Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9406/2025 25.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi ilə, X1, inzibati xəta haqqında protoklu tərtib etmiş DİN BDYPİ-nin X8 Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X5 iştirakları ilə, X2 tərəfindən DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati X10 qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 tərəfindən DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* inzibati X10 qərarından verilmiş şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. X4 şikayətini onunla əsaslandırılmışdır ki, xx.xx.2025- ci il tarixində, saat 13:30 radələrində etibarnamə ilə idarə etdiyi DAF markalı 90BY541 qeydiyyat nömrə nişanlı yük avtomobili ilə Binəqədi rayonu Dərbəndqala küçəsi ilə yolun sağ kənar zolağında Daş bazarı deyilən dairəyə daxil olarkən “KİA” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil maddə 51.1.1- ci bəndinin, maddə 51.11- ci hissəsinin tələblərini pozaraq manevr etmişdir. Nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Qarşı tərəf hadisə iştirakçısı hərəkət zolağın dəyişərək onun hərəkət etdiyi zolağa daxil olmağa cəhd etmişdir. Beləliklə, X8 yol Patrul Xidməti əməkdaşları hadisə yerinə baxış keçirmiş və qarşı tərəfin onun hərəkət zolağına daxil olduğunu, bu xətanı açıq - aşkar gördükləri halda onun barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə barəsində xx.xx.2025-ci il tarixdə TP7489202 saylı inzibati X10 Qərara əsasən 40 (manat) məbləğində cərimə tətbiq edilmişdir. Hesab edir ki, X8 yol Patrul Xidməti bölüyü əməkdaşlarının xx.xx.2025-ci il tarixli TP7489202 saylı qərarı qeyri-qanuni və əsassızdır. Sözü gedən məsələ ilə bağlı xx.xx.2025-ci il tarixdə Baş Dövlət yol polisinə elektron qaydada müraciət etmişdir, lakin heç bir cavab almamışdır. Məsələ ilə bağlı xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə Daxili işlər Nazirliyinə məktubla müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə aldığı cavab onu qane etmir, belə ki sözü gedən məsələdə onun yol hərəkəti qanunun 42-ci maddəsinin tələbini pozduğu bildirilir. Lakin o, hərəkətdə olduğu zaman zolaq dəyişməmişdir. Məhkəmə iclasında X2 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən çıxarılmış xx.xx.2025-ci il tarixli, TP ******* inzibati X10 qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibat X10 qərarı qəbul etmiş DİN BDYPİ-nin X8 Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X7 çıxış edərək bildirmişdir ki, sürücüsü X4 tərəfindən “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 10-cu bəndinin tələbi pozulduğundan barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati X10 qərar əsaslı olduğundan, şikayətin təmin olunmaması və qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati X10 qərardan görünür ki, X4 İXMnin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə olunmuş diskdə olan videogörüntüdən görünür ki, “Daf” minik markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin tələbini pozaraq avtomobili Binəqədi rayonu Daş bazarı dairəsində idarə edərkən manevr etmə qaydasını pozaraq “Kia” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Beləliklə, məhkəmə iclasında X3 şikayət ərizəsi və inzibati xətanın törədilməsi zamanı qeydə alınmış video-görüntü inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, inzibati xəta hadisəsi “Daf” avtomobili idarə edən X4 tərəfindən Binəqədi rayonu Daş bazarı dairəsində baş vermişdir. Təqdim edilmiş video görüntüdən müşahidə edilmişdir ki, X4 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 10-cu bəndinin tələblərinə riayət etməmiş və bununla da İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X3 şikayətdə göstərdiyi xüsusatlar barəsində DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* inzibati X10 qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati X10 qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X4 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* inzibati X10 qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X3 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* inzibati X10 qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-9406/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9406/2025
25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver