Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9625/2025 15.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, şikayət vermiş şəxs X4 vəkili Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Hüquq şöbəsinin baş məsləhətçisi X8 iştirakları ilə, X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, vətəndaş X14 (ƏM-nin 166-cı maddəsi) və X5 (ƏM-nin 15-ci maddəsi) şikayətləri əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulması faktı araşdırılmışdır. xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı xx.xx.2025-ci il tarixində "xxxx" MMC-yə poçt vasitəsilə daxil olmuşdur. DƏMX tərəfindən X6 şikayətinə dair əlavə hesablanıldığı və həmin əlavə pulun ödənilməməsi qənaətinə gəlinmişdir. Sözügedən əlavənin haradan formalaşdığı və ödənilib ödənilməmədinə münasibətdə heç bir sənəd və ya fakt ortaya qoyulmamışdır. DƏMX tərəfindən X5 şikayətinə dair iş araşdırılması üçün "xxxx" MMC-dən sənədlər istənilmişdir. Tələb olunan sənədlər tam şəkildə göndərilsə də, qarşı tərəf son haqq hesaba dair sənədin təqdim olunmadığı bildirilmişdir. Lakin sözügedən sənəd qarşı tərəfə təqdim olunmuşdur. Göründüyü kimi, orqan tərəfindən məsələ kifayət qədər araşdırılmadan və sübutlara istinad edilməməsi habelə, eyni işlə bağlı hüquqi şəxs barəsində tərtib edilmiş protokolla bağlı inzibati xəta tərkibi olmadığından inzibati icraata xitam verilməsi inzibati tənbeh vermə haqqında qərarın əsassız olmağına dəlalət edir. İnzibati orqanın qərarında göstərilən hər iki faktı əsassızdır və hər hansı sübuta əsaslanmamışdır. Məhkəmə iclasında X1 müdafiəçisi Nümayəndə şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, inzibati tənbeh vermə haqqında qərarda X12 barəsində son haqq-hesab sənədinin təqdim edilmədiyi, X15 barəsində isə əlavənin hesablanıb ödənilmədiyini göstərilmişdir. Halbuki, X12 barəsində son haqq-hesabın ödənilməsinə dair sənəd tərəflərindən təqdim edilmişdir. Sənədlər qovluq şəklində göndərilmişdir, digər sənədlərin göndərilib, məhz son haqq-hesabın ödənilməsinə dair sənədin göndərilməməsinə dair inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın iddiası absuddur və heç bir sübuta əsaslanmır. X9 münasibətdə isə bildirmişdir ki, işçiyə müvafiq əlavə haqq ödənilmişdir. Qərarı qəbul etmiş orqan tərəfindən inzibati xəta haqqında protokolda törədilmiş inzibati xətanın mahiyyəti ətraflı qeyd olunsa idi, həmin ödənişlərlə bağlı müvafiq araşdırmanı mühasibatlıqda araşdıraraq əlavə haqqın ödənilməsini təsdiq edən sübutu da təqdim edərdilər. Odur ki, göstərilənləri nəzərə alaraq, şikayətin təmin edilməsi, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, X12 barəsində tələb olunan sənədlər X16 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunan zaman göndərilən müşayiət məktubunda qoşma edilən sənədlər siyahısında X12 barəsində son haqq hesabın hesablanması və ödənilməsini təsdiqləyən sənədin adının ayrıca qeyd olunmaması həmin sənədin təqdim olunmadığı mənasına gəlmir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Hüquq şöbəsinin baş məsləhətçisi X18 çıxış edərək bildirmişdir ki, "xxxx" MMC-nin rəhbərliyinə sorğu ilə müraciət olunaraq, qeyd olunan sənədlərin 7 iş günü ərzində X16 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim etməsi xahiş olunsa da, qeyd olunan sənədlərdən X12 barəsində son haqq hesabın ödənilməsini təsdiqləyən müvafiq sənədlərin surəti təqdim edilməmişdir. X12 barəsində son haqq hesabın hesablanması və ödənilməsini təsdiqləyən sənəd dedikdə bankdan çıxarış nəzərdə tutulur və sözügedən sənəd onlara təqdim olunmamışdır. X9 münasibətdə isə bildirmişdir ki, işçi gecə növbəsində işlədiyi halda, ona 40% əlavə haqq hesablanmamışdır. Bu səbəbdən, MMCnin vəzifəli şəxsi X20 barəsində İXM-nin 539.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarın əsaslı olduğunu nəzərə alaraq, şikayət ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Hüquq şöbəsinin baş məsləhətçisi X18 ona verilmiş suallara cavab olaraq bildirilmişdir ki, X12 barəsində tələb olunan sənədlər X16 Xidmətinə təqdim olunan zaman göndərilən müşayiət məktubunda göndərilən sənədlər siyahısında X12 barəsində son haqq hesabın hesablanması və ödənilməsini təsdiqləyən sənədin qeyd olunmadığı görünür. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, X10 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X10 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 əmək haqqına AR Əmək Məcəlləsinin 166-cı maddəsinə uyğun əlavə hesablanmamış və ödənilməmişdir. X2 müraciəti ilə bağlı ona aid sənədlərin AR Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, 3-17-81324/25 nömrəli, xx.xx.2025-ci il tarixli sorğu məktubuna uyğun 7 gün ərzində DƏMX-nin BŞİ-yə son haqq hesabın hesablanması və ödənilməsini təsdiqləyən müvafiq sənədlərin surəti təqdim edilməmişdir. X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 1500 (bir min beş yüz) manat məlbəğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış sorğu məktubundan görünür ki, əmək müqaviləsinin surəti (elektron əmək müqaviləsi olmadığı təqdirdə), kollektiv müqaviləsi (olduğu təqdirdə), iş vaxtının uçotu (son 3 ay), əmək haqqının hesablanması və ödənilməsini təsdiqəyən müvafiq sənədlərin surəti (son 3 ay), əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər, son haqq hesabın hesablanması və ödənilməsini təsdiqləyən sənədlərin surəti, vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubunun 7 iş günü ərzində X16 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim etməsi xahiş olunmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X12 barəsində son haqq-hesab sənədinin təqdim edilmədiyi, X15 barəsində isə əlavənin hesablanıb ödənilmədiyini göstərilsə də sorğu ilə müraciət olunduqdan sonra müvafiq sənədlər inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqana təqdim edilmiş, lakin vəzifəli şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilən və inzibati tənbehvermə haqqında qərar qəbul edilən zaman onun iştirakı təmin edilmədiyindən X4 İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, məhkəmə iclasında şikayətçinin vəkili sənədləri məhkəməyə təqdim edərək onlara ünvanlanmış sorğuya hər iki işçiyə münasibətdə müvafiq olaraq cavab verilməsi, sənədlərin təqdim olunmasını göstərmişdir. X12 barəsində son haqq hesabın hesablanması və ödənilməsini hansı sənədlə təsdiq olunduğu, X9 münasibətdə işçinin gecə növbəsində işlədiyi halda, ona 40% əlavə haqq hesablanmadığı bildirilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs tərəfindən sözügedən sənədlər təqdim edildikdəmn sonra onların iştirakları ilə heç bir araşdırma aparılmamış, inzibati tənbehvermə haqqında qərarı qəbul etmiş orqan formal olaraq məktubda qeyd edilən sə\nədlərin tam olaraq təqdim edilmədiyi qənaətinə gəlməklə vəzifəli şəxs barəsində İXM-in 539.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. İXM-nin 61.3-cü maddəsinə görə inzibati xəta haqqında işə, bir qayda olaraq, barəsində inzibati icraat aparılan şəxsin iştirakı ilə baxılır. İşə şəxsin iştirakı olmadan yalnız o halda baxıla bilər ki, işə baxılmasının yeri və vaxtı ona vaxtında bildirilsin və o, işin təxirə salınması barədə vəsatət verməsin. Lakin, sözügedən inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim olunmuş, həmin sənədlər arasında vəzifəli şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilən və inzibati tənbehvermə haqqında qərar qəbul edilən zaman vəzifəli şəxsin rəsmi qaydada məlumatlandırılmasına dair hər hansı bir sübut əlavə edilməmişdir. Göründüyü kimi, qanunvericilik inzibati xəta haqqında işə baxılması zamanı barəsində inzibati icraat aparılan şəxsin iştirakını imperativ norma kimi müəyyən etsə də, qərarı qəbul etmiş orqan tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları;... İXM-in 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Göründüyü kimi, qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X10 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X4 İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər onun iştirakı ilə ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə, məhkəmə hesab edir ki, X10 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X10 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 26 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-9625/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9625/2025
15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver