Məhkəmə qərarları › İş №3(001)-939/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-939/2021

29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-939/2021 29.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi DYPİ-nin Yol patrul xidməti inspektoru, polis serjantı X2, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 332.1 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X6 daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 332.1 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi DYPİ tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi DYPİ-nin Yol patrul xidməti inspektoru, polis serjantı X4 izahat verərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 01 radələrində Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində ekipaj yoldaşı X3 ilə xidmət aparan zaman «SAMAND» markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətli hərəkət etdiyini görüb tərəfindən saxlanılmışdır. Həmin zaman «SAMAND» markalı avtomobili idarə edən Şəxs həmin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı aşkar edilmiş, həmçinin sonuncunun sərxoş vəziyyətdə olması şübhə doğurduğu üçün sonuncu sərxoşluğunun müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmışdır. Tibbi müayinə zamanı sonuncunun sərxoş vəziyyətdə olması aşkar edilmişdir. Sonra Şəxs avtomobilin duracağa yerləşdiriləcəyi bildirilmiş, lakin sonuncu sərxoş vəziyyətdə olmadığını bildirərək razılaşmamışdır. Bundan sonra Binəqədi RPİ-nin polis bölməsinin əməkdaşları çağırılmış və sonuncu polis bölməsinə aparılmışdır. Buna görə də, Şəxs barəsində İXM-in 332.1 və 334.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, xx.xx.2021-cu il tarixdə saat 01 radələrində “SAMAND” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yol polisi tərəfindən saxlanılmışdır. Yol polisi avtomobilə yaxınlaşaraq sənədləri istəmiş və o, polis əməkdaşlarına nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını bildirmişdir. Sonra polis əməkdaşları onun spirtli içki qəbul edib-etməməsini müəyyən etmək üçün tibbi müayinəyə aparmışlar. Tibbi müayinə zamanı onun sərxoş vəziyyətdə olması aşkar edilmişdir. Sonra polis əməkdaşları ona idarə etdiyi avtomobilin duracağa yerləşdiriləcəyini bildirmişlər, lakin o, içkili olmadığı üçün bununla razılaşmamışdır. Bundan sonra polis əməkdaşları gələrək onu polis bölməsinə aparmışlar. Bölmədən çıxdıqdan sonra sərxoşluq hallarının müayinəsi üçün həkimə müraciət etmiş və alınmış rəydə onun ayıq olduğu göstərilmişdir. Odur ki, məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli, 2/1676 nömrəli aktdan görünür ki, Şəxs sərxoşluq vəziyyətini müəyyən etmək üçün sonuncu xx.xx.2021-ci il tarixdə saat 01:25-də tibbi müayinədən keçirilmiş və müayinə zamanı onun bədənində 0.50% miqdarında alkoqol aşkar edilmişdir. xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və sərxoş halda idarə etdiyi üçün barəsində İXM-in 332.1 və 334.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli, 1/180 nömrəli aktdan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 05:00-da tibbi müayinədən keçirmiş və müayinə zamanı onun ayıq olması müəyyən edilmişdir. İXM-in 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. İXM-in 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də müdafiəçinin çıxışını dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 334.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır, lakin İXM-in 332.1-cü maddəsi ilə olan əməlinə münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə araşdırmanın aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X9 həvalə olunmalıdır. Qeyd edilməlidir ki, Şəxs izahatında sərxoş olmamasını və təkrar müayinədən keçib ayıq olmasını sübuta yetirdiyini bildirib məhkəməyə bununla bağlı sübut təqdim etsə də, məhkəmə həmin əsası sübut kimi qəbul etmir. Çünki iş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müyinəsinə dair aktlardan görünür ki, Şəxs sərxoşluq vəziyyəti eyni tarixdə yoxlanılsa da, sonuncu ayrı-ayrı vaxtlarda, yəni ilkin müayinədən təqribən 3 saat sonra şəxsən gedib özü müayinədən keçmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs ilkin yoxlamadan 3 saat keçdikdən sonra digər yoxlamadan keçməsi və həmin zaman onda sərxoşluq vəziyyətinin müəyyən edilməməsi, onun əməlində İXM-in 334.1-ci maddəsinin tərkib əlamətlərinin olmasını istisna etmir. Digər tərəfdən qeyd edilməlidir ki, Şəxs İXM-in 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs X1 əməlində İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, ilk dəfə inzibati xəta törətdiyini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona İXM-in 334.1-ci maddəsi ilə inzibati cərimə növündə tənbehin təyin edilməli, İXM-in 332.1-ci maddəsi ilə olan əməlinə münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə araşdırmanın aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X9 həvalə olunmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs xx xxxxxx 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair hissəsində araşdırmanın aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X9 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar