Məhkəmə qərarları › İş №3(001)-955/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-955/2023

27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-955/2023 27.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, İnzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi hüquq şöbəsinin müdiri vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən, məsləhətçi X4, Şikayət vermiş şəxs X3 iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Kəlbəcər rayonu, Qılınclı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, 1J8G9Q4 FİN-ə malik olan X3 Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X9 Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Kəlbəcər rayonundan məcburi köçkün olmaqla ünvan 1-də ailəsi ilə birgə yaşayır. Yaşadığı evin qarşısında yardımçı təmir işi apardığına görə Binəqədi rayon İcra başçısının birinci müavini X8 tərəfindən protokol tədbiq edilmişdir. İnzibati cərimənin şərti olaraq tədbiq edilməsi haqqında qərar qəbul edilərək o, 300 manat məbləğində cərimə edilmişdir. Binəqədi rayon İcra Hakimiyyətinin başçısının müavini tərtib etdiyi protokolda göstərmişdir ki, o, evinin təmiri və tikintisi ilə əlaqədar icra orqanının razılığı olmadan iş görüb tikinti işi aparmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə o, 300 manat məbləğində cərimə edilmişdir. Həmin evin 1997-ci ildən inşa edilmiş yardımçı sahələri olmuş, hətta sanitar qovşağı olmamışdır. Zaman keçdikcə ev tamamilə yararsız hala düşmüşdür. Taxta döşəmə tamamilə çürümüş, yaşamaq üçün heç bir şəraiti olmamışdır. Bu vəziyyətə gəlib düşməsi ilə bağlı yararsız hala düşmüş sahələri yenidən bərpa etmişdir. Hər hansı bir əlavə tikinti işi aparmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində göstərilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iclasında X9 şikayət ərizəsini müdafiə edib ərizədə qeyd etdiyi xüsusatları təkrarlayaraq Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi X10 məhkəmə iclasında bildirmişdir ki, X9 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qanuni və əsaslıdır. Belə ki, X9 tərəfindən Binəqədi rayonunda müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan qanunsuz olaraq qeyd olunan ünvanda tikinti işləri aparılmış, fərdi yaşayış evi inşa edilmişdir. Bunu iş üzrə tərtib edilmiş akt və ona əlavə edilmiş fotoşəkillər sübut edir. Fərdi yaşayış evlərinin inşaası Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin ilə tənzimlənir. Həmin Məcəllənin 80-ci maddəsində bildirilir ki, torpaq sahəsinə dair icarə və istifadə hüquqlarına dair sənəd varsa vətəndaş lahiyə tərtib edir və rayon icra hakimiyyətinə təqdim edir. Rayon icra hakimiyyəti 10 gün müddətində həmin layihəyə dair iradını bildirməsə, vətəndaş tikməyə haqlıdır. Bu vətəndaşın isə nə torpağa, nə də evə dair sənədi yoxdur. Eyni zamanda tikinti işləri aparmaq istədiyi sahəyə də sənədləri yoxdur. Bu barədə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edilməmişdir. X2 tərəfindən Azərbaycan Respublikasının İXM-in 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Göstərilənlərə əsasən X3 Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan verdiyi şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsin və inzibati xəta haqqında qərar qəbul emiş şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, X1 rayonunda müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan qanunsuz olaraq Binəqədi rayonu, Binəqədi şossesi, döngə 7 ünvanında tikinti işləri aparılmışdır. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinib, 300 manat məbləğində şərti olaraq inzibati cərimə olunmuşdur. xx.xx.2022-ci il tarixli raportdan, xx.xx.2023-cü il tarixli aktdan və fotoşəkillərdən görünür ki, Binəqədi qəsəbəsi Binəqədi-Xırdalan şossesi ünvanında yaşayan vətəndaş “Mehman” adlı şəxs tərəfindən yaşadığı fərdi yaşayış evində əsaslı təmir apararkən bəzi artırma işləri aparmış və Binəqədi rayon İcra Hakimiyyətinin Binəqədi qəsəbə nümayəndəsi X6 və Binəqədi qəsəbə nümayəndəliyinin mühəndisi X11 tərəfindən ünvana baxış keçirilərək akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X9 həmin tarixdə Binəqədi rayonu, Binəqədi şossesi, döngə 7 ünvanında heç bir icazə sənədləri olmadan özbaşına tikinti işləri aparmışdır. İXM-in 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə şikayət verən şəxs X5 istinad edilən inzibati xətaya münasibətdə hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Qanunvericiliyin sadalanan normalarından görünür ki, barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Eyni zamanda qeyd olunmalıdır ki, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir. Məhkəmə iclasında isə M.Hüseynov mübahisələndirilən ünvanın mülkiyyətində, icarəsində və ya istifadəsində olmasını təsdiq edən sənədlər təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan verdiyi şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar