Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-937/2025 13.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Şəxs MMC, AZ1147, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal, ev 143B, mənzil 39, VÖEN **********, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 11 fevral 2025-ci il tarixli EP seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, cəmiyyət 12239,86 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından 17 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq 12239,86 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının və hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi iştirak etməmişdir. Hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi Nümayəndə2 elektron kabinet vasitəsilə məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, xx.xx.2022-ci ildə Şəxs MMC , “X3” və “SPECİAL TECHNİCAL SOLUTİONS LLC” 3 tərəfli vasitəçilik xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışlar. Həmin müqavilə əsasında "R.A X1" MMC ilə X2 fəaliyyət göstərən "X3" şirkəti arasında xx.xx.2022-ci ildə alğı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2022-cu ildə "R.A X1" MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən "SPECİAL TECHNİCAL SOLUTİONS LLC" şirkəti arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilələrə əsasən "R.A X1" MMC , "SPECİAL TECHNİCAL SOLUTİONS LLC"-in sifariş etdiyi malları "X3"dən alaraq "SPECİAL TECHNİCAL SOLUTİONS LLC"-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar olaraq 16 yanvar 2023-ci ildə nömrəsi 00001 olan invoys verilmişdir. Həmin invoysun ümumi dəyəri 78675.48 AZN (yetmiş şəkkiz min altı yüz yetmiş beş manat qırx səkkiz qəpik) təşkil etmişdir. Həmin invoys üzrə qeyd edilən mallar "X3" şirkətindən ******* nömrəli invoysla alınmışdır. 00001 nömrəli invoys üzrə 19 yanvar 2023-ci ildə 78675.48 manat vəsait "SPECİAL TECHNİCAL SOLUTİONS LLC" tərəfindən "R.A X1" MMC-yə köçürülmüşdür. 00001 nömrəli invoys üzrə qeyd edilən mallar "R.A X1" MMC tərəfindən ******* nömrəli invoysla 17 yanvar 2023-ci ildə 12239.86 USD məbləğ "X3" şirkətinə köçürülmüşdür.Bu əməliyyatlar üzrə 4563.00 dollar malların Rusiya Federasiyasına çatdırılması üçün logistika şirkətlərinə ödənilmişdir. 61.72 USD pul köçürmələri zamanı komissiya olaraq ödənilmişdir. 78675.48 manatın 4 % isə "R.A X1" MMC-in 3147.02 manat isə əldə etdiyi gəlir olmuşdur. Həmin məbləğdəndə dövlətə mənfəət vergisi verilmişdir. Yuxarıda qeyd edilən 000015 nömrəli invoys üzrə mallar Türkiyə Respublikasının ərazisinə çatdırılmışdır. Buradan isə mallar Rusiya Federasiyasına göndərilmişdir. Təqdim edilən gömrük bəyannamələridə təsdiq edir ki, həmin mallar SPECİAL TECHNİCAL SOLUTİONS LLC tərəfindən Rusiya Federasiyasının ərazisinə daxil edilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli vasitəçilik xidmətlərinin göstərilməsi barədə müqavilədən görünür ki, Şəxs MMC, “X3” və “SPECİAL TECHNİCAL SOLUTİONS LLC” üçtərəfli vasitəçilik xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışlar. xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, Şəxs MMC ilə X2 fəaliyyət göstərən “X3” şirkəti arasında xx.xx.2022-ci ildə alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, Şəxs MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən “SPECİAL TECHNİCAL SOLUTİONS LLC” şirkəti arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilələrə əsasən “R.A X1 MMC X3dən alaraq “SPECİAL TECHNİCAL SOLUTİONS LLC”-yə təhvil verməyi öhdəsinə götürmüşdür. 16 yanvar 2023-cü il tarixli 00001 nömrəli invoysdan görünür ki, həmin invoysun ümumi dəyəri 78675,48 AZN təşkil etmişdir. Həmin invoys üzrə qeyd edilən mallar “X3” şirkətindən ******* nömrəli invoysla alınmışdır. 00001 nömrəli invoys üzrə 19 yanvar 2023cü ildə 78675,48 manat vəsait “SPECİAL TECHNİCAL SOLUTİONS LLC” tərəfindən Şəxs MMC-yə köçürülmüşdür. 00001 nömrəli invoys üzrə qeyd edilən mallar Şəxs MMC tərəfindən ******* nömrəli invoysla 17 yanvar 2023-cü il tarixində 12239,86 USD məbləğ “X3” şirkətinə köçürülmüşdür. Beləliklə təsvir olunanlardan aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən 17 yanvar 2023-cü il tarixdə "xxxx" ASCdə olan hesabdan Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş 12239,86 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait əslində vasitəçilik xidməti ilə əlaqədar olmuşdur. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.2-1-ci maddəsi ilə malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü tərəfə təqdim edilməsi üzrə rezidentlərin və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı maliyyə köçürmələri tənzimlənmişdir. Belə ki, bu köçürmələrin məbləği vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməlidir. Vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələr vasitəçinin vəsaiti hesabına avans yolu ilə həyata keçirildikdə, belə köçürmələr əlavə olaraq mal alan tərəfindən qabaqcadan ödənilmiş məbləğ həcmində vasitəçinin xeyrinə açılan geri çağırılmayan akkreditiv və (və ya) geri götürülməyən, qüvvədə olma müddəti öhdəliklərin icra müddətindən ən azı 30 (otuz) bank günü çox olan bank qarantiyası təqdim edilməklə aparılmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən vəsaitin xaricə köçürülməsi ilə bağlı məsələlər sözügedən Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə tənzimləndiyi halda, kommersiya fəaliyyətində müqavilə üzrə öhdəlik vasitəçilik fəaliyyəti ilə bağlı olduqda, yəni əvvəlcədən ödənişi edənin vəsaiti hesabına və ya əvvəlcədən bank qarantiyası ilə təmin etməklə və ya geri çağrılmayan akkreditiv açmaqla vasitəçinin vəsaiti hesabına malın alınması və ölkəyə daxil edilmədən tranzit ötürülməsi ilə bağlı köçürmələr həmin Qaydaların 4.3.2-1-ci yarımbəndi ilə tənzimlənir. Vasitəçilik fəaliyyəti ilə əlaqədar köçürmələr zamanı alınan malın ölkənin gömrük ərazisinə daxil edilməsi nəzərdə tutulmadığından vasitəçinin malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini (xidmətlərin göstərilməsini təsdiqləyən sənədi) təqdim etmək öhdəliyi də mövcud olmur. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məsuliyyətin yaranması şəxsin malların ölkə ərazisinə idxalını təsdiqləyən gömrük bəyannaməsini (xidmətlərin göstərilməsini təsdiq edən sənədi) təqdim etmək öhdəliyini pozması ilə şərtləndirilir. Bu baxımdan şəxsin fəaliyyəti vasitəçiliklə deyil, müqavilə predmetini təşkil edən malların ölkə ərazisinə idxal edilməsi və ya xidmətlərin göstərilməsi ilə əlaqədar olmalıdır. Həmin Məcəllənin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Odur ki, sözügedən köçürmələrin məbləğinin vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmadığı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilənin banka təqdim edildiyi məhkəmə tərəfindən müəyyən edildiyindən hüquqi şəxs Şəxs MMC-in barəsində tərtib edilmiş 11 fevral 2025-ci il tarixli EP seriyalı № ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs «R.A.X1» MMC-in barəsində tərtib edilmiş 11 fevral 2025-ci il tarixli EP seriyalı № ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-937/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-937/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver