Məhkəmə qərarları › İş №3(001)-932/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-932/2023

02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-932/2023 02.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X4 iclas katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi (icra məmuru X6) tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 02 mart 2023-cü il tarixli, MN ******* saylı protokola əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-907/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün hər ay cəmi 440 manat alimentin alınaraq X2 xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-907/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş, eyni tarixli tələbin könüllü icra olunması barədə bildiriş borcluya ünvanlanmışdır. Borclu bank öhdəliyinin olmasını, hissə-hissə ödəniş edə biləcəyini bildirmişdir. Bu səbəbdən barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) bildirdi ki, borcu ödəməkdən boyun qaçırmır. Fövqəladə Hallar Nazirliyində yanğın söndürən kimi çalışır və həmin iş yerindən sabit əmək haqqı (676 manat) alır. Əmək haqqısına pul tutulması yönəldilmişdir. Başqa maddi gəliri olmadığını və hazırda metrostansiyadan istifadə kartında 2 gedişlik pul olduğunu, əlavə olaraq banka borcu olduğunu, hər ay bankın dərhal əmək haqqı kartından borcunu tutduğunu və özünə əmək haqqısından pul qalmadığını bildirmişdir. Alimenttin əmək haqqısından tutulmasını istədiyini, ilk növbədə alimentlə bağlı icra vərəqəsinin icra edilməəsini istədiyini, yerdə qalan məbləğin bankdan götürdüyü kredit borcuna tutulmasını istədiyini, məhkəmə qərarlarının icrasından yayınmaq istəmədiyini bildirmişdir. Bu səbəbdən qərar qəbul edilərkən qeyd edilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə qərarının icrasından yayındığı sübut edilmədiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. O bildirmişdir ki, işəgötürən aliment borcunun əmək haqqıdan tutulmasını təmin etməlidir. İşdən görünür ki, icra məmuru şəxsin iş yerinə müraciət etmiş lakin iş yerindən icra şöbəsinə müsbət və ya mənfi cavab verilməmişdir. Buna baxmayaraq icra məmuru tələsik hüquqlarını müdafiə etdiyim şəxs barəsində protokol tərtib edərək məhkəməyə göndərmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X7 alimentin tam ödənilməsini istədiyini bildirmişdir. Məhkəmə tərəfindən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli MN ******* saylı protokol Şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbinin yerinə yetirilməsindən yayındığı üçün tərtib edilmişdir. İş materiallarında olan və tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icrta məmuru Ruslan Məmmədov tərəfindən “İcra haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq icra sənədinin icraatına başlanılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmışdır. Borclu həmin tarixdə qərar və bildirişi qəbul etmişdir. xx.xx.2023-cü il tarixli xx/xx-35807-23/43 saylı məktubun surətindən görünür ki, Şəxs aylıq gəlirinin 70 faizindən tutularaq tələbkar Aygül Ağahüseynovaya ödənilməsinin təmin edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin rəisi tərəfindən Fövqəladə Hallar Nazirliyinə məktub ünvanlanmış və nəticəsi barədə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə məlumat verilməsi xahiş edilmişdir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 40 manat, xx.xx.2023-cü il tarixdə isə 50 manat ödəmişdir. xx.xx.2023-cü il tarixdə Şəxs alınmış izahatından görünür ki, o 756 manat alimenrt borcunu ödəyə bilməməsini yanvar ayıalimenti ni ödəməsi, bank öhdəliyinin olduğu ilə əlaqələndirmiş və aylıq əmək haqqısından uşaqların təminatı üçün tutulma aparılmasına razı olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən alimentin ödənilməsindən yayınma halı müəyyən edilmir. İşin müəyyən edilən halları ondan ibarətdir ki, Şəxs Fövqəladə Hallar Nazirliyində əmək müqaviləsi ilə çalışır və aylıq gəliri 676 manatdır. "xxxx" ASC-yə olan kredit borcuna görə onun aylıq qazancından bank tərəfindən əmək haqqı kartından dərhal tməhkəmə qərarı olmadan tutulma həyata keçirilir. Bu səbəbdən Şəxs tərəfindən əmək haqqısından aliment ödənişini həyata keçirtmək mümkün deyildir. Həmçinin işin müəyyən edilən halları ondan ibarətdir ki, icra şöbəsi tərəfindən Şəxs işlədiyi Fövqəladə Hallar Nazirliyinə onun əmək haqqısının 70%-i məbləğində alimentin tutulmasının təmin edilməsi və nəticəsi barədə məlumat verilməsi barədə məktub ünvanlansa da müvafiq mühasibatlıq şöbəsində icra vərəqəsinin icrasının təmin edilibedilmədiyi, nəticəsi barədə heç bir məlumat verilməmişdir. İcra haqqında Qanunun 63.1-ci maddəsinə görətələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: 63.1.1. vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; 63.1.2. icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; 63.1.3. tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə. İcra haqqında Qanunun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmin Qanunun 65.2-ci maddəsinə görə tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Həmin Qanunun 65.3-cü maddəsinə gör alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Həmin Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Göründüyü kimi iş materialları ilə icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra olunmaması halı müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassız olmaqla borclunun inzibati məsuliyyətə cəlb edilməsi üçün kifayət etmir. İXM-in 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Halbuki, İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Məhkəmə işin həcmini nəzərə alaraq hesab edir ki, Vəkil müdafiəçi qismində məhkəmə iclasında iştirak edərək ümumilikdə inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 6 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 6 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 36 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs göstərdiyi 6 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 36 (otuz altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar