Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-961/2021 02.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, Şikayət vermiş şəxs İsfəndiyarlı Ceyhun Əlövsət oğlunun Bakı şəhəri Binəqədi RPİnin 6-cı PB tərəfindən tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB tərəfindən təyin edilmiş cərimənin silinməsinə dair şikayətə baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına İsfəndiyarlı Ceyhun Əlövsət oğlunun Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB tərəfindən tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB tərəfindən təyin edilmiş cərimənin silinməsinə dair şikayət daxil olmuşdur. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı iş materialını nəzərdən keçirərək hesab edirəm ki, İsfəndiyarlı Ceyhun Əlövsət oğlu tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB tərəfindən tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında qərarın qəbul edilib-edilməməsinin, eləcə də İsfəndiyarlı Ceyhun Əlövsət oğlu barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB tərəfindən hər hansı inzibati xəta haqqında iş üzrə icraatın aparılmasının, tənbeh vermə haqqında qərarın qəbul edilib-edilməməsinin müəyyən edilməsi mümkün deyildir və həmin qərarlar varsa belə iş materiallarına əlavə olunmamışdır. Qeyd edilməlidir ki, mübahisələndirilən məsələ ilə bağlı ilk növbədə qərarın şikayətə əlavə olunması zəruridir, çünki məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərardır. Belə ki, qanunvericilik tərəfindən inzibati xəta haqqında iş üzrə yalnız inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan əsaslara görə İsfəndiyarlı Ceyhun Əlövsət oğlunun Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB tərəfindən tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB tərəfindən təyin edilmiş cərimənin silinməsinə dair şikayəti geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128 və 129-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İsfəndiyarlı Ceyhun Əlövsət oğlunun Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB tərəfindən tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB tərəfindən təyin edilmiş cərimənin silinməsinə dair şikayəti geri qaytarılsın. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-961/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-961/2021
02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver