Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-951/2021 03.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Binəqədi rayon prokurorluğunun nümayəndəsi X9, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PŞnin sahə inspektoru, polis mayoru X3, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala, Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində xx.xx.2021-ci il tarixində saat 17:15 radələrində Biləcəri qəsəbəsində “Eurohome” Ticarət Mərkəzinin yanında polisin qanuni tələbinə tabe olmamasına görə Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PŞ-nin sahə inspektoru, polis mayoru X10 tərəfindən xx.xx.2021-ci il tarixdə, MN №0942482 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PŞ-nin sahə inspektoru, polis mayoru X10 məhkəmə prosesində izahat verərkən bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə 17.15 radələrində 2225 saylı avtopatrulla 10-cu patrul sahəsində xidmət aparılarkən piyada marşurut 24 efir vasitəsilə onlara “Eurohome” Ticarət Mərkəzinin yanına yaxınlaşmalarını bildirmişdir. Onlar dərhal həmin ünvana yaxınlaşmış və orada müəyyən olunmamış yerdə icazəsiz olaraq küçə ticarəti ilə məşğul olduğu üçün 6-cı polis bölməsinə dəvət etmişlər. Həmin vaxt kənardan sərxoş vəziyyətdə olan bir vətəndaş onlara yaxınlaşaraq bunun heç kim apara bilməz deyərək nalayiq ifadələr işlətmiş, polisin qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. Onu PŞ-nə aparmışlar. PŞ-də müəyyən olunmuşdur ki, polisin qanuni tələbinə tabesizlik göstərən şəxs Şəxsdur. Artıq Şəxs ilə barışmışlar. Onunla bağlı heç bir şikayət və tələbi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə prosesində verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2021-ci tarixdə Biləcəri qəsəbəsində “Eurohome” Ticarət Mərkəzində işdə olarkən YPX-nin əməkdaşları ona və işçisinə yaxınlaşaraq çöldə olan reklam plakatlarını təcili olaraq götürməklərini və sonra PB-nə getməli olduqlarını bildirmişlər. O, polis əməkdaşlarına yaxınlaşaraq plakatı reklam agentliyinin razılığı ilə qoyduqlarını bildirmişdir. Həmin vaxt orada “Eurohome” Ticarət Mərkəzinin əməkdaşları var idi. O, polis əməkdaşlarına və bazarın nümayəndələrinə nə üçün reklam plakatlarının götürüldüyünü soruşdum. Həmin an bir polis əməkdaşı ona yaxışlaşaraq mübahisə etməyə başlamış, onun belindən və başından tutaraq ona maşına minmək barədə heç bir xəbərdarlıq etmədən maşına mindirmiş, əl-qol ataraq burun nahiyəsini əzmişlər. O, isə maşından düşərək insanlardan yardım istəmiş, polis əməkdaşları isə bazarın içində onu tutaraq maşına mindirib PB-nə gəlmişlər. PB-də ona qarşı zor tətbiq olunduğu üçün onu halı pisləşmiş və təcili yardım çağırılmışdır. Polis əməkdaşları və o, bir birlərinə qarşı üzürhaqlıq edərək barışmışmışlar. Göstərilənlərə əsasən barəsində həbslə əlaqədar olmayan qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Binəqədi rayon prokurorluğunun nümayəndəsi X15 barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs barəsində inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin PPX-nin polis nəfəri, polis serjantı X4 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixində saat 17:15 radələrində Biləcəri qəsəbəsində “Eurohome” Ticarət Mərkəzinin yanında reklam plakatının yol kənarından yığışdırılaraq içəri qoyulması ilə əlaqədar mağazanın satıcısı ilə söhbət aparan vaxt sonradan adının Şəxs onalara yaxınlaşaraq reklam plakatının bazarın rəhbərliyi ilə razılaşdırıldıqdan sonra həmin yerə qoyulduğunu bildirərək onlara qarşı kobudluq etməyə başlamışdır. Onun kim olduğunu soruşduqda o, həmin mağazanın müdiri olduğunu bildirmişdir. Onun danışığından sərxoş olduğu hiss olunurdu. Polis əməkdaşları onu intizama dəvət etməyə çalışsalarda o, ucadan danışaraq hər kəsin diqqətini özünə cəlb etməyə çalışaraq tabesizlik göstrmişdir. Onun bu hərəkətlərinə son qoymaq üçün onu polis maşınına əyləşdirmişlər. Lakin o, polis maşınından qaçaraq kütlənin içİnə girib yayınmaq istəmişdir. O, təkrar saxlanılaraq 6-cı PB-nə təhvil verilmişdir. Şəxs xəsarət almasından onun xəbəri olmamışdır. Onlar artıq barışmışlar, heç bir şikayət və tələbləri yoxdur. Nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində şahid qismİndə dindirilmiş Binəqədi RPİ-nin PPX-nin polis nəfəri, polis serjantı X5 və Binəqədi RPİ-nin PPX-nin polis serjantı X6 şahid X1 ifadəsi ilə eyni məzmunlu izahat vermişlər Şəxs ilə qarşılıqlı olaraq barışdıqlarını bildirmişlər. Məhkəmə prosesndə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, «Evrohom» ticarət mərkəzində Şəxs aid dükanda satıcı işləyir. xx.xx.2021-ci il tarixində saat 17:15 radələrində reklam şitinin yol kənarından götürülməsi ilə əlaqədar Biləcəri qəsəbəsində “Eurohome” Ticarət Mərkəzində polis əməkdaşları ona göstəriş vermişlər. Bu zaman Şəxs ilə polis əməkdaşları arasında mübahisə baş vermiş və Kənanı polis maşınına mindirmişlər. Şəxs polis əməkdaşlarının maşınından düşərək ətrafdakı insanlardan polisə getməmək üçün yardım istəmişdir. Lakin polis əməkdaşları onu təkrar saxlayaraq maşına mindirərək PB-nə aparmışlar. O, polis əməkdaşlarının Kənanı vurmasını görməmişdir. Məhkəmə prosesndə şahid qismində dindirilmiş X7 şahid X2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan inzibati tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat19-30–da inzibati qaydada tutulmuşdur, xx.xx.2021-ci il saat 15-00-da azad edilmişdir. İş materiallarında olan şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında protokoldan görünür ki, Şəxs şəxsi axtarış vaxtı «Ayfon X» markalı mobil telefon aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla barəsində inzibati haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2021-ci il tarixdə polisin qanuni tələblərinə tabe olmaması, bununla da İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını, polis əməkdaşları ilə barışmasını və ona qarşı şikayət və tələbin olmamasını məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Hesab edirəm ki, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə Şəxs tənbehin, inzibati cərimə növündə təyin edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur. Odur ki, Şəxs inzibati cərimə təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Şəxs Frunze oğluna aldığı xəsarətlərlə əlaqədar Bakı şəhər Binəqədi rayon prokurorluğuna şikayət etmək hüququnun olması izah edilsin. Şəxsi axtarış vaxtı Şəxs üzərində aşkar edilmiş «Ayfon X» markalı mobil telefon sahibi Şəxs qaytarılsın.. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-951/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-951/2021
03.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver