Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-951/2023 06.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X3, tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X6 izahat verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9093/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdə icraata başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü qaydada icrası haqqında bildiriş göndərilmişdir. Borclu Şəxs bildirişi qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9093/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən X2 04 iyul 2018-ci il təvəllüdlü övladı X4 ilə hər həftənin şənbə və bazar günləri saat 15:00-dan 18:00-dək ünsiyyətdə olmaq hüququnun verilməsi qərara alınmışdır. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq borclu Hacıyeva(Zeynalova) Nigar Etibar qızı qərəzli olaraq üzrsüz səbəbdən tələbkarın azyaşlı övladı ilə görüşməsinə şərait yaratmamışdır. Borclu Şəxs icra sənədini icra etməməsi barədə ümumilikdə 4 dəfə akt tərtib edilmiş, məhkəməyə təqdim edilmiş materiallara həmin aktlardan sonuncu ikisi əlavə edilmişdir. Buna görə də sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Hacıyeva(Zeynalova) Nigar Etibar qızının inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9093/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən X2 04 iyul 2018-ci il təvəllüdlü övladları X4 ilə hər həftənin şənbə və bazar günləri saat 15:00-dan 18:00-dək ünsiyyətdə olmaq hüququ verilməsi qət edilmişdir. Lakin tələbkar azyaşlı övladına qarşı psixoloji zorakılıq etmiş, öz valideynlik borcunu yerinə yetirməmişdir. Buna görə də məcbur qalıb uşaqla ünsiyyətin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət etmişdir. Buna görə də tələbkarın azyaşlı övladı ilə görüşməsini istəmir. Elvin Zeynalov məhkəmənin qərarı ilə müəyyən edilmiş alimentini isə vaxtında ödəyir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X5 izahat verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9093/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ona 04 iyul 2018-ci il təvəllüdlü övladı X4 ilə hər həftənin şənbə və bazar günləri saat 15:00-dan 18:00-dək ünsiyyətdə olmaq hüququnun verilməsinin qərara alınmasını bildirmişdir. Özü məhkəmənin qərarı ilə müəyyən edilmiş alimenti vaxtında və tam olaraq ödəməsinə baxmayaraq borclu Şəxs qərəzli olaraq ona övladı ilə görüşməsinə şərait yaratmadığını, qanuni qüvvəsini almış məhkəmə qərarının icrasından boyun qaçırmaq üçün əsassız olaraq uşaqla ünsiyyətin qadağan edilməsi tələbinə dair Qobustan Rayon Məhkəməsinə müraciət etməsini, azyaşlı uşağı ilə görüşməsinin qarşısını almaq üçün guya ona xəsarət yetirməsi ilə bağlı Binəqədi rayon Polis idarəsinə ondan şikayət etdiyini, həmin araşdırma nəticəsində onun Şəxs hər hansı xəsarət yetirilmədiyi müəyyən olunduğundan xx.xx.2022ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildiyini göstərmişdir. Borclunun qanunsuz hərəkətlərinə görə azyaşlı övladı ilə görüşə bilmədiyini və buna görə də qeyd olunanları nəzərə alaraq, məhkəmədən Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərar və bildirişindən görünür ki, Şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9093/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanmış və sonuncuya icranı könüllü olaraq təmin etməsi barədə rəsmi bildiriş göndərilmişdir. Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli, 17/114-1844/20 nömrəli bildirişindən görünür ki, icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9093/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən X2 04 iyul 2018-ci il təvəllüdlü övladı X4 ilə hər həftənin şənbə və bazar günləri saat 15:00-dan 18:00-dək ünsiyyətdə olmaq hüququnun verilməsini qərara almışdır. İş materiallarına əlavə edilmiş və Bakı şəhər Binəqədi Rayon İcra Şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktlardan görünür ki, Nigar Zeynalovanın xx.xx.2018-ci il təvəllüdlü Daniel Zeynalovun atası ilə ünsiyyətdə olması üçün görüşməsinə şərait yaratmadığından təyin edilmiş icra baş tutmamışdır. İş materiallarına əlavə edilmiş Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(026)-87/2023 nömrəli qərardadından görünür ki, iddiaçı Şəxs cavabdeh X2 qarşı ailə münasibətləri üzrə sair mübahisələr tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək icraata götürülmüş, məhkəmənin hazırlıq icilası xx.xx.2023-cü il tarixə saat 15:30-a təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi RPİ-nin TŞ-nin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs keçmiş həyat yoldaşı X1 xəsarət yetirməsi öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9093/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixlərində X2 xx.xx.2018-ci il təvəllüdlü övladı X4 ilə görüşməsinə şərait yaratmamışdır. Nəticədə Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol düzgün olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Bakı şəhər Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9093/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədini üzrüsüz səbəbdən icra etməmiş və səbəb kimi isə tələbkarın azyaşlı övladına qarşı psixoloji zorakılıq etməsini, öz valideynlik borcunu yerinə yetirməməsini, buna görə də uşaqla ünsiyyətin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət etməsini bildirmişdir. Lakin, məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirir, çünki sözügedən tələblə iddia ərizsəsi ilə məhkəməyə müraciət edilməsi icra sənədinin icra edilməsini istisna etmir. Bu səbəblə də, məhkəmə Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halın isə olmamasını, himayəsində 5 yaşlı azyaşlı uşağı olduğu üçün həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinin mümkünsüzlüyünü, cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-951/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-951/2023
06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver