konkret olaraq hansı məbləğdə pulun Azərbaycab Respublikasına qaytarılmaması göstərilməmişdir, eyni zamanda Bakı Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövr ərzində rəsmiləşdirilən gömrük bəyannəmələri üzrə araşdırma aparılmasının qərara alınmasına baxmayaraq hansı səbəbdən 18 may 2022-ci il tarixli **********7414 sorğu nömrəli görük bəyannəməsinin də araşdırılması, bundan əlavə daha sonra araşdırma müddətinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövrü kimi göstərilməsi, 5 deyil 4 gömrük bəyyanəməsinin hansı səbəbdən göstərilməsi, xx.xx.2020-ci il tarixli, **********6445 sorğu nömrəli gömrük bəyannaməsi üzrə göndərilən mallara münasibətdə əldə edilmiş vəsaitin Azərbaycan Respublikasına qaytarılıbqaytarılmaması, hansı səbəbdən həmin bəyannamənin sonradan göstərilməməsi əsaslandırılmamışdır. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 ona verilən suallara cavabda qeyd etdiyi Gürcüstanda fəaliyyət göstərən “Alutech” şirkətinə göndərilən həmin mallardan “temperli laminasiya olunmuş şüşə və deşikli şüşələr” yüklərinin ölçülərində xətalar olduğundan qarşı tərəfin ödəməni həyata keçirmədiyini, 3869,96 ABŞ dolları məbləğində pul vəsaitinin bu səbəbdən ödənilməməsi, qalıq 5605,40 ABŞ dolları məbləğində Türkiyə Respublikasına mal ixrac etdiklərini, həmin şirkətin maliyyə vəsaiti olmadığı üçün həmin məbləğin də Şəxs MMC-nin hesabına göndərilməməsi xüsusatları araşdırılmamış, eyni zamanda X1 izahatında əlavə verərək qeyd etdiyi Türkiyənin “Kayapen” şirkətinə ixrac edilən həmin mallara görə şirkətin nümayəndəsi tərəfindən yanlışlıqla şəxsi hesabdan firmaya 2700 ABŞ dolları pul vəsaitinin ödənilməsi məsələsi, nümayəndənin suallara verdiyi cavab ilə izahatına vermiş olduğu əlavə arasında olan ziddiyyətlər araşdırılmamışdır. Belə ki, qeyd edilən gömrük bəyannaməsi üzrə həmin malların dəyərinin “Alutech” şirkəti tərəfindən ödənilməsindən imtina edilməsi, bu xüsusatla bağlı nümayəndənin təqdim etdiyi sənədlər, həqiqətən göstərilən halda Altis Qrup of Kompani” MMC-nin təqsirinin olub-olmaması araşdırılmadan, nümayəndənin ona verilən suallara cavabdakı izahatları arasında olan ziddiyyətli məqamlara aydınlıq gətirilmədən Bakı Baş Gömrük İdarəsi tərəfindən elə həmin tarixdə xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və Altis Qrup of Kompani” MMC-nin İXM-nin 483-cü maddəsi ilə təqsirli olduğu göstərilmişdir. İXM-in 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. İXM-in 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tırəfindən 23 fevral 2023-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında 23 fevral 2023-cü il tarixdə qərardad qəbul edilsə də, inzibati xətalar qanunverciliyi ilə inzibati araşdırmanın aparılması üçün bir aylıq müddətin müəyyən edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan yalnız Şəxs MMC-nin izahatını almaqla kifayətlənmiş, heç bir araşdırma aparmamış, nümayəndənin izahaında qeyd etdikləri ilə bağlı sənədləri tələb etmədən, həmi sənədləri araşdırıb Şəxs MMC-nin təqsirli olubolmadığını müəyyən etmədən, nüayəndənin i ona verilmiş olan suallara cavabları ilə izahatına əlavə dedikləri arasında olan ziddiyyətli məqanları araşdırmadan, cəmi bir gün müddətində həm inzibati xəta haqqında protokol tərtib etmiş, eyni zamanda icraatın başa çatdırılması haqqında qərar qəbul etmişdir. Qanunvercilikdə, gömrük işi ilə bağlı inzibati xətalar ilə bağlı inzibati araşdırmanı aparılmasının müəyyən edilməsi və bununla bağlı 1 aylıq müddəti müəyyən edilməsi, həmin xətalar ilə bağlı halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməkdən ibarətdir. Bundan əlavə, İXM-in 8-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Hazırki halda, Şəxs MMC onun əməlində İXM-in 483-cü maddəsinin tərkib əlamətlərinin olmasını sübut etmək onun barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür ki, Bakı Baş Gömrük İdarəsi isə Şəxs MMC tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta üzrə heç bir araşdırma aparmadan, ziddiyyətli məqamları aydınlaşdırmadan İXM-in 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Beləliklə, Şəxs MMC barəsində onun İXM-in 483-cü maddəsi ilə təqsirli olması sübuta yetirilmədiyindən, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. Bundan əlavə, iş materiallarından görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər rəsmiləşdirilən 4 gömrük bəyannaməsi (**********8164 sorğu nömrəli xx.xx.2019-cu il tarixli, **********6445 sorğu nömrəli xx.xx.2020-ci il tarixli, **********8833 sorğu nömrəli xx.xx.2021-ci il tarixli) üzrə malların Azərbaycan Respublikasından Türkiyə Respublikasına və Gürcüstana ixrac edildiyi, lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 9475.36 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan məbləği, yəni 9475.36 ABŞ dolları milli valyutaya nisbətdə16108,11 manat təşkil edir. Əvvəla qeyd edilməlidir ki, Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas hüquqi və fiziki şəxslərin konsiqnasiya yolu ilə xaricə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan edildiyi gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsinin təmin edilməməsi çıxış edir. Belə olan halda, qanunvericiliyin tələbinə görə malların ixracı bəyan edildiyi gündən qanunla müəyyən edilmiş 180 gün müddət ərzində müvafiq olaraq pul vəsaitinin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesaba köçürülməsi təmin edilmədikdə, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Hazırki xətaya görə isə inzibati tənbeh tədbiri xətanın törədildiyi gündən bir il keçənədək verilə bilər. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bundan başqa, “Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində "davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. "Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. Eyni zamanda, “Azərbaycan Respublikası İXM-nin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən, ilk növbədə, inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. X6 Məcəlləsinin 111.1-ci maddəsinə uyğun olaraq, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Hazırki işin hallarından müəyyən edilir ki, Şəxs MMC tərəfindən xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi əsasında ixrac etdiyi yüklərin müqabiində qaytarılmalı olan pul vəsaiti qanunla müəyyən edilən 180 gün ərzində qaytarılmamışdır. Qanunvericilikdə nəzərdə tutulmuş 180 (yüz səksən) gün müddətin 23 yanvar 2022-ci il tarixdə başa çatması nəzərə alındıqda, növbəti gün yəni xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xəta törədilmişdir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, barəsində icraat aparılan Şəxs MMC həmin tarixdən 1 il müddətində, yəni xx.xx.2023-cü il tarixə kimi inzibati məsuliyyətə cəlb edilə bilərdi. Lakin, şəxs barəsində inzibati məsuliyyətə cəlb etmə müddəti ötürülməklə, inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin, hazırki işin hallarından müəyyən edilir ki, inzibati xəta hadisəsi səlahiyyətli orqan tərəfindən Gömrük Əməliyyatları İdarəsinin 26 dekabr 2022-ci il tarixli raportuna əsasən aşkar edilmişdir. Lakin, məhkəmə bununla bağlı qeyd edir ki, hazırki inzibati xəta xəta tərkibini yaradan əməl uzanan əməl deyil, davam edən əməldir. Ona görə də cəlbetmə müddəti xətanın törədildiyi gündən hesablanır. Göstərilənlərlə yanaşı qeyd edilir ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 53.1.6-cı maddəsinin tələbinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən İXM-in 483-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə həm də **********8164 sorğu nömrəli xx.xx.2019-cu il tarixli, **********6445 sorğu nömrəli xx.xx.2020-ci il tarixli, **********8833 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannamələrinə münasibətdə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1 -ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İXM-in 483-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-927/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-927/2023
03.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver