Məhkəmə qərarları › İş №3(001)-930/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-930/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-930/2025 13.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Ekoloji nəzarət üzrə yol patrul xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Ekoloji nəzarət üzrə yol patrul xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-ci il tarixdə X4 Xidmətinin Baş inspektoru Pərviz Şahverdiyev tərəfindən qəbul edilmiş TP ******* saylı qərarla 100 manat məbləğində inzibati cərimə edilmişdir. Lakin o, idarə etdiyi “X5 Rover” 90CS100 dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə ekologiya postundan keçməyi yadında deyil, keçmiş olsa belə, ona heç bir inspekor saxla işarəsi verməmişdir.İnzibati xətalar haqqında işlər üzrə sübut etmə yükü inzibati orqanın üzərinə düşdüyündən onun saxla əmrinə tabe olmamağını təsdiq eden video-görüntü təqdim edilməlidir. Göstərilənlərə əsasən, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətin təmin olunması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə tənbəh tədbiri tətbiq edilmişdir. Ekoloji nəzarət üzrə yol patrul xidməti tərəfindən məhkəməyə təqdim edilmiş diskə baxış baxış zamanı müəyyən edilmişdir ki, diskdə bir ədəd foto-görüntü və bir ədəd videogörüntü mövcuddur. Video-görüntüdən görünür ki, xx.xx.2024-cü il tarixində, saat 08:36-da “Range Rover” markalı avtomobilə yol-patrul xidməti əməkdaşı tərəfindən saxla işarəsi verilməsinə baxmayaraq avtomobilin sürücüsü hərəkətini davam etdirir. Digər müşahidə kamerasından əldə edilmiş foto-görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, avtomobilin dövlət qeydiyyat nişanı 90CS100-dur. Məhkəmə iş materiallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 və şahidin izahatını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, X1 Ekoloji nəzarət üzrə yol patrul xidməti tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair verdiyi şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 xx.xx.2024-cü il tarixində, saat 08:36-da “Ekoloji nəzarət üzrə yol patrul xidmətinin” stasionar postunun yaxınlığından keçən zaman yol-patrul xidməti əməkdaşının saxla tələbini yerinə yetirməyərək hərəkətini davam etdirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə - yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, X2 xx.xx.2024-cü il tarixdə idarə etdiyi 90CS100 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ekoloji nəzarət üzrə yol patrul xidmətinin postunun yaxınlığından keçən zaman yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının, yəni yolpatrul xidməti inspektorunun nəqliyyat vasitəsini saxlamaq tələbi yerinə yetirməyərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Ekoloji nəzarət üzrə yol patrul xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X1 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 barəsində Ekoloji nəzarət üzrə yol patrul xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Ekoloji nəzarət üzrə yol patrul xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar