Məhkəmə qərarları › İş №3(001)-9429/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9429/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9429/2025 29.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi – “ALFA” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X2 bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 1335/2024 nömrəli icra vərəqəsinə əsasən ünvan 1 ünvanında "xxxx" MMC-nin inşa etdiyi yaşayış binasının B blokunda, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186,9 kvadrat metr olan 4 otaqlı 83 saylı mənzillə bağlı hüquqmüəyyənedici sənədlərin X3 adından müqavilə şərtlərinə uyğun olaraq təqdim edilmiş notarial qaydada təsdiq edilmiş sənədlərə və mənzilə aid digər (daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına tələb olunan) sənədlərə uyğun olaraq faktiki alıcı X5 adına dəyişdirilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmuş, ünvan 2 ünvanında "Aqana Servis” MMC-nin inşa etdiyi yaşayış binasının B blokunda 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186,9 kvadrat metr olan, 4 otaqlı 83 saylı mənzillə bağlı hüquqmüəyyənedici sənədlərin X3 adından notarial sənədlərinə və digər sənədlarə uyğun olaraq X5 adına dəyişdirilməsi öhdəliyini cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmuş və onun həmin mənzilə sahiblik və istifadə hüquqları tanınmışdır. xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs icra sənədi üzrə icranı təmin etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-1335/2024 nömrəli icra sənədi üzrə borcunu icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi “ALFA” Vəkil Bürosunun vəkili Nümayəndə bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-1335/2024 nömrəli icra vərəqəsindən xəbərləri var. Qeyd edilən icra sənədi üzrə tələbin hal-hazıradək icra edilməməsinin səbəbi "Aqana Servis” MMC-nin birinci direktorunun həbsdə olmasıdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs icra sənədinin icrasından boyun qaçırmamışdır. Odur ki, məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 1335/2024 nömrəli icra vərəqəsindən görünür ki, ünvan 1 ünvanında "xxxx" MMC-nin inşa etdiyi yaşayış binasının B blokunda, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186,9 kvadrat metr olan 4 otaqlı 83 saylı mənzillə bağlı hüquqmüəyyənedici sənədlərin X3 adından müqavilə şərtlərinə uyğun olaraq təqdim edilmiş notarial qaydada təsdiq edilmiş sənədlərə və mənzilə aid digər (daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına tələb olunan) sənədlərə uyğun olaraq faktiki alıcı X5 adına dəyişdirilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmuş, ünvan 2 ünvanında "Aqana Servis” MMCnin inşa etdiyi yaşayış binasının B blokunda 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186,9 kvadrat metr olan, 4 otaqlı 83 saylı mənzillə bağlı hüquqmüəyyənedici sənədlərin X3 adından notarial sənədlərinə və digər sənədlarə uyğun olaraq X5 adına dəyişdirilməsi öhdəliyini cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmuş və onun həmin mənzilə sahiblik və istifadə hüquqları tanınmışdır. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, "xxxx" MMC-nin barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-1335/2024 nömrəli icra sənədi tələbi icra etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-1335/2024 nömrəli icra sənədini icra etməmiş və qeyd edilən icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə, Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona vəzifəli şəxs qismində inzibati tənbeh olaraq həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, vəzifəli şəxs qismində 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar