Məhkəmə qərarları › İş №3(001)-945/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-945/2021

22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-945/2021 22.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Polis İdarəsinin Dövlət X4 xx.xx.2019-cu il tarixli EQ ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Polis İdarəsinin Dövlət X4 xx.xx.2019-cu il tarixli EQ ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında qərarından şikayət verərək sözügedən qərarın ləğv edilməsini xahiş etmişdir. P.Ş.Məmmədov həmçinin ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə müraciət edərək şikayət etmək müddətinin ötürülməsini üzrlü hesab edərək müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətində göstərmişdir ki, Baş Dövlət X7 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli EQ ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli EQ ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli EQ ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli EQ ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2019-cu iltarixli, xx.xx.2019-cu il tarixli EQ ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli EQ ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli, xx.xx.2019- cu il tarixli EQ ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli EQ ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli EQ ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2019- cu il tarixli, xx.xx.2019-cu il tarixli EQ ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli, xx.xx.2019cu il tarixli EQ 952483 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli EQ 812650 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli EQ ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli EQ 694853 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2019cu il tarixli, xx.xx.2019-cu il tarixli EQ 583854 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli, xx.xx.2018-ci il tarixli EQ 293274 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli EQ 172264 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli EQ 397534 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli MMX ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2018-ci il tarixli TP ******* saylı, xx.xx.2016-cı MMX ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2017-ci il tarixli, xx.xx.2015-ci il tarixli MYP 543879 saylı xx.xx.2015-ci il tarixli, xx.xx.2017-ci il tarixli MMX ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2017-ci il tarixli, xx.xx.2020-ci il tarixli EQ ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2020- ci il tarixli, xx.xx.2020-ci il tarixli EQ ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli EQ ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli EQ ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli EQ ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli EQ 333959 saylı elektron qərarlar ilə ümumilikdə 1530 manat pul məbləğində cərimə edilmişdir. Sözügedən inzibati tənbeh vermə haqqında qərarlardan xəbəri olmamışdır. Belə ki, sözgedən inzibati tənbeh vermə haqqında elektron qərarlar və onun əlavəsi inzibati xətanın törədildiyi gündən 1 gün müddətində elektron kabinetinə yerləşdirilməli olduğu halda uzun müddət keçməsinə baxmayaraq elektron kabinetinə yerləşdirilməmişdir. Daha sonra isə qanunsuz olaraq 2015ci il tarixindən 2020-ci il tarixinə qədər olan aralıqda tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında müvafiq protokolun tarixi ilə eyni tarixə qərarlar qəbul edilmişdir. Bu hal isə onu göstərilən sözügedən qərarlar qəbul edilən zaman müddətin keçdiyini bildikələri üçün 20 avqust avqust ayında köhnə tarixlərə yəni protokoların tərtib edildiyi tarixlə eyni tarixlərə qərarlar qəbul etmişdir. Bu səbəbdəndə hesab edir ki, yuxarıda qeyd edilən protokollar əsasında inzibati məsuliyyətə cəlb edilməsi qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.8-ci maddəsinə əsasən həmin məcəllənin 122.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Göstərilənlərə əsasən barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətin baxılmasında iştirak etməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Polis İdarəsinin Dövlət X5 və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsə məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, İdarənin nümayəndəsi və şikayətçi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişlər. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə EQ ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2020-ci il tarixində saat 17:01-də “X6 Prado Mİ” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi nəticəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq inzibati xətanın törədilməsini inkar edər hər hansı bir sübut müəyyən etmədiyindən hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Polis İdarəsinin Dövlət X8 tərəfindən xx.xx.2019-cu il tarixli EQ ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında qərarı haqlı qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Polis İdarəsinin Dövlət X4 xx.xx.2019-cu il tarixli EQ ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar