Məhkəmə qərarları › İş №3(001)-9548/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9548/2025

13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9548/2025 13.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X5 Novruz oğlunun katibliyi ilə, Borclu "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Borclu "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6561/2024 saylı icra vərəqəsinə əsasən borclu "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs icra sənədi üzrə cəmi 32.800,28 manat borc tələbkar "xxxx" MMC-yə ödəməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1 və borclu "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs rəsmi qaydada bildiriş göndərilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs əməlində inzibati xəta tərkibi olduğundan inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan məhkəmə iclasında tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6493/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2022-ci il tarixli, 1035 saylı icarə müqaviləsi üzrə yaranmış 27411,20 manat və 4934 manat olmaqla, cəmi 32345,20 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmiş 34 ədəd Qalas qalvaniz 2.40 URT; 17 ədəd Qalas taxta 3m; 275 m2 iskələ Bakı yağmur dəsti (İskələ Bakı yağmur ayaq hissə ədəd 54, İskələ Bakı yağmur qısa qol 24 ədəd, İskələ Bakı yağmur uzun qol 42 ədəd); 600 m2 İskələ H tipli URT (İskələ H tipli ayaq URT 118 ədəd, iskələ H tipli qısa qol URT 123 ədəd); 45 m2 İskələ qalvaniz Altrad (İskələ qalvaniz Altrad ayaq hissə 1.1*2 metr 8 ədəd, İskələ qalvaniz Altrad qısa qol 3.03sm 70 ədəd, İskələ qalvaniz Altrad uzun qol 3.66sm 11ədəd) alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılmalı, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 300 manat məbləğində hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 155,08 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6493/2024 saylı icra vərəqəsi əsasında Binəqədi rayon İcra şöbəsində icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6493/2024 saylı icra vərəqəsinin könüllü icrası borclu "xxxx" MMC-yə 10 gün vaxt verilmişdir. Binəqədi rayon İcra şöbəsinin borclunun əmlakının axtarılması haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, "xxxx"MMC-yə məxsus “Changan CS 85” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində axtarış elan edilmişdir. xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin Binəqədi rayon İcra şöbəsinə ünvanladığı məktubdan görünür ki, "xxxx" MMC-yə məxsus bank hesablarına tələb həcmində həbs qoyulmuşdur. xx.xx.2025-ci il tarixdə “X7” QSC-nin Binəqədi rayon İcra şöbəsinə ünvanladığı məktubdan görünür ki, "xxxx" MMC-yə məxsus bank hesablarında qalıq məbləğ 0 təşkil edir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6493/2024 saylı icra vərəqəsinə əsasən şirkətin cari hesablarına həbs qoyulmuşdur və vəsait daxil olduqdaca vəsaitə 32.345,2 manat həcmində həbs qoyulacaqdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(113)-99/2025 saylı qərardadından görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-6493/2024 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclu "xxxx" MMCyə məxsus “Changan CS 85” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuşdur. xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin Binəqədi rayon İcra şöbəsinə ünvanladığı məktubdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 6493/2024 saylı icra vərəqəsinin icrası ilə bağlı "xxxx" MMC-yə məxsus bank hesablarına 32.645,2 və 2.285,15 manat məbləğli inkasso sərəncamları daxil olmuşdur 34.930,35 manat inkasso sərəncamı 2 ay ərzində bankda saxlanacaq və hesaba daxil olduqca AR MM-də nəzərdə tutulmuş ardıcıllıqla ödəniləcəkdir. xx.xx.2025-ci il tarixdə “X7” QSC-nin Binəqədi rayon İcra şöbəsinə ünvanladığı məktubdan görünür ki, "xxxx" MMC-yə məxsus bank hesablarında qalıq məbləğ 0 təşkil edir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6493/2024 saylı icra vərəqəsinə əsasən 32.645,2 və 2.285,15 manat məbləğli inkasso sərəncamları 2 ay ərzində bankda saxlanacaqdır. xx.xx.2025-ci il tarixə Baş Dövlət Yol Polisi İdarəsinin Binəqədi rayon İcra şöbəsinə ünvanladığı məktubdan görünür ki, Changan CS 85” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək vətəndaş X3 istifadəsindədir. Binəqədi rayon İcra şöbəsinin borclunun axtarılması haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs barəsində axtarış elan edilmişdir. "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi rayon İcra şöbəsində verdiyi izahatında bildirmişdir ki, şirkətin bank heablarına inkasso sərəncamları daxil olduğundan onlar ödəniş edə bilmirlər. Hesablarından inkasso sərəncamları götürülən kimi dərhal borcu ödəyəcəklər. Azərbaycan Respblikasının “İcra haqqında” Qanununun: 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 12-ci maddəsinə görə Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materiallarından və vəzifəli şəxsin icra şöbəsində verdiyi izahatından görünür ki, onun rəhbərlik etdiyi hüquqi şəxs barəsində Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borcun könüllü qaydada ödənilməsi təmin edilməmişdir. Vəzifəli şəxs icra orqanında verdiyi izahatında şirkətin bank hesablarına inkasso sərəncamlarının tətbiq olunduğunu, bu səbəbdən borcun ödənilməsinin mümkün olmadığını bildirmişdir. Lakin qeyd olunan izahat hüquqi baxımdan əsassızdır. Belə ki, bank hesablarına tətbiq edilmiş inkasso sərəncamları məhz icra sənədinin icrasının təmin edilməsi məqsədilə qoyulmuşdur və hüquqi şəxsin hesablarına hər hansı pul vəsaiti daxil olduğu təqdirdə həmin vəsait birbaşa icra sənədi üzrə borcun ödənilməsinə yönəldiləcəkdi. Bu baxımdan inkasso sərəncamlarının mövcudluğu icra sənədinin icrasına maneə deyil, əksinə onun təminat mexanizmidir. Deməli, borclu tərəfin “hesablara inkasso qoyulduğundan ödəniş edə bilməməsi” barədə mövqeyi hüquqi və faktiki əsasdan məhrumdur və icra sənədinin icrasını qeyrimüəyyən vaxta təxirə salmaq məqsədi güdür. Borclu şəxs öz maliyyə vəziyyətini və ya hesab dövriyyəsinin olmamasını əsas gətirərək məhkəmə aktının icrasından yayına bilməz. Beləliklə, subyektiv gözləmə mövqeyi ilə icra sənədinin icrasından yayınma icra sənədinin hüquqi mahiyyətinə, məhkəmə aktlarının məcburiliyi prinsipinə və icra icraatının məqsədinə ziddir və vəzifəli şəxsi qanunla müəyyən edilmiş məsuliyyətdən azad etmir. Beləliklə, şəxsin bu günə qədər borcu tam şəkildə ödəməməsi, üstəlik icranın yerinə yetirilməsi üçün konkret bir vaxt göstərməməsi onun icra öhdəliyinə biganə yanaşdığını və İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyini sübuta yetirir. Daha da ciddi olan məqam isə ondan ibarətdir ki, vəzifəli şəxs icra məmurunun bir neçə dəfə etdiyi qanuni çağırışlara gəlməkdən boyun qaçırmış, bu səbəbdən barəsində axtarış elan edilmiş və yalnız bundan sonra o, icra orqanına gəlmiş və izahat vermişdir. Bu faktlar vəzifəli şəxsin öhdəliyi könüllü və vaxtında icra etmək niyyətində olmadığını, icradan yayınma niyyəti daşıdığını və inzibati xətanı qəsdən törətdiyini sübuta yetirir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu hüquqi şəxs "xxxx" MMCnin vəzifəli şəxsi Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, icra sənədinin uzun müddət icra edilməməsinin tələbkarın qanunla qorunan əmlak mənafelərini pozduğunu və əmlak hüquqlarının real müdafiəsi müddətini uzatdığını, habelə inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə borclu hüquqi şəxs "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş borclu "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 1200 (min iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar