Məhkəmə qərarları › İş №3(001)-942/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-942/2021

01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-942/2021 01.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, İsmayılı rayonu, Bizlan kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 333.1-ci maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin Dövlət X3 daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin Dövlət X8 tərəfindən Şəxs barəsində İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 09:10-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq idarə etdiyi HYUNDAY SANTAFE minik” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman müvafiq sənədlərin təqdim olunması üçün saxlanılmış və bu zaman sürücünün avtomaşını sərxoş halda idarə etdiyi müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin Dövlət X7 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqındda iş üzrə icraat aparılan şəxs və inzibati orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin Dövlət X4 nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.İXM-nin 112.1.4-cü maddəsinə əsasən məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə olunmuş 2/14034 saylı, xx.xx.2020-ci il tarixli sərxoşluq vəziyyətinin müəyyən etmək üçün xususi texniki vasitədən istifadə edilməsi haqqında alkotesterin nəticəsindən görünür ki, sürücü Şəxs xx.xx.2020-ci il tarixdə sərxoşluq yoxlamasından keçirilmiş və spirtli içki qəbul etmədiyi müəyyən olunmuşdur. İXM-nin 333.1-ci madddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmişşəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir.Belə ki, iş materiallarına əlavə olunmuş 2/14034 saylı, xx.xx.2020-ci il tarixli sərxoşluq vəziyyətinin müəyyən etmək üçün xususi texniki vasitədən istifadə edilməsi haqqında alkotesterin nəticəsindən görünür ki, sürücü Şəxs xx.xx.2020-ci il tarixdə sərxoşluq yoxlamasından keçirilmiş və spirtli içki qəbul etmədiyi müəyyən olunmuşdur.İnzibati Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir.Buna görə də, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməkdə təqsirsiz hesab edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 53, 109, 110, 114-117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməkdə təqsirsiz hesab edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardadı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar