Məhkəmə qərarları › İş №3(001)-934/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-934/2021

11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-934/2021 11.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X3 iclas katibliyi, X6 Tufan oğlunun iştirakı ilə, X1 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin xx xxxxxx 2021ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin xx xxxxxx 2021ci il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşı tərəfindən barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli İXP MN №1001713 nömrəli inzibati xəta haqqqında protokola əsasən guya o, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələbini pozmuşdur.Belə ki, hökumət ödəniş portalından çıxarışa əsasən ona 100 manat cərimə tətbiq edilmişdir. Halbuki, o, qərarla razı deyil. Belə ki, Daxili İşlər Nazirliyinin mətbuatda açıqlamalarına əsasən şəxs siqaret çəkdikdə və avtomobildə tək olduqda maskadan müvvəqəti əlində saxlayaraq istifadə edə bilər. İlk növbədə bildirmək istəyir ki, barəsində tərtib edilmiş protokolda inzibati xətanın törədilməsi yeri natamam yazılmışdır. xx.xx.2021 tarixdə saat 11:30 radələrində bir necə müddət xəstə olan yüksək hərarətli övladını təcili həkimə aparmaq üçün 8103 SMS xidmətindən icazə alıb həyətdə olan avtomobili işə salmaq üçün avtomobilə yaxınlaşmış və avtomobili işə saldıqdan sonra avtomobilin yanında 1-2 dəqiqə dayanaraq siqaret çəkmişdir. Həmin vaxt binanın qarşısında Polis post patrul avtomobili dayanmışdı, o siqareti tulladıqda polis avtomobilinin içərisindən polis əməkdaşı onun şəklini çəkmişdir və ondan dərhal kobud şəkildə polis avtomobilinə oturmağı tələb etmiş və ailəsinin yanında qolundan tutaraq polis avtomobilinə əyləşdirib Binəqədi RPİ 5-ci polis bölməsinə aparmışdır. Bölmədə Araz Nəsibov adında polis əməkdaşına vəziyyəti izah etmək istədikdə heç onu dinləmədən onun barəsində protokol tərtib etmiş və onu sərt hərəkətlə otaqdan çıxarmışdır. O, yuxarıda göstərilənlərə əsasən qərarı qanunsuz və əsassız hesab edir. Buna görə də, məhkəmədən şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən X2 şikayətdə göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir.Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı qərarına əsasən məlum olur ki, xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə karantin rejimlərinin pozulması ilə bağlı ona inzibati tənbeh tədbiri kimi cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən,Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X4 əməlində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinin tərkibi olmamışdır. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabr ayının 19-da imzaladığı qərara əsasən həmin tarixdən Azərbaycan Respublikasında açıq və qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi müəyyən olunmuşdur.Lakin məhkəmə hesab edir ki, bu halda müəyyən istisnalar vardır. Məsələn: tək halda və açıq havada müvəqqəti olaraq (yemək yeyərkən, ağız suyun ifraz edərkən,siqaret çəkdiyi zaman və sair kimi hallarda) maskanı bir qədər aşağı salmaq istisnalıq təşkil edir. Belə olan halda, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X4 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə cərimələnməsi barədə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş MN ******* saylı, xx xxxxxx 2021-ci il tarixli qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən X8 oğlu barəsində qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apallyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar