Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9420/2025 25.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəbiyev Samir Cəmşid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.7.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Azərbaycan Respublikasının X3 Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 428.7.1-ci maddəsi ilə tərtib edilmiş 10 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Şamaxı şossesi 23 ünvanında 10 dekabr 2025-ci il tarixdə, saat 13:01-də “Tosoil” adlı obyektə aid reklamların müvafiq icazə olmadan açıq məkanda yerləşdirilməsi faktı aşkar edilmişdir. Nəticədə Şəxs tərəfindən 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsi X2 protokolu müdafiə etdiyini bildirib, izahatında göstərdi ki, Şəxsnə məxsus “Tosoil” adlı obyekеə aid reklamların “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozularaq müvafiq icazə olmadan açıq məkanda yerləşdirildiyi aşkar edilmiş, bu barədə 03 noyabr 2025-ci il tarixli akt tərtib edilmiş, müvafiq pozuntunun aradan qaldırılması üçün 07 noyabr 2025-ci il tarixdə Şirkətin ünvanına göstəriş ünvanlanmış, həmin göstərişdə onun alındığı vaxtdan 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı şəhəri Reklam İdarəsinə müraciət etmələri və ya icazəsiz reklam yayımının dayandırılması tələb olunsa da, bu müddət ərzində pozuntu aradan qaldırılmamışdır. Buna görə də, protokolu əsaslı hesab edir, məhkəmədən Şirkət barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş edir. Şəxs nümayəndəsi Vəkil məhkəməyə “protokola yazılı etiraz” ünvanlayaraq, göstərmişdir ki, Agentlik vəziyyəti belə qələmə vermişdir ki, güya 2024-2025-ci illik yayım dövrü əhatə edən həmin fakt aşkarlanmamışdan, hazırkı protokol tərtib edilməmişdən öncə Müəssisəyə müvafiq qaydada xəbərdarlıq edilmiş və təqdim edilmiş göstərişin qəbulundan müəssisə tərəfindən imtina olunaraq inzibati xətanın tərkib əlamətlərinin yaranmasına səbəb olmuşdur. Qəti olaraq buna etiraz edir və belə bir faktın olmamasını israrla bildirərək göstərmək istəyirlər ki, inzibati xəta tətbiq edən Agentliyin göstərişi Şirkətin ünvanına daxil olmamış, Şirkət tərəfindən imtina halı mövcud olmamış və iki il ərizində heç bir etiraz və müraciətlə üzləşməyərək qanunsuz reklam yayımınının tətbiqinə cəhd edilməmişdir. Ümumiyyətlə Şəxs barəsində tərtib olunmuş protokolla bağlı bildirilir ki, barələrində belə bir protokolun tərtib olunmasından xəbərsiz olmuşlar və Agentliyin nümayəndələri onların iştirakı təmin olunmadan rəsmiləşmə apararaq məhkəməyə materialları təqdim etmişlər. Protokola da “imtina etdi” kimi yazılmışdır. Halbuki, müəssisənin ixtiyarında olan YDM ilə əlaqədar reklam hesab edilən elementlərə görə reklam xərcləri ödənilmişdir və dövlət rüsumu da keçirilmişdir. Elektron kabinet vasitəsilə bütün materiallar məhkəməyə göndərilmişdir. Həmin sübutlarla aşkar görünür ki, aradan keçən iki il ərzində 2024-2025-ci illər və 2025-2026-cı illəri əhatə edən dövr üçün müəssisəyə məxsus yanacaqdoldurma məntəqələrində açıq havada yayımlanan reklam obyektlərinin sayı və ölçüsü barədə məlumat vaxtında göndərilmiş və ilk avans məbləği olaraq pul vəsaitləri ödənmişdir. İlk olaraq xx.xx.2024-cü il tarixdə və əlavə xx.xx.2024-cü il tarixdə 2024-2025-ci illər üçün reklam yayımına icazə istənmişdir. Rəsmi poçt vasitəsilə göndərilən bu müraciətlə bağlı Agentliyin nümayəndəsinin (inspektorun) müraciətinə əsasən reklam obyektləri yeni görünüşlə əlavə çəkilərək bir daha göndərilmişdir. xx.xx.2024-cü il tarixdə və xx.xx.2025-ci il tarixdə rəsmi poçt vasitəsilə müraciət ünvanlanmış və 2024-2025-ci illər üçün reklam yayımına icazə istənmişdir. Bununla yanaşı sahələrin fotoşəkilləri, ölçüləri barədə məlumatar göndərilmişdir. xx.xx.2024-cü il tarixdə 443,4 manat, xx.xx.2024-cü il tarixdə 2252,42 manat, xx.xx.2025-ci ildə 91,8 manat, xx.xx.2025-ci il tarixdə 358,02 manat köçürülmüş və 405,62 manat dövlət rüsumu ödənmişdir. 2025-2026-cı il üçün nəzərdə tutulmuş yayımla bağlı isə xx.xx.2025-ci il tarixdə rəsmi poçt vasitəsilə müraciət ünvanlanmış reklam yayımına icazə istənmişdir. Bununla yanaşı sahələrin fotoşəkilləri, ölçüləri barədə məlumatar göndərilmişdir. xx.xx.2025-ci il tarixdə 535,2 manat, xx.xx.2025-ci il tarixdə 1305,72 manat köçürülmüş və 235,03 manat dövlət rüsumu ödənmişdir. “TOSOİL” şirkətinin Bakı şəhəri və Abşeron rayonu ərazisində yanacaq məhsullarının satışını həyata keçirdiyi YDM-lərdə açıq havada yayımlanan reklam obyektləri ilə əlaqədar təşkilata təqdim olunan müraciətlər əsasında ödənişlər həyata keçirilir, haqq və dövlət rüsumu ödənilir. Lakin nədənsə iki ildən sonra məhz bu obyektin sənədləşməsini qəbul etmir və güya pozuntu olduğunu iddia edirlər. Mövcud vəziyyətdə inzibati xəta hadisəsi mövcud deyildir. 2024-2025-ci il üçün tamamilə, 2025-2026-cı il üçün isə mart 2025-ci ildən sentyabr 2025-ci ilədək olan müddətlərə qədər ödəniş olunmuşdur. Şirkətə sonrakı dövrdə qaimə və bildiriş təqdim edilməmiş və əksinə dair etiraz da verilməmişdir. İnzibati xəta törətdiyi iddia olunan şəxs hüquqi şəxsdir və özünə məxsus bütün obyektlərdə nümayiş etdirilən reklam elementləri üzrə pul vəsaitini ödəmişdir. İşin yuxarıda sadalanan hallarından görünür ki, Şirkət özü açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün Reklam İdərəsinə müraciət edərkən reklamın sahəsini bəyan etmiş, təşkilat vəsaiti qəbul etsə də, onun müraciətində göstərilən ölçülərə uyğun olaraq reklamın yerləşdirilməsinə icazə verilməsinə reksiya verməmiş və həmin icazədə reklamın sahəsi və ona görə ödənilməli olan yayım haqqının məbləğinə dair inzibati akt qəbul etməmişdir. Şirkət tərəfindən arzu etdiyi ölçüdə açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə nail olmaq üçün sahələrin fotoşəkilləri, ölçüləri barədə məlumatar haqqında müvafiq məktubla iki dəfə təşkilata müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2432/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının X3nin Bakı şəhəri Reklam İdarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 05 iyul 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-3745/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qərarı ilə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 5000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxs Şəxs şikayət verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-3745/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməklə, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarı ilə Şəxs tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Şəxs AR İXM-nin 428.7.1- ci maddəsi ilə tənbeh edilməsinə dair 3(008)-3745/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması ilə əlaqədar xitam verilmişdir. Sonda hazırki protokol üzrə başlanmış icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Vəkil etirazında göstərilənlərə uyğun çıxış edərək, Şirkət barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsi X2 verilmiş suallara cavab olaraq Şəxs 2025-ci ilin sentyabr ayınadək reklam yayımı üçün icazəsi olduğunu, Şirkət tərəfindən reklam yayımının müddətinin uzadılması barədə müraciətə cavab verməmələrinin həmin müraciətdən imtina etmələri kimi qiymətləndirilməli olmasını, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasını hallarının müəyyən edilməsinə dair aktın və inzibati xəta haqqında protokolun tərtib edilməsi şəraiti barədə məlumatlı olmadığını, onun vəzifəsinin protokolu müdafiə etməkdən ibarət olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: - Bakı şəhəri Reklam İdarəsinin müfəttişləri tərəfindən tərtib edilmiş 03 noyabr 2025-ci il tarixli aktda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 12:36-da Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Şamaxı şossesi 23 ünvanında “Tosoil” adlı obyektin üzərində müvafiq icazə olmadan 23 ədəd, ümumilikdə 62,1 kv.metr ölçüdə reklam aşkar edilmişdir. - Bakı şəhər Reklam İdarəsinin Şəxsnə ünvanladığı xx.xx.2025-ci il tarixli göstərişdə qeyd olunmuşdur ki, Agentlik tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Şamaxı şossesi 23 ünvanında Şirkətə məxsus “Tosoil” adlı obyektə aid reklamların “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozularaq müvafiq icazə olmadan açıq məkanda yerləşdirildiyi aşkar edilmiş və bu barədə xx.xx.2025-ci il tarixli Akt tərtib edilmişdir. Aktda qeyd olunan pozuntuların 5 gün ərzində aradan qaldırılması, göstərişin alındığı vaxtdan 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı şəhəri Reklam İdarəsinə müraciət etmək və ya icazəsiz reklam yayımını dayandırmaq tələb olunmuşdur. - Şəxs Bakı şəhər Reklam İdarəsinə ünvanladığı 14 may 2025-ci il tarixli ərizədən və poçt qəbzindən görünür ki, Şirkət 01 mart 2025-ci il tarixdən etibarən ərizəsinə qoşma etdiyi fotoşəkillərdə göstərilənlərə uyğun olaraq reklamlarının yerləşdirilməsinə verilmiş icazənin 12 ay müddətinə uzadılması xahiş olunmuş, ərizə və sənədlər 19 may 2025-ci il tarixdə Agentliyə çatdırılmışdır. - 23 iyun 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Şamaxı şossesi 23 ünvanında yerləşən yanacaqdoldurma məntəqəsi ilə əlaqədar 6 aylıq, yəni xx.xx.2025-xx.xx.2025-ci il tarixlər üzrə avans məbləği olaraq 1305,72 manat məbləğində pul vəsaitini Bakı şəhər Reklam İdarəsinin hesabına köçürmüşdür. Məhkəmə inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməlində İXM-nin 428.7.1-ci maddəsinin tərkibi mövcud olmadığından, inzibati xəta haqqında başlanmış icraata xitam verilməlidir. Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci bəndinə əsasən açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir. Həmin Qanunun 26.2-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə verilərkən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklama dair texniki şərtlər pasportunu hazırlayaraq reklam yayıcısına təqdim edir və reklam yayıcısı ilə icazə müqaviləsini bağlayır. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. Həmin Qanunun 26.2-1-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin və reklama dair texniki şərtlər pasportunun formasını, icazə müqaviləsinin formasını və bağlanılma qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 39.1-ci maddəsinə uyğun olaraq reklamverici təqdim etdiyi məlumatın məzmununa və həqiqiliyinə, reklam istehsalçısı reklamın bu Qanunun tələblərinə uyğun hazırlanmasına, reklam yayıcısı reklamın bu Qanunla müəyyən edilmiş yerdə, vaxtda, vasitələr və üsullarla yayımlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydaları”nın açıq məkanda reklam yerləşdirilməsinə icazə (bundan sonra – icazə) alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən müvafiq qurum reklam yayıcısının təqdim etdiyi ərizənin, ona əlavə edilmiş sənədlərin bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərinin, həmçinin 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə (bu Qaydanın 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla), ərizənin qeydiyyata alındığı tarixdən etibarən 5 iş günündən gec olmayaraq müvafiq qurum onların aradan qaldırılması üçün reklam yayıcısına bildiriş təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar reklam yayıcısına, eyni zamanda bildirilməlidir. Həmin Qaydaların 2.7-ci bəndinə uyğun olaraq müvafiq qurum təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq reklam yayıcısına icazə üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə bildiriş göndərir və ya icazənin verilməsindən imtina haqqında inzibati akt qəbul edir. İcazənin verilməsindən imtina haqqında inzibati akt müvafiq qurumun rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində reklam yayıcısına təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. İcazənin verilməsindən imtina haqqında inzibati akt bu Qaydanın 2.6-cı bəndində nəzərdə tutulmuş imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs açıq məkanda reklam yayımına görə 2025-ci ilin sentyabr ayının 1-dək icazəsi olmuş, həmin icazənin müddəti bitmədən Şirkət tərəfindən icazə müddətinin uzadılması üçün ərizə ilə müraciət olunmuş, lakin inzibati orqan tərəfindən Şirkətin bu müraciətinə hər hansı cavab verilməmişdir. Halbuki, yuxarıda qeyd olunan Qaydaların tələblərinə əsasən Şəxs ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qeydiyyata alınmalı, ərizədə aradan qaldırılması mümkün olan və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə 5 iş günündən gec olmayaraq müvafiq qurum onların aradan qaldırılması üçün reklam yayıcısına bildiriş təqdim edilməli, 7 iş günündən gec olmayaraq reklam yayıcısına icazə üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə bildiriş göndərilməli və ya icazənin verilməsindən imtina haqqında inzibati akt qəbul edilməlidir. Lakin, inzibati xəta haqqında protokolu tərtib etmiş X3 Bakı şəhəri Reklam İdarəsi yuxarıda qeyd olunan tələblərə əməl etməyərək, həm “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, həm də Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydaları”nın tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati orqanın nümayəndəsinin Şəxs ərizəsinə cavab verməmələrinin icazə verməkdən imtina kimi qəbul edilməli olması ilə bağlı mülahizəsi də qanuveciliyin yuxarıda qeyd olunan tələbləri ilə uzlaşmır. Belə ki, qanunvericiliyin tələbinə görə inzibati orqanın Şirkətin ərizəsi üzrə icazə verməkdən imtina etməsi yalnız bu barədə inzibati aktın qəbul edilməsi yolu ilə həyata keçirilməli idi. Digər tərəfdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 12.4-cü maddəsinə uyğun olaraq inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Şəxs 2025-ci il sentyabr ayının 1-dək Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Şamaxı şossesi 23 ünvanında yerləşən yanacaq doldurma məntəqəsində reklam yayımına görə icazəsi mövcud olmuş və inzibati orqan tərəfindən reklam yayımına görə ödənişlər qəbul edilmişdir. Lakin həmin tarixdən sonra inzibati orqan hər hansı səbəb göstərmədən icazənin müddətini uzatmamış, Şirkət barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmənin qənaətinə görə bu hal inzibati orqanların həmin dövrədək mövdcud inzibati praktikasına uyğun olmamış, inzibati orqan inzibati praktikasına uyğun hərəkət etməmiş və Şirkətin qanunla qorunan etimad hüququnu pozmuşdur. Açıq məkanda reklam haqqında qanunvericilin pozulması hallarının müəyyən edilməsinə dair aktın, inzibati orqanın göstərişinin və inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi olmadan tərtib edilməsi və onlara təqdim edilməməsi ilə bağlı Şəxs nümayəndəsinin izahatına münasibətdə məhkəmə qeyd edir ki, həm müvafiq aktda, həm də inzibati xəta haqqında protokolda Şirkətin nümayəndəsinin icraatda iştirakdan, göstərişin qəbulundan isə “Məmmədov” soyadlı şəxs tərəfindən imtina edilməsi qeyd edilmişdir. Lakin, istər açıq məkanda reklam haqqında qanunvericilin pozulması hallarının müəyyən edilməsinə dair aktda, istərsə də inzibati xəta haqqında protokolda həmin sənədlərin tərtibinə Şəxs hansı nümayəndəsinin cəlb olunduğu və sənədləri imza etməkdən imtina edən şəxsin kim olması barədə məlumata rast gəlinmir. Göstərişin qəbulundan imtina etməsi qeyd edilən “Məmmədov”un isə kim olması və Şirkətlə hansı münasibətdə (adı, Şirkətdə hansı vəzifəni tutması) olması aydın deyildir. Məhkəmə iclasında iştirak etdən Şəxs nümayəndəsi ümumiyyətlə Şirkətə aparılan icraat verilmədiyini bildirmiş, inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsi isə bu barədə verilən sualları cavablandıra bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. İXM-nin 100.3-cü maddəsinin tələbinə görə protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir. İXM-nin 100.4-cü maddəsinə əsasən protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. İXM-nin 100.5-ci madddəsinə uyğun olaraq inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Göründüyü kimi qanunvericilik barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə icraata cəlb edilməsini, hüquq və vəzifələrin ona izah edilməsini, protokolun surətinin nümayəndəyə verilməsini, onların izahatlarının protokolda göstərilməsini inzibati xəta haqqında iş üzrə icraat aparan orqanın üzərinə vəzifə kimi qoymuşdur. Lakin, hazırki işdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə inzibati xəta haqqında iş üzrə icraat barədə məlumat verilməsi (icraata cəlb edilməsi), Şirkətin icraatda iştirakdan imtina etməsi, protokolun surətinin verilməsi kimi icrası məcburi olan göstərişlərə inzibati xəta haqqında iş üzrə icraat aparan orqan tərəfindən əməl edilməsinə dair hər hansı sübut mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İXM-nin 428.7.1-ci maddəsinin tərkib ələmatləri olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 18, 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikasının X3nin Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib edilmiş 10 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsin əsasən, yəni Şəxs əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-9420/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9420/2025
25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver