Məhkəmə qərarları › İş №3(001)-9280/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9280/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9280/2025 15.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X4 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsinin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:00 radələrində Bakı-Sumqayıt şossesində DYP-nin əməkdaşlarının saxla əmrinə tabe olmamış, onların üstünə sürmüş və qanuni tələblərinə riayət etməmişdir. Həmçinin, təxminən bir ay əvvəl Binəqədi rayonu, Xocəsən qəsəbəsində narkotik vasitə marixuanadan istifadə etmişdir. Qeyd olunan protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən saat 13:30 radələrində Bakı-Sumqayıt şossesində “Porsche Panamera” markalı 10EO951 dövlət qeydiyyat nişanlı avtomobilinin şüşəsinin qanunla qadağan olunmuş tünd rəngli örtükdən istifadə etdiyi üçün polis əməkdaşı tərəfindən saxla işarəsi verilmiş, lakin sürücü saxlamamış, avtomobili sərt və kobud şəkildə sürməyə davam edərək, təhlükəli vəziyyət yaratmışdır. Həmçinin avtomobili polislərin üzərinə sürmüşdür. Digər sürücülər və vətəndaşların köməkliyi ilə avtomobil saxlanılmışdır. Sürücü özü barəsində məlumat verməmiş, polis əməkdaşlarına hədə qorxu gəlmişdir. Beləliklə, sürücü polis əməkdaşlarının tələblərinə məhəl qoymamış və tabesizlik göstərmişdir. Sürücü həmin vaxt öz davranışları ilə narkotik vasitənin təsiri altında olması sübhəsi yaratdığından o, bölməyə aparılmış və sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmişdir. Müayinə nəticəsindən məlum olmuşdur ki, Şəxs sidik nümunəsində THC və MET aşkar edilmişdir. Özü də bu faktı etiraf etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Onun törətdiyi inzibati xətaların xarakterini nəzərə alıb, inzibati həbs növündə tənbeh edilməsini xahiş etmişdir. Sahə inspektoru ona verilmiş suala cavab olaraq bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:25-də azad edilsə də, onların nəzarətində olmuş və məhkəməyə onların müşayiəti ilə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərmişdir ki, o, həqiqətən də 1 ay bundan əvvəl tanımadığı bir şəxsdən narkotik vasitə olan marixuana alaraq istifadə etmişdir. Polis əməkdaşının onu saxladığı gün sərxoş olduğundan avtomobili saxlamaq istəməmiş, onların tələblərinə tabesizlik göstərmişdir. Bu əməllərinə görə peşmandır. Söz verir ki, bu hərəkəti bir daha təkrarlanmayacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş BDYPİ-nin YPXA-nın xüsusi bölüyünün YPX-nin polis kapitanı X3 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən saat 13:30 radələrində Bakı-Sumqayıt şossesində “Porsche Panamera” markalı 10EO951 dövlət qeydiyyat nişanlı avtomobilinin şüşəsinin qanunla qadağan olunmuş tünd rəngli örtükdən istifadə etdiyi üçün onun tərəfindən saxla işarəsi verilmiş, lakin sürücü saxlamamış, avtomobili sərt və kobud şəkildə sürməyə davam edərək, təhlükləli vəziyyət yaratmışdır. Həmçinin sürücü avtomobili onların üzərinə sürmüşdür. Digər sürücülər və vətəndaşların köməkliyi ilə avtomobil saxlanılmışdır. Sürücü özü barəsində məlumat verməmiş, onlara hədə qorxu gəlmişdir. Beləliklə, sürücü onların tələblərinə məhəl qoymamış və tabesizlik göstərmişdir. Sürücü həmin vaxt öz davranışları ilə narkotik vasitənin təsiri altında olması sübhəsi yaratdığından o, bölməyə aparılmış və sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmişdir. Müayinə nəticəsindən məlum olmuşdur ki, Şəxs sidik nümunəsində THC və MET aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş BDYP-in YPXA-ın xüsusi bölüyünün YPXİ-in polis serjantı X1 eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: BDYP-nin YPXA-nın xüsusi bölüyünün YPXİ-nin polis kapitanı X3 və polis serjantı X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən saat 13:30 radələrində Bakı-Sumqayıt şossesində “Porsche Panamera” markalı 10EO951 dövlət qeydiyyat nişanlı avtomobilinin şüşəsinin qanunla qadağan olunmuş tünd rəngli örtükdən istifadə etdiyi üçün polis əməkdaşı tərəfindən saxla işarəsi verilmiş, lakin sürücü saxlamamış, avtomobili sərt və kobud şəkildə sürməyə davam edərək, təhlükləli vəziyyət yaratmışdır. Həmçinin avtomobili polislərin üzərinə sürmüşdür. Digər sürücülər və vətəndaşların köməkliyi ilə avtomobil saxlanılmışdır. Sürücü özü barəsində məlumat verməmiş, polis əməkdaşlarına hədə qorxu gəlmişdir. Beləliklə, sürücü polis əməkdaşlarının tələblərinə məhəl qoymamış və tabesizlik göstərmişdir. Sürücü həmin vaxt öz davranışları ilə narkotik vasitənin təsiri altında olması sübhəsi yaratdığından o, bölməyə aparılmışdır. Bölmədə müəyyən olunmuşdur ki, sürücü Şəxsdur. xx.xx.2025-ci il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsindən görünür ki, Şəxs sidik nümunəsində THC və MET aşkar edilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 17:20-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 16:25-də azad edilmişdir. Şəxs Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsində verdiyi izahatında əməlini etiraf edərək, narkotik vasitədən istifadə etdiyini, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığını və əməllərindən peşman olduğunu bildirmişdir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahı”larına əsasən qurudulmuş marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə görə Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirliliyi özünün etirafı, tibbi müayinənin nəticəsi, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 206 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Beləliklə, Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaların xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə Şəxs törətdiyi inzibati xətaların sayını və xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə tənbehinin təyin edilməsini kifayətedici hesab etmir. Məhkəmə hesab edir ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür. Odur ki, Şəxs inzibati həbs növündə tənbeh təyin edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs təyin edilən inzibati həbs müddətinin əvvəli ilə bağlı qeyd edir ki, işdə olan inzibati qaydada tutma haqqında protokolda o, xx.xx.2025-ci il tarixdə saat 17:20-də tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 16:25-də azad edilmiş, həmin gün saat 16:55-də isə məhkəmə iclasına gətirilmişdir. İşin müəyyən edilmiş mübahisəsiz hallarına əsasən Şəxs xx.xx.2025-ci il saat 16:55də məhkəməyə gətirilənədək 40-cı PŞ-də, yəni polis əməkdaşlarının fasiləsiz nəzarəti altında olmaqla, onların müşayiəti ilə məhkəmə iclasına gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ona təyin edilən inzibati həbs müddətinin əvvəli xx.xx.2025-ci il, saat 17:20-dən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə təqsirli bilinib 1 (bir) ay müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 17:20-dən hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar