Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9401/2025 15.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, X1 müdafiəçisi Güvən Vəkil Bürosunun vəkili X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Hüquq şöbəsinin baş məsləhətçisi X7 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X8 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən xx.xx.2025-ci il tarixdə MN ******* nömrəli elektron inzibati xəta haqqında qərar qəbul edilərək "xxxx" QSC-nin işçilərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığortalanmamasına görə cəmiyyətin direktoru Hüseyn Mirzəyev AR İXM-in 469-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir.Lakin qəbul edilmiş qərar əsassızdır, obyektiv araşdırma aparılmadan və hüquqi normalar pozulmaqla verilmişdir. Əvvəla, inzibati xəta haqqında iş üzrə obyektiv və tam araşdırmanın aparılması AR İXM-in 75-ci maddəsinin tələbidir. Qərarın məzmunundan göründüyü kimi, xidmət yalnız “elektron informasiya sistemi üzərindən aparılan təhlillər”ə istinad etdiyini göstərsə də, işin faktiki halları yoxlanılmamışdır. Belə ki, şirkət tərəfindən işçilərin sığorta müqaviləsi vaxtında bağlanılsa da, "xxxx" Sığorta Şirkəti tərəfindən sistemdə olan problem səbəbindən müqavilənin sistemə düşməsi gecikmişdir. Bununla bağlı tərəflərindən "xxxx" Sığorta Şirkətinə bu məsələ ilə bağlı müraciət edilmiş və daxil olmuş müraciətə baxılaraq 28 noyabr 2025 tarixli 0-11- 2025-0582 nömrəli cavab məktubu ilə aşağıdakı cavab verilmişdir: “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" növü üzrə mövcud əməkdaşlıq çərçivəsində yeni əməkdaşın sistemə daxil edilməsi zamanı yaranmış gecikmə ilə bağlı bilidirirəm ki, proses sığorta sistemində baş vermiş müvəqqəti texniki çətinlik səbəbindən uzanmışdır." Göründüyü kimi qərar qəbul edilərkən müəssisə ilə heç bir qarşılıqlı əlaqə yaradılmamışdır ki, bu da obyektiv araşdırma prinsipinin pozulması deməkdir. İşin faktiki hallarından görünür ki, qərarın qəbul edilməsi üçün kifayət qədər sübut və əsas yoxdur. Bu səbəbdən də qərar ləğv edilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 müdafiəçisi X10 şikayətin dəlillərinə uyğun çıxış edərək bildirmişdir ki, işçi ilə əmək müqaviləsi bağlandığı tarixdə, yəni 07 oktyabr 2025-ci il tarixdə sığorta müqaviləsinin də qeydə alınması üçün müqavilə və ona əlavələr əməkdaşlıq etdikləri sığorta şirkəti "xxxx" Sığortasına göndərilmişdir. Müvafiq sənədlər 10 oktyabr 2024-cü il tarixdə tarixdə sığorta şirkətinə çatdırılmışdır. Lakin, sistemdə baş vermiş nasazlıq səbəbindən sığorta müqaviləsi gecikmə ilə aktiv edilmişdir. Əlavə olaraq bildirmişdir ki, belə gecikmələr mütəmadi olaraq baş verir və işçi ilə əmək müqaviləsi bağlandığı anda sığorta müqaviləsinin sistemə yerləşdirilməsi mümkün imkanlar xaricindədir. Sığorta müqaviləsi aktivləşdirilənədək isə əmək müqaviləsi bağlanmış işçinin işdən kənarlaşdırılması, işin təşkilində problemlər yaradacaqdır. Odur ki, X2 vəzifəli şəxsi olduğu "xxxx" QSC tərəfindən sığorta müqaviləsinin vaxtında bağlanmasını və sistemdə aktivləşdirilməsi istiqamətində bütün müvafiq addımların atılmasını nəzərə alaraq, verilmiş şikayətin təmin edilməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 25 dekabr 2025-ci il tarixli iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Hüquq şöbəsinin aparıcı məsləhətçisi Nümayəndə bildirmişdir ki, "xxxx" QSC-nin işçisi X11 xx.xx.2025-ci il tarixdə əmək müqaviləsi hüquqi qüvvəyə minsə də, onun “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməsi” barədə müqavilə xx.xx.2025-ci il tarixdə qüvvəyə minmişdir. Bu səbəbdən QSC-nin vəzifəli şəxsi X8 barəsində İXM-nin 469-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, 1500 (min beş yüz) manat cərimə edilməsi barədə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, sistemdə baş vermiş nasazlığın 1 həftə müddətində davam etməsi qeyri-mümkündür. Bundan başqa, belə bir nasazlıq olduğu halda bu istiqamətdə QSC-nin hüquq şöbəsi müvafiq addımlar atmalı, nasazlığın aradan qaldırılması barədə müraciətlər etməli idi. Odur ki, göstərilənləri nəzərə alaraq, şikayətin təmin edilməməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 15 yanvar 2026-cı il tarixli iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Hüquq şöbəsinin baş məsləhətçisi X15 çıxış edərək bildirmişdir ki, X4 “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməsi” barədə müqavilənin sistemə yüklənməsi zamanı yaranmış gecikmə ən çoxu 2 gün ola bilər. 1 həftə gecikmənin olması ağlabatan deyildir. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 İXM-in 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, X9 ilə "xxxx" QSC arasında əmək müqaviləsi bağlanmışdır. "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2025-ci il tarixli “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsinin illik qoşmasından görünür ki, X12 ilə də sığorta müqaviləsi bağlanmışdır. "xxxx" QSC-nin direktoru tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi üzrə təminata gec daxil olunmasının səbəbinə aydınlıq gətirilməsi xahiş olunmuşdur. "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə mövcud əməkdaşlıq çərçivəsində yeni əməkdaşın sistemə daxil edilməsi zamanı yaranmış gecikmənin səbəbi kimi proses sığorta sistemində baş vermiş müvəqqəti texniki çətinlik səbəbindən uzandığı göstərilmişdir. Sözügedən texniki çətinlik sığorta müqavilələrinə dair məlumatların sistemdə emalı zamanı yaranmış qeyri-sabitlikdən qaynaqlandığından, təqdim olunan məlumatlar vaxtında qəbul edilmiş olunsa da, onların sistemdə aktivləşdirilməsi standartdan bir qədər uzun çəkmişdir. Məhkəmə şikayətdə göstərilənləri nəzərdən keçirib, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, əsassız olduğundan şikayət təmin edilməməlidir. Belə ki, şikayətçi məhkəmə iclasında vermiş olduğu şikayət ərizəsində, həmçinin məhkəmə iclasında vermiş olduğu izahatında 07 oktyabr 2025-ci il tarixdə işçi ilə əmək müqaviləsi bağlanılan zaman işçinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” məqsədi ilə 07 oktyabr 2025-ci il tarixdə müraciət etdiklərini, texniki nasazlıq səbəbindən həmin müqavilənin sistemə gec 15 oktyabr 2025-ci il tarixdə qeydiyyata alındığını bildirsə də, göstəroilən halı təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1.1-ci maddəsinə əsasən, hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar; - 4.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri bu Qanuna əsasən icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar; - 7.2.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamaq sığortalının vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissənin tələbinə görə işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 81-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469-1-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. - 469-1-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalardan göründüyü kimi qanunvericilik əmək müqaviləsi bağladığı hər bir işçi ilə bağlı icbari sığorta müqaviləsi bağlamağı, işçinin sığortalanması barədə müvafiq məlumatları əmək müqaviləsində göstərməyi işəgötürənin birbaşa vəzifəsi kimi və məcburi şərt olaraq müəyyən etmişdir. Lakin, məhkəmə iclasında verilmiş şikayət "xxxx" MMC qanunvericiliyin tələblərini pozaraq, əmək müqaviləsi bağladığı işçi X6 icbari sığorta müqaviləsi qüvvəyə minmədən işlərin görülməsinə cəlb etmişdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri üzrə icbari sığorta müqaviləsi işçilərin peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü zamanı onların özlərini və ailələrini maddi təminatla təmin etməklə yanaşı, işəgötürənlər üçün qanuni məsuliyyətdən azad olmaq və iş yerində təhlükəsizliyi təşviq etmək baxımından əhəmiyyətlidir, çünki bu, sığorta hadisəsi baş verdikdə maliyyə ödənişlərini təmin edir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətləri tənzimləyir, bu münasibətlərin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Qanunverici sözügedən Qanunla sığorta hadisələri nəticəsində sağlamlığına zərər dəyən işçilərin müdafiəsi, sığorta hadisələrinə səbəb olan halların qarşısının alınmasının stimullaşdırılması, sığorta hadisələrinin nəticələrinin aradan qaldırılması kimi ictimai mənafelərin təmin edilməsi məqsədini güdür. Belə olan halda şikayət vermiş şəxsin müdafiəçisinin əmək müqaviləsi bağladıqları işçilərin icbari sığorta müqavilələrinin qüvvəyə minmədən işə cəlb edilməsini kommersiya maraqlarına cavab verməməsi və iş ahənglərinin pozulmasına səbəb olması ilə əlaqələndirməsi cəmiyyətin ümumi maraqları baxımından əsaslı hesab edilə və hazırda mübahisələndirilən inzibati təhbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas ola bilməz. İXM-nin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-9401/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9401/2025
15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver