Məhkəmə qərarları › İş №3(001)-9627/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-9627/2025

06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-9627/2025 06.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov X3 nümayəndəsi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakı ilə, Məmmədov X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Məmmədov X5 barəsində İXM-in 198.3-cü maddəsi ilə tərtib edilmiş 17 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən "xxxx" MMC-nin işçisi X1 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə bağlı texniki təhlükəsizlik və ya əməlyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az-ağır zərər dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov X3 nümayəndəsi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 bildirmişdir ki, Məmmədov X5 barəsində İXM-in 198.3-cü maddəsi ilə tərtib edilmiş 17 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, X1 01 oktyabr 2025-ci il tarixdə iş yerində xəsarət almasında Məmmədov X3 heç bir təqsiri yoxdur. Belə ki, bədbəxt hadisənin təhqiqat aktında qeyd edilir ki, hadisə 01 oktyabr 2025-ci il tarixdə, saat 09:25 radələrində MMC-nin ünvan 1 ünvanında yerləşən “Dəmir Nişan” sexinin ərazisində X1 dəmirkəsən dəzgahda tapşırılan işi icra edərkən sağ əl barmaqlarını dəzgahın mühafizə xəttindən içəri salması və dəzgahın balta hissəsinin 3-cü və 4-cü barmaqlarının uc dırnaq hissəsini kəsməsi nəticəsində baş vermişdir. Qurban Babayev özü də izahatında bildirmişdir ki, hadisə onun fikir dalğınlığı səbəbindən baş vermişdir. Digər tərəfdən, X1 01 oktyabr 2025-ci il tarixdə iş yerində xəsarət alması ilə bağlı Bakı şəhər Binəqədi rayon prokurorluğunda araşdırma aparılır və həmin araşdırma zərurəti ilə əlaqədar xx.xx.2025-ci il tarixdə məhkəmə-təhlükəsizlik texnikası ekspertizası təyin edilmiş, həmin qərarda baş vermiş hadisə ilə əlaqədar müəssisədə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının pozulub-pozulmaması, pozulduğu halda kim tərəfindən pozulması ilə bağlı sual qoyulmuşdur. Həmin ekspertizanın rəyi olmadan Məmmədov X5 tərəfindən əməyin mühafizəsi qaydalarının pozulması qənaətinə gəlinməsi əsassızdır. Məhkəmə iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Məmmədov X5 barəsində İXM-in 198.3-cü maddəsi ilə olan 17 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC-də fəhlə işləyən X1 01 oktyabr 2025-ci il tarixdə iş yerində xəsarət alması ilə bağlı Bakı şəhər Binəqədi rayon prokurorluğunda araşdırma aparılır və həmin araşdırma zərurəti ilə əlaqədar xx.xx.2025-ci il tarixdə məhkəmə-təhlükəsizlik texnikası ekspertizası təyin edilmiş, həmin qərarda baş vermiş hadisə ilə əlaqədar müəssisədə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının pozulub-pozulmaması, pozulduğu halda kim tərəfindən pozulması ilə bağlı sual qoyulmuşdur. Göründüyü kimi X1 01 oktyabr 2025-ci il tarixdə iş yerində xəsarət alması ilə bağlı nəticələnmiş hadisə ilə əlaqədar Məmmədov X5 tərəfindən əməyin mühafizəsi qaydalarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Məmmədov X5 barəsində İXM-in 198.3-cü maddəsi inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilsə də, sonuncunun əməlində həmin inzibati xətanın tərkib əlamətlərinin olması ilə bağlı məhkəməyə kifayət qədər sübutlar təqdim edilməmişdir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Məmmədov X5 barəsində başlanılmış inzibati icraatla bağlı əlavə sübutların toplanması, göstərilən xüsusatların araşdırılması üçün Məmmədov X5 barəsində İXM-in 198.3-cü maddəsi ilə tərtib edilmiş 17 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Məmmədov X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə tərtib edilmiş 17 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər idarəsinə geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar