Məhkəmə qərarları › İş №3(001)-935/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-935/2021

17.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-935/2021 17.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Şikayət vermiş şəxs X3, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X16sinin nümayəndəsi – X5 iştirakları ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X16sinin 19.08.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsinin iclasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: X2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X16si tərəfindən qəbul olunmuş ******* saylı, 19.08.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə tərtib edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X16si onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271.2-ci maddəsi ilə təqsirli bilinib fiziki şəxs qismində 500 manat məbləğində inzibati cərimə etmişdir. O, həmin qərarın mövcudluğundan Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən qərar ona təqdim edildikdə məlumat almışdır, buna görə də, həmin qərarın qanunsuz və əsassız olduğuna görə ləğv edilməsini məhkəmədən tələb edir. Belə ki, 19.08.2020-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X16sinin əməkdaşı həmin istehsalat sahəsinə daxil olaraq fiziki şəxs qismində onun barəsində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə əsasən MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib etmiş, ona məsələnin mahiyyəti barədə heç bir məlumat verməmişdir. Halbuki, 30 ilə yaxındır ki, o, həmin ünvanda fasiləsiz olaraq tam qanuni fəaliyyət göstərir. Lakin o, ixtisasca hüquqşünas olmadığına görə, ona təqdim edilən sənədləri oxumadan, mahiyyət və mənasını dərk etmədən imzalamışdır. Hətta protokolu tərtib edən əməkdaş ona bildirmişdir ki, «vəziyyətinin yaxşı olmağını istəyirsənsə, sənədlərə qol çək!» Bundan sonra, ona başqa şəxslər izah etmişdirlər ki, onun imzaladığı sənədlərin mahiyyət və mənası onu cərimələməkdir. Ona görə də, bundan sonra o, həmin qərardan şikayət yazıb Nazirliyə aparmış, lakin Nazirliyin əməkdaşları onu dilə tutub bildirmişdirlər ki, şikayət verməsin və onlar ekspertiza keçirib həmin qərarı özləri ləğv ediləcəklər. Lakin, sonradan o, başa düşmüşdür ki, nazirlik əməkdaşları onu aldadıb, yola salmış və faktiki olaraq vaxtında şikayətini Nazirliyə təqdim etməyə imkan verməmişdirlər. Şikayətçi daha sonra göstərmişdir ki, cərimə yazılan məkan onun icarəsində olmaqla Dövlət Əmlak Komitəsinin mülkiyyətindədir, o, icarəçidir və müqavilə əsasında hər ay icarə haqqı ödəyir. Sexin binası 1934-cü ildən mövcuddur, əsasən taxta emalı ilə məşğul olur. 2- 3 ailə bu sexdə işləyib ailəsini dolandırır. Sexin ətrafı dəmir lövhələrlə hasarlanmış, ətrafdan təcrid edilmiş, ayrıca giriş-çıxışı olmaqla heç kimə maneçiliyi yoxdur. Ekologiya İdarəsinə şikayət verən vətəndaş A.Muradova taxta sexindən 70 metr kənarda Dövlət Neft Şirkətinə məxsus torpaq sahəsinin 0,50 ha sahəsini özbaşına zəbt edərək fərdi ev inşa etmişdir. Bundan başqa, DƏK-nə məxsus onun icarəsində olan torpaq sahəsinin 250 kv/metr torpaq sahəsini özbaşına zəbt edilmişdir. Bu səbəb və əsasa görə A.Muradova və onun anası F.Muradova ilə aralarında 15 ildən çoxdur ki, məhkəmə çəkişməsi davam edir. Buna görə də, A.Muradova Ekologiya və Təbbi Sərvətlər Nazirliyinə şikayət edib ki, guya sexdə avadanlıq işləyəndə səs-küy və titrəmə yaranır və o, narahat olur. Halbuki, yuxarıda qeyd etdiyi kimi həmin yerdə inşa olunmuş ev və iki mərtəbəli talvar özbaşına tikilidir və ona heç bir maneçiliyi yoxdur. Hal-hazırda, F.Muradova və A.Muradova ilə aralarında Binəqədi Rayon Məhkəməsində qanuni istifadəsində olan torpaq sahəsini zəbt etdiyinə görə və sair mübahisəsi davam edir (hakim:S.Səlimova). Bundan başqa, şikayətçi – A.Muradova fərdi evini, yəni özbaşına tikilisinin neft quyusunun üstündə inşa edib, bu da kənardan görünür (foto şəkil şikayətə əlavə edilir). Kiçik qığılcım onun sexini, sexdə olan avadanlığını məhv edə bilər. Bunları nə FHN, nə Dövlət Neft Şirkəti və nə də ki hazırda onu 500 manat cərimələyən Ekologiya Nazirliyinin 11 saylı İdarəsi görməzdən gəlir. O, qanunlar çərçivəsində fəaliyyət göstərir. İstifadə edilən material qanunvericiliyə uyğun sənədləşdirilir. İstehsalatda Ekologiyanın korlanmasına və çirklənməsinə yol verilmir. Sexdə tullantı yandırılmır, ehtiyacı olan vətəndaşlar aparıb şəxsi təsərrüfatlarda istifadə edirlər. Binəqədi qəsəbə Bələdiyyəsi ilə rəsmi müqavilə bağlanmışdır, müqaviləyə əsasən Bələdiyyə tullantıları daşıyr və istifadə edir. Belə olan vəziyyətdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X16sinin məsləhətçi-müfətişi Fərid Piriyev barəsində (hüquqi şəxs olduğu halda) 19.08.2020-ci il tarixdə, 04 82213 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi bu sahədə olan qanunvericiliyin mahiyyət və tələblərinə tamamilə ziddir. Çünki, bir inzibati hüquqpozmaya görə bir cəza tətbiq edilə bilər. Eyni predmet üzrə iki inzibati qərarın qəbul edilməsi qanunla yol verilməzdir. Bundan başqa, şikayətçi göstərmişdir ki, ümumiyyətlə qarşı tərəfin qanuna görə yoxlama aparmağa, protokol tərtib edib qərar qəbul etməyə hüququ yoxdur. Halbuki, ölkə rəhbərliyi tərəfindən yoxlamalar artıq qadağan edilmişdir. Belə ki, yoxlama və monitoriq aparmaq üçün müvafiq icra orqanının icazəsi və müvafiq reyestrdən çıxarış olmaldır. Ekoloğiya Nazirliyinin 11 saylı Regional Ekologiya və X16si ölçüləri düzgün çıxarmayıb, ölçü cihazları düzgün işləmir, lisenziya və sertifikatlar yoxdur. Ölçü avadanlığının yanında götürülüb, halbuki ölçülər özbaşına tikilmiş fərdi evdən götürülməli idi. Qeyd etdiyi kimi avadanlıqlar 1934-cü ildən işləyir, sonuncu quraşdırılan avadanlıq daha az səs və vibrasiya çıxardığı halda normadan artıq səs-küy haradan yarana bilər? Bundan başqa, ərazi istehsalat zonasıdır, yaşayış zonası və ya yaşayış massivi deyildir. Bu ərazilərdə fərdi ev inşa etmək qanunla qadağandır. Çünki, torpaq sahələri müqavilə əsasında neft istehsalı üçün xarici şirkətlərə istismara verilmişdir. Bundan başqa, hal-hazırda "xxxx" Təmir Tikinti Kooperativi mövcud deyildir, çünki müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən onun təşkilati-hüquqi forması dəyişdirilmişdir və hal-hazırda hüquqi şəxsin adı "xxxx" MMC-dir. X2 yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X16sinin inzibati tənbeh vermə haqqında 19.08.2020-ci il tarixli, ******* nömrəli qərarını ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, 3(001)- 935/2021 saylı qərarı ilə, X1 şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X16sinin 19.08.2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, 3(001)- 935/2021saylı sözügedən qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional və X16si apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsi və 19.08.2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında qərarının qüvvədə qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16.05.2021-ci il tarixli, 3(103)-1164/2021 saylı qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional və X16si tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 3(001)- 935/2021 saylı qərarı ləğv edilmiş və inzaibti xəta haqqında iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında material 24.06.2021-ci il tarixində yenidən Binəqədi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X16sinin nümayəndəsi X9 bildirdi ki, idarənin əməkdaşları tərəfindən Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 2 korpus 100 ünvanındakı taxta emalı sexinin fəaliyyəti zamanı formalaşan müxtəlif növ sənaye tullantılarının qalaqlanması faktı müşahidə olunmuşdur. Faktla bağlı X7 tullantıların daşınması ilə bağlı hər hansı müqavilənin olmadığını bildirmişdir, eyni zamanda tərəfimizdən aparılan işlərin müvafiq Ekoloji Ekspertiza rəyi olmadan həyata keçirildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X16si tərəfindən X7 barəsində İXM-nin 271-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarın surəti X4 göndərilmişdir. İnzibati araşdırma zamanı Ş.Rüstəmovun iştirakı təmin olunmuş, araşdırma müddətində Ş.Rüstəmovun yazılı izahatında da görünür ki, inzibati xəta faktı mövcuddur. Göstərilənlərə əsasən, X3 şikayətinin təmin edilməməsini və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X16sinin 19 avqust 2020-ci il tarixli, ******* saylı qərarının qüvvədə qalmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən X2 şikayət ərizəsində qeyd edilən xüsusatları təkrarlayaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X16sinin inzibati tənbeh vermə haqqında 19.08.2020-ci il tarixli, ******* nömrəli qərarını ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayətçinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X16sinin nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət rədd edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X16sinin 19.08.2020-ci il tarixli, ******* nömrəli qərarına əsasən X7 Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə əsasən 500 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X16sinin 03.07.2020-ci il tarixli, ******* nömrəli protokoldan görünür ki, X3 taxta emalı sexində tullantıların daşıdılması ilə əlaqədar müqaviləsi olmadığından yaranmış istehsalatlar tullantıları pərakəndə şəkildə qalaqlanmışdır. Həmin protokolun izahat hissəsində görsənir ki, X7 tullantıların daşıdılması ilə əlaqədar müqaviləsi olmadığını və cəriməni künüllü ödəyəcəyini bildirmişdir. Qeyd edilən protokoldan eyni zamanda görünür ki, 03.07.2020-ci il tarixdə həmin protokolun surətin almışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X16sinin əməkdaşları tərəfindən tərtib edilmiş 03.07.2020-ci il tarixli 62695 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” xidmətinə 21.05.2020-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X10 tərəfindən “evlərinin qarşısında yeşik düzəldirlər” məzmunlu şikayət A.Muradovanın və DİN-nin BİTİ-nin polis-polkovnik-leytenantı T.Əliyevin iştirakı ilə araşdırılmışdır. Araşdırma zamanı məlum oldu ki, sözügedən ünvanda taxta emalı sexi mövcuddur. Həmin sexin sahibi Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olan hal-hazırda ünvan 4 ünvanında yaşayan X4 məxsusdur. Ş.R.Qasımov yazılı izahat verərək, bildirmişdir ki, həmin sexdə yalnız özü təkcə işləyir. Sexdə taxta qapı-pəncərə dülgər sexi kimi, fəaliyyət olub. Lakin bir ay öncə şəxsi istifadəsi üçün həyətyanı sahəsində bir neçə ağac gətirərək, yeşik düzəldirmiş. Dülgər sexinin ərazisinə baxış keçirərkən istehsalat zəminində yaranan tullantıların qalaqlanması faktı aşkar edilmişdir. Ş.Q.Rüstəmov tullantıların daşınmasına dair müqavilə təqdim edə bilməmişdir və haqlı olaraq küləkli hava şəraitində ətrafda yaşayan sakinləri narahat etmə ehtimalı olduğu müşahidə olunmuşdur. Bununla da, X7 tərəfindən X12 haqqında Qanunun 9, 11, 12-ci maddələrinin tələbləri pozularaq inzibati xəta baş vermişdir. Araşdırma idarənin BD seriyalı, 109 saylı sərəncamına əsasən aparılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X16 tərəfindən X4 ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, qeyd olunan məktub X3 rəsmi qeydiyyatda olan ünvanına göndərilmiş və həmin məktub 31.08.2020-ci il, 13.08.2020-ci il tarixlərdə şəxsən qəbul olunmuşdur. 27 avqust 2020-ci il tarixli 17 nömrəli müqavilədən görünür ki, X7 ilə "xxxx" MMCnin direktoru X11 arasında məişət tullantılarının yığılması və daşınması barədə müqavilə bağlanmışdır. Belə ki, X3 inzibati tənbeh vermə haqqında qərar 19 avqust 2020-ci il tarixdə qəbul olunmuşdur. Həmin qərar qəbul olunduqdan sonra, yəni 27 avqust 2020-ci il tarixdə isə X7 ilə "xxxx" MMC-nin direktoru X11 arasında məişət tullantılarının yığılması və daşınması barədə müqavilə bağlanmış və müqavilə əsasında "xxxx" MMC-nin direktoru X11, X4 məxsus obyektin ərazisində toplanan məişət tullantılarının müqavilədə qeyd olunan müddət ərzində daşınmasını öz öhdəsinə götürmüşdür. Buradan aydın olur ki, inzibati tənbeh vermə haqqında qərar qəbul olunanadək obyektin məişət tullantılarının daşınması ilə əlaqədar heç bir müqaviləsi olmamışdır. Bununla da, X7 üzərinə düşən vəzifələri yerinə yetirməmişdir. İXM-nin 271-ci maddəsinə görə sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən X12 tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “X12 haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinə əsasən istehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır. Tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına gətirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilə bilər. İstifadə edildikdən sonra tullantıların zərərsizləşdirilməsi və istifadəsi üçün texnologiyası olmayan məhsulun idxalı qadağan edilir. İstehsalat və məişət tullantılarının uçotu qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır. Tullantılara verilən ekoloji tələblər bu Qanunla yanaşı tullantılar haqqında normativ hüquqi aktlarla müəyyən edilir. Azərbaycan Respublikasının “İstehsalat və məişət tullantıları haqqında” Qanununun 9cu maddəsinə əsasən tullantıların emalı zamanı aşağıdakılar təmin edilməlidir: tullantıların həcminin azaldılmasına, onların emalına və zərərsizləşdirilməsinə yönəldilən texnoloji proseslərin ətraf mühit üçün təhlükəsizliyi; texnologiyada nəzərdə tutulmayıbsa, emal zamanı təhlükəli və təhlükəsiz tullantıların qarışmasına yol verilməməsi; tullantıların emalı zamanı real və potensial təhlükənin azaldılması; tullantıların əmələ gəldiyi yerlərdə toplanması və onların texniki cəhətdən təchiz olunan xüsusi tutarlarda və ya bu məqsədlə ayrılan sahələrdə növlər üzrə saxlanılması; X12 məqsədilə emal ediləsi tullantıların yerləşdirildiyi xüsusi tutarların və ya sahələrin yararlı halda saxlanılması; yerləşdirildiyi, yaxud saxlanıldığı yerlərdə tullantıların ətraf mühitdən təcrid olunması; tullantıların əmələ gəldiyi və ya onların emal edildiyi müəssisələrdə tullantıların texnoloji prosesdə təkrar xammal kimi istifadə olunmasının təşkil edilməsi; tullantıların ətraf mühitə təsirinin azaldılması üçün onların emalının və zərərsizləşdirilməsinin bioloji, fiziki-kimyəvi, mexaniki-texniki, termik və digər üsullarla həyata keçirilməsi. Həmin Qanunun 11-ci maddəsinə əsasən tullantıların yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X6 Komitəsi, Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları] icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir. Tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün yer seçərkən müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X6 Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi və yerli icra hakimiyyəti orqanları] razılığı ilə xüsusi (geoloji, hidroloji və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır. Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicəsağlamlıq , turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində, eyni zamanda faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılması qadağandır. Tullantıların basdırılma yerləri müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Nazirlər Kabineti] müəyyən etdiyi qaydada tullantıların basdırılma yerlərinin dövlət reyestrinə daxil edilir. Müvafiq icra hakimiyyəti orqanları [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X6 Komitəsi və yerli icra hakimiyyəti orqanları] ilə razılaşdırılan qaydada mülkiyyətçi tərəfindən basdırılma yerlərinin monitorinqi aparılmalıdır.Tullantıların yerləşdirildiyi obyektlərin və ya sahələrin mülkiyyətçiləri bu obyektlərin və ya sahələrin istismar müddəti başa çatdıqdan sonra lazımi bərpa işləri aparmalıdırlar. Tullantıların toplanmasını səmərəli təşkil etmək məqsədilə qiymətli komponentlər (yeyinti və toxuculuq məhsullarının tullantıları, müxtəlif metallar, kağız və s.) ayrı-ayrılıqda toplanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə şikayət verən şəxs Ş.Q.Rüstəmova istinad edilən inzibati xətaya münasibətdə hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İXM-nin 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X16sinin 19.08.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənləri və İXM-in 128, 129, 133-136-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X16sinin 19.08.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar